Maşınla adam öldürən müəllimə: "Çaxır içib yas mərasiminə gedirdim"


Digərləri 23 Sen 2025 12:05:00 68 0

Maşınla adam öldürən müəllimə: "Çaxır içib yas mərasiminə gedirdim"

Lənkəran Ağır Cinayətlər Məhkəməsində yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Esmira Binnətəliyevanın cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Bu xəbəri də oxu: Pomidor ürəyə xeyir imiş

Son.az pravda.az-a istinadla xəbər verir ki, hakim Cavid Səfərlinin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 5 il müddətə azadlıqdan məhrum edilib.

İttihama görə, hadisə 29 yanvar 2025-ci il tarixdə, saat 13:50-də Zərdab-Ağcabədi yolunun Ağcabədi rayonu, Nəcəfqulubəyli kəndi ərazisində keçən hissəsində qeydə alınıb.

Belə ki, Esmira Binnətəliyeva sərxoş halda idarə etdiyi "Hyundai Accent" markalı avtomobillə yolun sağ kənarında dayanmış maşının qapısını açaraq düşən Rafiq Məmmədovu vurub. Nəticədə kişi hadisə yerində ölüb.

Hadisədən sonra Esmira Binnətəliyeva saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

Məhkəmədə Esmira Binnətəliyeva özünü təqsirli bilərək ifadəsində göstərib ki, sürücülük təlimi məktəbində müəllim işləyib. O bildirib ki, qan azlığından əziyyət çəkdiyindən həkimin məsləhəti ilə yarım stəkan çaxır içib: "Sonra yaşadığım evdən çıxıb Ağcabədi rayonu, Hüsülü kəndində 40 mərasimində iştirak etmək üçün yola düşdüm. Həmin gün saat 13:50-də maşınla hərəkətdə olarkən nəqliyyat vasitəmin arxasında hərəkətdə olan "QAZel" markalı avtomobil ötmə əməliyyatına keçdi. Bu səbəbdən də həmin avtomobilə şərait yaradılmasından ötrü maşınımı yolun sağ kənarına çəkdim. Həmin vaxtı yol kənarında dayanmış "Mercedes Benz" markalı avtomobilin sürücüsünün qəfildən maşının qapısını açıb düşdüyünü gördüm. Həmin an dərhal ayağımı əyləcə sıxsam da, həmin şəxsi vurdum".

Təqsirləndirilən şəxs hazırda tutduğu əməldən peşman olduğunu, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışdığını deyərək, məhkəmədən ona yüngül cəza verilməsini xahiş edib.


Xəbərə aid fotolar

Sosial şəbəkələr psixologiyamıza mənfi təsir etmirmiş  Alimlər təsdiqlədi like
  • 23 Sen 12:00  
Digərləri Sosial şəbəkələr psixologiyamıza mənfi təsir etmirmiş Alimlər təsdiqlədi

Sosial şəbəkələrin psixi sağlamlığa təsiri barədə geniş yayılmış

arrow Ətraflı
Rusiyanın 10 vilayətinə PUA hücumu edildi like
  • 23 Sen 11:51  
Digərləri Rusiyanın 10 vilayətinə PUA hücumu edildi

Rusiya hava hücumundan müdafiə qüvvələri ölkə üzərində Ukraynaya məx

arrow Ətraflı
Bakı Təhlükəsizlik Forumu: yeni dövrün təhlükəsizliyi necə qurulur? like
  • 23 Sen 11:42  
Siyasət Bakı Təhlükəsizlik Forumu: yeni dövrün təhlükəsizliyi necə qurulur?

Beynəlxalq siyasətdə ilk baxışdan dar və ixtisaslaşmış görünən hadis

arrow Ətraflı
"Bu faciə olmasaydı, Putin dünyaya gəlməyəcəkdi"  İDDİA like
  • 23 Sen 11:30  
Digərləri "Bu faciə olmasaydı, Putin dünyaya gəlməyəcəkdi" İDDİA

Rusiya prezidenti Vladimir Putinin dünyaya gəlişinə səbəb olan ailə hekay

arrow Ətraflı
Türkiyə bələdiyyəsində əməliyyat  13 vəzifəli şəxs saxlanıldı like
  • 23 Sen 11:23  
Digərləri Türkiyə bələdiyyəsində əməliyyat 13 vəzifəli şəxs saxlanıldı

Ankara Baş Prokurorluğu Böyükşəhər Bələdiyyəsinin 2021-2024-cü illə

arrow Ətraflı
İsrail: beynəlxalq təcridin qırmızı xətti haradan keçir like
  • 23 Sen 11:20  
Siyasət İsrail: beynəlxalq təcridin qırmızı xətti haradan keçir

İsrailin beynəlxalq təcridi günü-gündən dərinləşir. Söhbət təkcə s

arrow Ətraflı
Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının Kralını təbrik edib like
  • 23 Sen 11:07  
Siyasət Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının Kralını təbrik edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İki Müqəddəs Ocağı

arrow Ətraflı
Bu bankda da limitlər dəyişildi  Komissiya tutulacaq like
  • 23 Sen 11:07  
Digərləri Bu bankda da limitlər dəyişildi Komissiya tutulacaq

Daha bir bankda tariflərlə bağlı dəyişiklik edilib.

arrow Ətraflı
Model Amerikada həkim işləyəcək like
  • 23 Sen 11:00  
Şou-biznes Model Amerikada həkim işləyəcək

Türkiyə gözəli İdil Bilgen ABŞ-də həkimlik fəaliyyətinə başlayıb.

arrow Ətraflı
Sentyabrın son həftəsi bu bürclərə yeni başlanğıc olacaq like
  • 23 Sen 10:55  
Digərləri Sentyabrın son həftəsi bu bürclərə yeni başlanğıc olacaq

Astroloqların proqnozuna görə, bəzi bürclər üçün çətinliklər dövrü

arrow Ətraflı
Pezeşkian Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb  FOTO like
  • 23 Sen 10:52  
Siyasət Pezeşkian Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb FOTO

İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian İranda səfərdə o

arrow Ətraflı