Onların təhsilhaqqını gələn il də dövlət ödəyəcək


Digərləri 23 Okt 2025 17:16:00 91 0

Onların təhsilhaqqını gələn il də dövlət ödəyəcək

Dövlət sifarişi və dövlət hesabına kadr hazırlığının maliyyələşdirilməsi zamanı 2026-cı il üçün proqnozlaşdırılan təhsil xərclərinin 41,8 milyon manatı güzəştli kateqoriyaya aid ediləcək.

Son.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının 2026-cı il üzrə büdcə zərfi layihəsində qeyd olunub.

Modern.az-ın məlumatına görə, bu, gələn il də ali məktəblərdə güzəştli kateqoriyadan olan tələbələrin imtiyazlarının qüvvədə saxlanılacağı anlamına gəlir.

Həmin kateqoriyaya keçmiş məcburi köçkünlər, valideynini itirmiş və valideyn himayəsindən məhrum olmuş tələbələr, Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü uğrunda həlak olmuş, əlil olmuş şəxslərin övladları olan tələbələr, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə "Müharibə veteranı" adı almış şəxslər, orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə, habelə 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, şəhid ailəsinin üzvü olan, eləcə də peşə təhsili müəssisələrində 20 yaşına çatmamış və orqanizmin funksiyaları 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş valideyni olan, aylıq gəliri yaşayış minimumundan aşağı olan şəxslər daxildir.

Ümumilikdə gələn il yuxarıda adları çəkilən güzəştli kateqoriyadan olan 18,5 min nəfər tələbənin müvafiq olaraq təhsil və təqaüd xərcləri 41,8 milyon manat sərf olunacaq;

- əhalinin aztəminatlı təbəqəsinin ali təhsilə əlçatanlığını daha da artırmaq və ali təhsilin əhatə dairəsini genişləndirmək məqsədilə təhsil tələbə kreditinin verilməsi və təhsil sahəsində rəqabətli maliyyələşmə və idarəetmə mexanizmlərinin yaradılması və tətbiqi üçün növbəti ilin dövlət büdcəsində 15,0 milyon manat vəsait nəzərdə tutulub.

Əvvəlki illərdə ayrılmış vəsaitlər də nəzərə alındıqda, ümumilikdə Təhsil Tələbə Kredit Fondunun resurs zərfi 141,0 milyon manat təşkil edəcək;

- müvafiq tədris illərində 5 yaşlı 87,0 min nəfər uşağın məktəbəhazırlıq təhsili ilə əhatə olunması ilə bağlı xərclərə 37,4 milyon manat;

- Azərbaycan Respublikasının ümumtəhsil məktəblərində oxuyan şagirdlərin 2026/2027-ci tədris ilində 300-dən çox adda təqribən 7,7 milyon nüsxə pulsuz dərsliklərlə təmin olunması və metodiki vəsaitlərin alınması ilə bağlı xərclərə 19,0 milyon manat;

- xüsusi təhsilə cəlb olunan 13412 nəfərin valideynlərinə və ya qanuni nümayəndələrinə uşaqlarını xüsusi təhsil müəssisələrinə, sağlamlıq və reabilitasiya mərkəzlərinə və tibb müəssisələrinə aparıb-gətirmək üçün aylıq müavinət üçün 8,1 milyon manat;

- pedaqoji profilli ali və orta ixtisas təhsil müəssisələrini bitirmiş 9,9 min nəfərdən çox gənc mütəxəssisin kənd rayonlarında yerləşən ümumtəhsil müəssisələrinə işə cəlb olunmalarının stimullaşdırılması məqsədilə onların yol, əmlakın daşınması üçün nəqliyyat, ilkin yaşayış şəraitinin yaradılması, kommunal xidmətləri və yaşayış yerinin kirayə haqqı üzrə verilən kompensasiyanın və aylıq əməkhaqqına əlavənin ödənilməsi üçün 20,1 milyon manat;

- Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılmasının genişləndirilməsi ilə bağlı xərclər üçün 38,3 milyon manat vəsait proqnozlaşdırılıb.

Dövlət dəstəyi olaraq bəzi ali təhsil müəssisələrinin xərclərinin qismən qarşılanması üçün 2026-cı ilin dövlət büdcəsində 100,1 milyon manat məbləğində subsidiya nəzərdə tutulub ki, bu da cari illə müqayisədə 4,0 milyon manat və ya 4,1 faiz çoxdur.


Xəbərə aid fotolar

Qumral ərinin 2ci arvadıdır?  Toylarından VİDEO yayıldı like
  • 23 Okt 17:10  
Şou-biznes Qumral ərinin 2ci arvadıdır? Toylarından VİDEO yayıldı

Müğənni Qumral Musayeva maraqlı açıqlama verib.

arrow Ətraflı
Bakıda yeniyetmələrdən ağılasığmaz quldurluq  TƏFƏRRÜAT like
  • 23 Okt 17:09  
Digərləri Bakıda yeniyetmələrdən ağılasığmaz quldurluq TƏFƏRRÜAT

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Roman Ələkbərlinin sədrliyi

arrow Ətraflı
Yüzlərlə insanın yoluxduğu xəstəliyin səbəbi bu tərəvəz imiş  Yumaq da bəs eləmir like
  • 23 Okt 17:00  
Digərləri Yüzlərlə insanın yoluxduğu xəstəliyin səbəbi bu tərəvəz imiş Yumaq da bəs eləmir

Avropada on yeddi ölkədə yüzlərlə insanın yoluxduğu Salmonella epidemiya

arrow Ətraflı
Tramp Qəzzaya səfər edəcək like
  • 23 Okt 16:50  
Digərləri Tramp Qəzzaya səfər edəcək

ABŞ Prezidenti Donald Tramp Qəzza zolağına səfər planlaşdırdığını a�

arrow Ətraflı
“Azparking”dən toplanan pullar hara xərclənir?  AÇIQLAMA like
  • 23 Okt 16:41  
Digərləri “Azparking”dən toplanan pullar hara xərclənir? AÇIQLAMA

Şəhər həyatında nəqliyyat sıxlığı və parkinq çətin məsələdir. Bu

arrow Ətraflı
Alkoqollu içkilər üçün aksiz dərəcəsi artırılır like
  • 23 Okt 16:40  
Digərləri Alkoqollu içkilər üçün aksiz dərəcəsi artırılır

Alkoqollu içkilər üçün aksiz dərəcəsi 5 manata qaldırılır

arrow Ətraflı
Azərbaycanda gələn il də minimum maaş 400 manat olacaq like
  • 23 Okt 16:37  
Digərləri Azərbaycanda gələn il də minimum maaş 400 manat olacaq

Azərbaycanda gələn il minimum əməkhaqqının builki səviyyədə - 400 mana

arrow Ətraflı
AMEAda seçkilər nə vaxt keçiriləcək?  İsa Həbibbəyli AÇIQLADI like
  • 23 Okt 16:24  
Digərləri AMEAda seçkilər nə vaxt keçiriləcək? İsa Həbibbəyli AÇIQLADI

Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) yaxın zamanda həqiqi və müx

arrow Ətraflı
Sabah hava meteohəssas insanlar üçün necə olacaq? like
  • 23 Okt 16:15  
Digərləri Sabah hava meteohəssas insanlar üçün necə olacaq?

Oktyabrın 24-də gözlənilən tibbi-meteoroloji proqnoz açıqlanıb.

arrow Ətraflı
Bu ölkədə sığınacaqlardan qara pişiklərin götürülməsi qadağan edildi like
  • 23 Okt 16:08  
Dünya Bu ölkədə sığınacaqlardan qara pişiklərin götürülməsi qadağan edildi

İspaniyanın Terrassa şəhəri "Halloween" zamanı qara pişiklərin

arrow Ətraflı
Azərbaycana 5,2 milyon doza dabaq peyvəndi gətiriləcək like
  • 23 Okt 16:00  
Digərləri Azərbaycana 5,2 milyon doza dabaq peyvəndi gətiriləcək

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin (AXA) da

arrow Ətraflı
Sadələşdirilmiş vergi limiti 400 min olacaq like
  • 23 Okt 15:58  
Digərləri Sadələşdirilmiş vergi limiti 400 min olacaq

Azərbaycanda sadələşdirilmiş vergi ödəyicilərinin ƏDV qeydiyyat öhdəl

arrow Ətraflı
Media fəaliyyətindən əldə olunan gəlirlərə vergi güzəştinin müddəti uzadıla bilər like
  • 23 Okt 15:56  
Digərləri Media fəaliyyətindən əldə olunan gəlirlərə vergi güzəştinin müddəti uzadıla bilər

Azərbaycanda media subyektlərinin (audiovizual media subyektləri istisna olma

arrow Ətraflı
Pensiyalar gələn il nə qədər artacaq? like
  • 23 Okt 15:54  
Digərləri Pensiyalar gələn il nə qədər artacaq?

2026-cı ildə Azərbaycanda pensiyalar orta hesabla 579.2 manat səviyyəsində

arrow Ətraflı