AQTA ət satışı yerlərində moitorinqlər keçirdi: 65 yerdə qanunsuzluq aşkarlandı
Digərləri 23 Okt 2025 10:55:55 99 0
"Heyvan kəsimi fəaliyyətinin tənzimlənməsi haqqında" Prezidentin 2018-ci il 11 iyun tarixli Sərəncamının icrası ilə bağlı olaraq baytarlıq-sanitariya və sanitariya-gigiyena normalarına cavab verməyən yerlərdə, küçələrdə, yol kənarlarında heyvan kəsimi hallarının qarşısının alınması istiqamətində Qida Təhlükəsizliyi Agentliyi aidiyyəti dövlət orqanları ilə birlikdə ardıcıl monitorinqlər, yoxlama-nəzarət tədbirlərini davam etdirir.
Bu xəbəri də oxu: Heyvan bazarlarında fəaliyyətlər nə zaman bərpa olunacaq? RƏSMİ AÇIQLAMA
Son.az xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.
Məlumata əsasən, tədbirlər çərçivəsində bu ilin əvvəlindən 22 oktyabr tarixinədək olan dövr ərzində respublika üzrə 4652 heyvan kəsimi və ət satışı mağazasında monitorinq keçirilib. Monitorinq zamanı 698 heyvan kəsimi və ət satışı mağazası ilə bağlı inzibati tədbir görülüb, 65-də isə qanunsuz heyvan kəsimi ilə əlaqədar quraşdırılmış qurğular (11-i təkrar quraşdırılmış qurğulardır) sökülüb.
Bundan başqa, 1244 halda ətlərin soyuducuda (453-də soyuducu yoxdur) saxlanılmadığı, 1277 halda isə ətlərin baytarlıq sənədi olmadan satışının həyata keçirildiyi müəyyən edilib ki, bununla bağlı icrası məcburi göstərişlər verilib.
Asya Hüseyn Son.az
ABŞ-nin elektrikli avtomobil istehsalçısı Tesla batareya sistemində yaranm�

Ötən gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) siste

Venesuelanın qərbində yerləşən Taçira ştatındakı Paramillo hava liman�

Oktyabrın 21-də Oğuz-Şəki avtomobil yolunda baş verən ağır yol-nəqliyy

14 oktyabr 2025-ci il tarixində 2008-ci il təvəllüdlü yeniyetmə qarın nah

"Səbail" qaz paylayıcı stansiyadan (QPS) qidalanan "Köhnə Qa

Ötən il kirayə yaşadığı evdən çıxarılan tanınmış ilahiyyatçı-ali

Ay Əqrəb bürcünə daxil olduqda, niyyətlər təzahür etmək gücü qazanı

Qış aylarının sevilən ənənəvi yeməklərindən biri olan yayla şorbası

Türkiyəli aktyor Taro Emir Tekin rejissor Ali Kemal Güvənin Sultana" f

Sağlam həyatın sirri bəzən elə öz mətbəximizdə gizlənir. Mütəxəssi

Qəbizlikdən əziyyət çəkirsinizsə, dərmansız, tamamilə təbii qarışı

Nigeriyada heyvanlardan insanlara keçən xəstəlik olan Lassa qızdırmasında

Qırmızı (bənövşəyi) kələm təkcə süfrələrə rəng qatmaqla kifayət
