Bakıda yeniyetmələrdən ağılasığmaz quldurluq TƏFƏRRÜAT
Digərləri 23 Okt 2025 17:09:00 66 0
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Roman Ələkbərlinin sədrliyi ilə keçirilən iclasda barələrində həbs olmayan qətimkan tədbiri seçilən təqsirləndirilən yeniyetmələrin sərbəst ifadələri dinlənilib. Cinayət işində daha əvvəl zərərçəkən kimi tanınan Amal Kakayev ifadəsi zamanı işlədiyi restoranda gecə növbəsində olduğu zaman iki maskalı şəxsin ona hücum edərək dəmir parçası ilə xəsarət yetirdiyini, daha sonra kassanı qarət etdiyini deyib.
Bu xəbəri də oxu: Nazirliyin sistemində problem oldu: Ünvanlı dövlət sosial yardıma imtina gəldi FOTO
Son.az Baku TV-yə istinadla xəbər verir ki, onun ifadəsinə əsasən, maskalı şəxslərin kimliyindən xəbərsiz olub. Lakin sonradan bilib ki, həmin iki maskalı şəxs onunla birlikdə kirayədə qalan və həmçinin birlikdə çalışan həmkəndliləri ‒ Eltun Mahmudov və Amil Rəhmətov olub. O, istintaqdakı ifadəsini deyil, məhkəmədə verdiyi ifadəsini təsdiqləyərək deyib ki, bu işdə onun əli olmayıb. Hadisə ilə bağlı təqsirləndirilən Amil və Eltun isə Amal Kakayevin yalan danışdığını, bu planı qabaqcadan düşünülmüş şəkildə həyata keçirdiklərini deyiblər.
Qeyd edək ki, 2025-ci il fevralın 8-i səhər saatlarında paytaxtın Nəsimi rayonu ərazisində yerləşən restoranların birində quldurluq faktının baş verməsi barədə polisə məlumat daxil olub. Restoranda gecə növbətçisi işləyən Amal Kakayev şikayətində bildirib ki, çalışdığı restorana hücum edən maskalı şəxslər ona dəmir parçası ilə fiziki zor tətbiq edərək obyektin kassasında olan 3100 manat nağd pul və 1100 manat dəyərində planşeti oğurlayıblar.
Həyata keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən Eltun Mahmudov və Amil Rəhmətov saxlanılıblar.
İbtidai istintaq araşdırmaları zamanı polis digər qaranlıq məqamlara da aydınlıq gətirib. Həmin şəxslər özünü zərərçəkən kimi istintaqa təqdim edən Amal Kakayevlə əlbir olduqlarını və oğurluq görüntüsü yaradaraq polisə yalan məlumat verdiklərini bildiriblər. Onlar əvvəlcədən əlbir olub cinayət əlaqəsinə girərək restoranın kassasını talamaq üçün bu üsula əl atıblar.
Aparılan araşdırmalar zamanı Amal Kakayev də saxlanılaraq barəsində həbs olmayan qətimkan tədbiri seçilib.
Avropada on yeddi ölkədə yüzlərlə insanın yoluxduğu Salmonella epidemiya

ABŞ Prezidenti Donald Tramp Qəzza zolağına səfər planlaşdırdığını a�

Şəhər həyatında nəqliyyat sıxlığı və parkinq çətin məsələdir. Bu

Alkoqollu içkilər üçün aksiz dərəcəsi 5 manata qaldırılır

Azərbaycanda gələn il minimum əməkhaqqının builki səviyyədə - 400 mana

Jurnalist Əfqan Sadıqov Gürcüstanda saxlanılıb.

Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) yaxın zamanda həqiqi və müx

Oktyabrın 24-də gözlənilən tibbi-meteoroloji proqnoz açıqlanıb.

İspaniyanın Terrassa şəhəri "Halloween" zamanı qara pişiklərin

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin (AXA) da

Azərbaycanda sadələşdirilmiş vergi ödəyicilərinin ƏDV qeydiyyat öhdəl

Azərbaycanda media subyektlərinin (audiovizual media subyektləri istisna olma

2026-cı ildə Azərbaycanda pensiyalar orta hesabla 579.2 manat səviyyəsində

Bu gün İran Prezidenti Məsud Pezeşkian Qərbi Azərbaycan əyalətinə səf�

2026-cı ildə Azərbaycanın dövlət büdcəsindən İpoteka və Kredit Zəman
