Heydər Əliyev Mərkəzində Nəsimi festivalının açılışı olub FOTO


Kriminal 23 Sen 2025 12:12:00 66 0

Heydər Əliyev Mərkəzində Nəsimi festivalının açılışı olub  FOTO

Sentyabrın 23-də Heydər Əliyev Mərkəzində 3-cü Nəsimi - şeir, mənəviyyat və incəsənət festivalının açılışı olub.

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı, ICESCO-nun tərəfdaşlığı ilə keçirilən festival "Əbədi həqiqət axtarışında" mövzusunda beynəlxalq forumla işinə başlayıb.

Forumda Azərbaycanla yanaşı, Almaniya, İran, İraq, Kanada, Qazaxıstan, Oman, Özbəkistan, Pakistan, Şimali Kipr, Tacikistan, Türkiyədən alimlər iştirak ediblər.

Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli çıxışında bildirib ki, Azərbaycanın zəngin mədəni irsi və ədəbi ənənələri əsrlər boyu xalqımızın mənəvi inkişafına xidmət edib və bu irsin qorunması dövlət siyasətinin əsas prioritetlərindən biridir. O, həmçinin qeyd edib ki, festivalın keçirilməsi həm ölkəmizdə, həm də beynəlxalq səviyyədə Azərbaycan mədəniyyətinin tanıdılması və qlobal əməkdaşlığa töhfə verilməsi baxımından böyük əhəmiyyət kəsb edir.

Nazir vurğulayıb ki, bu tədbirlər, eyni zamanda, ölkəmizin suverenliyi və ərazi bütövlüyü şəraitində həyata keçirilir. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə olunmuş nailiyyətlər Azərbaycan mədəniyyətinin inkişafını daha da gücləndirir.

Forumun açılışında ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malikin videomüraciəti təqdim edilib. O bildirib ki, Nəsimi irsi insanlığın mədəni və mənəvi inkişafında əvəzsiz rol oynayır. ICESCO-nun Baş direktoru qeyd edib ki, bu irsi yad etməklə cəsarət, sorğu və gözəllik ənənəsi canlanır, insanlığın yolu işıqlandırılır. Həmçinin o, Nəsimi irsinin qəlbləri və ağlı işığa, birliyə, sülhə və rifaha yönəltdiyini xüsusilə vurğulayıb.

Sonra çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti İsa Həbibbəyli Nəsimi festivalını Azərbaycan incəsənətinin təbliği baxımından mühüm beynəlxalq tədbir kimi dəyərləndirdiyini deyib: "Nəsimi yalnız öz dövründə deyil, gələcək nəsillərə də yol göstərib, ədəbiyyatın inkişafında və mədəniyyətlərarası dialoqun formalaşmasında böyük rol oynayıb. Onun əsərləri humanist prinsipləri və yüksək estetik dəyərləri bir araya gətirərək dünya mədəni irsinin əvəzolunmaz hissəsinə çevrilib".

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyat Muzeyinin direktoru, professor, AMEA-nın həqiqi üzvü Rafael Hüseynov orta əsr Şərqinin ən böyük şairlərindən biri olan İmadəddin Nəsiminin zəngin fəlsəfi və ədəbi irsinə toxunub. O, Nəsiminin yaradıcılığının yalnız öz dövründə deyil, gələcək nəsillərə də yol göstərdiyini diqqətə çatdırıb.

Akademik əlavə edib ki, Nəsimi irsi ədəbiyyatın inkişafında, mədəniyyətlərarası dialoqun formalaşmasında və insan düşüncəsinin zənginləşməsində böyük rol oynayıb. Onun əsərləri insanın mənəvi yüksəlişinə, azad düşüncəyə və ədalət prinsiplərinə xidmət edən bir irs kimi hələ də aktualdır və gənc nəsillərə ilham verir.

Daha sonra beynəlxalq tədbirin iştirakçıları ilə fəxri qonaqlar birgə foto çəkdiriblər.

Forum işini panel sessiyalarla davam etdirəcək.

Qeyd edək ki, üç gün ərzində Bakı və Şamaxıda keçiriləcək festival zəngin proqramı ilə diqqəti cəlb edir. Festival çərçivəsində Nəsimi yaradıcılığına dair müzakirələr, sərgilər, musiqi təqdimatları təşkil olunacaq, tamaşaların nümayişi keçiriləcək.

Festivalın ikinci günü Şamaxıda - Nəsiminin doğma diyarında baş tutacaq. Nəsimi Bağları Kompleksində təşkil ediləcək festival bu ərazinin müxtəlif məkanlarını əhatə edəcək. Burada tanınmış və sevilən xanəndələr, vokalçılar, qiraətçilərin iştirakı ilə Nəsimi yaradıcılığına həsr olunan bədii proqram, açıq səma altında "Multidissipilinar İncəsənət Festivalı", bədii konsert proqramı təqdim ediləcək.

Nəsimi festivalı 2018-ci ildən təşkil olunur. Bu ildən isə İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı - ICESCO Nəsimi festivalının tərəfdaşı olub.


Xəbərə aid fotolar

Əlikramın efirdə göz yaşları "sel oldu": "Ən dəhşətli günüm idi" like
  • 23 Sen 12:08  
Şou-biznes Əlikramın efirdə göz yaşları "sel oldu": "Ən dəhşətli günüm idi"

Müğənni Əlikram Bayramov efirdə kövrək anlar yaşayıb.

arrow Ətraflı
Maşınla adam öldürən müəllimə: "Çaxır içib yas mərasiminə gedirdim" like
  • 23 Sen 12:05  
Digərləri Maşınla adam öldürən müəllimə: "Çaxır içib yas mərasiminə gedirdim"

Lənkəran Ağır Cinayətlər Məhkəməsində yol-nəqliyyat hadisəsi törət

arrow Ətraflı
Sosial şəbəkələr psixologiyamıza mənfi təsir etmirmiş  Alimlər təsdiqlədi like
  • 23 Sen 12:00  
Digərləri Sosial şəbəkələr psixologiyamıza mənfi təsir etmirmiş Alimlər təsdiqlədi

Sosial şəbəkələrin psixi sağlamlığa təsiri barədə geniş yayılmış

arrow Ətraflı
Rusiyanın 10 vilayətinə PUA hücumu edildi like
  • 23 Sen 11:51  
Digərləri Rusiyanın 10 vilayətinə PUA hücumu edildi

Rusiya hava hücumundan müdafiə qüvvələri ölkə üzərində Ukraynaya məx

arrow Ətraflı
Bakı Təhlükəsizlik Forumu: yeni dövrün təhlükəsizliyi necə qurulur? like
  • 23 Sen 11:42  
Siyasət Bakı Təhlükəsizlik Forumu: yeni dövrün təhlükəsizliyi necə qurulur?

Beynəlxalq siyasətdə ilk baxışdan dar və ixtisaslaşmış görünən hadis

arrow Ətraflı
"Bu faciə olmasaydı, Putin dünyaya gəlməyəcəkdi"  İDDİA like
  • 23 Sen 11:30  
Digərləri "Bu faciə olmasaydı, Putin dünyaya gəlməyəcəkdi" İDDİA

Rusiya prezidenti Vladimir Putinin dünyaya gəlişinə səbəb olan ailə hekay

arrow Ətraflı
Türkiyə bələdiyyəsində əməliyyat  13 vəzifəli şəxs saxlanıldı like
  • 23 Sen 11:23  
Digərləri Türkiyə bələdiyyəsində əməliyyat 13 vəzifəli şəxs saxlanıldı

Ankara Baş Prokurorluğu Böyükşəhər Bələdiyyəsinin 2021-2024-cü illə

arrow Ətraflı
İsrail: beynəlxalq təcridin qırmızı xətti haradan keçir like
  • 23 Sen 11:20  
Siyasət İsrail: beynəlxalq təcridin qırmızı xətti haradan keçir

İsrailin beynəlxalq təcridi günü-gündən dərinləşir. Söhbət təkcə s

arrow Ətraflı
Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının Kralını təbrik edib like
  • 23 Sen 11:07  
Siyasət Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının Kralını təbrik edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İki Müqəddəs Ocağı

arrow Ətraflı
Bu bankda da limitlər dəyişildi  Komissiya tutulacaq like
  • 23 Sen 11:07  
Digərləri Bu bankda da limitlər dəyişildi Komissiya tutulacaq

Daha bir bankda tariflərlə bağlı dəyişiklik edilib.

arrow Ətraflı
Model Amerikada həkim işləyəcək like
  • 23 Sen 11:00  
Şou-biznes Model Amerikada həkim işləyəcək

Türkiyə gözəli İdil Bilgen ABŞ-də həkimlik fəaliyyətinə başlayıb.

arrow Ətraflı