“Nar”ın dəstəyi ilə ölkəmizdə ilk inklüziv intellektual oyun turniri baş tutub FOTO
Digərləri 23 Sen 2025 14:20:00 71 0
Sərfəli mobil operator "Nar"ın dəstəyi ilə Azərbaycanda ilk dəfə nitq və eşitmə məhdudiyyətli gənclər üçün "Zəka Fest" inklüziv intellektual oyun turniri təşkil olunub. Beynəlxalq Jest Dili Gününə həsr edilən bu layihə "Şəkərbura Şou"nun təşəbbüsü, "Karlara Dəstək" İctimai Birliyi, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, İctimai Televiziya və digər tərəfdaşların dəstəyi ilə həyata keçirilib. Turnirin əsas məqsədi eşitmə məhdudiyyətli uşaqların sosial inteqrasiyasını gücləndirmək və yaradıcılıq bacarıqlarını inkişaf etdirməklə yanaşı, onlar üçün inkişafetdirici oyunların əlçatanlığını təmin etməkdir.
Bu xəbəri də oxu: Bu bankda da limitlər dəyişildi Komissiya tutulacaq
Turnirdə ümumilikdə yeddi komanda mübarizə aparıb. Beş saat davam edən intellektual marafon yeddi raund və final mərhələsindən ibarət olub. İştirakçılar komanda işi və fərdi düşünmə bacarıqlarından istifadə edərək müxtəlif sualları cavablandırıblar. Yarışın nəticəsinə əsasən "Uğur" komandası birinci, "Qızıl" ikinci, "Cəsur" isə üçüncü yerə layiq görülüb. Qalib və digər iştirakçı komandalar "Nar" tərəfindən dəyərli hədiyyələrlə mükafatlandırılıb.
Qeyd edək ki, "Nar" nitq və eşitmə məhdudiyyətli şəxslərin informasiya və ünsiyyət imkanlarının artırılması istiqamətində həyata keçirdiyi layihələrlə beynəlxalq səviyyədə tanınır. Şirkət bu sahədəki sosial məsuliyyət təşəbbüslərinə görə nüfuzlu "Stevie" biznes mükafatına layiq görülüb. Yeni jest dili mobil tətbiqinin dəstəklənməsi də "Nar"ın bu istiqamətdə uzunmüddətli fəaliyyətinin məntiqi davamıdır və inklüziv cəmiyyətin qurulmasına töhfəsini daha da gücləndirir. Mobil operatorun dəstəyi ilə gerçəkləşdirilən bütün sosial layihələr haqqında daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.
Səs yazısı yayılan Bakıdakı 308 nömrəli tam orta məktəbin direktoru T�

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti ilə Rusiya Federasiyasın�

Amerikalı məşhur aktyor Robert De Niro Karib dənizində yerləşən Barbuda

Şimali Koreya lideri Kim Çen In yenidən siıah arsenalı ilə göz dağı ver

2022-ci ilin martında Atlantik okeanında böyük bir faciə baş verdi.

Millət vəkili Nizami Səfərov Tovuz şəhərində Əmək və Əhalinin Sosial

Mərhum meyxanaçı Xəyyam Əhmədlinin anası Zöhrə Quliyeva dünyasını d�

"2025-ci ilin yanvarından sentyabrına qədər qızılın 1 unsiyası 2,72

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosia

Gürcüstanda Rusiya və Azərbaycan vətəndaşları narkotik vasitələrin qan

Sentyabrın 24-də gözlənilən hava proqnozu açıqlanıb.

Nyu Yorkda ABŞ Prezidenti Donald Trampın korteji üçün yolları bağlayan po

Sentyabrın 23-də Heydər Əliyev Mərkəzində 3-cü Nəsimi - şeir, mənəvi

Müğənni Əlikram Bayramov efirdə kövrək anlar yaşayıb.

Lənkəran Ağır Cinayətlər Məhkəməsində yol-nəqliyyat hadisəsi törət
