Vəzifəlilərlə əlbir olan iş adamına bu cəza verildi
Digərləri 20 Avq 2025 10:10:00 76 0
Külli miqdarda mənimsəmə və cinayət yolu ilə qazanılmış pulların leqallaşdırılmasında ittiham olunan 35 şirkətin rəhbəri Fəqani Rəhimova hökm oxunub.
Bu xəbəri də oxu: Qənirə Ataşova arxiv şəkillərini paylaşdı "Yollarım dəyişdi, amma..."
Son.az qafqazinfo.az-a istinadən xəbər verir ki, sahibkar dövlətə dəymiş ziyanı ödəməklə canını həbsdən qurtara bilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin dünənki hökmü ilə Rəhimova 5 il müddətinə şərti cəza verib.
Məmurlarla əlbir olan sahibkar həbsdə deyildi. O, 6 ay əvvəl ev dustaqlığına buraxılmışdı. Həmin vaxt məhkəmə 62 min 400 manat təşkil edən maddi ziyanın ödənilməsini və təqsirləndirilən şəxsin səhhətini nəzərə alaraq belə qərar qəbul etmişdi.
F.Rəhimovun ətrafında aparılan istintaqla bir sıra qurumların da qanunsuz əməlləri ortaya çıxmışdı. Məlub olub ki, F.Rəhimovun şirkətləri qurumlarla yaxşı dil tapıb, tenderlərdə qalib gəlib. Ümumilikdə onun şirkətlərinə 600 min manata yaxın pul köçürülüb. Həmin vəsaitin 62 min manatı isə həqiqi mənbəyinin gizlədilməsi məqsədilə leqallaşdırılıb.
Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi tərəfindən F.Rəhimovun əlbir olduğu vəzifəlilərin hamısına vurduqları ziyan ödətdirilib. Bu səbəbdən onların işinə bəraətverici əsaslar olmadan xitam verilib.
Fəqani Rəhimov isə dövlətə dəymiş ziyanı həbsə düşəndən bir neçə ay sonra ödəyib.
Qobustan rayonunda torpaq uçqunu faciə ilə nəticələnib.

Son vaxtlar sosial şəbəkələrdə "BakıKart"larda yaranan probleml

Avqustun 19-da saat 21 radələrində Gəncə şəhəri ərazisində yetkinlik y

2025-ci il avqustun 8-i Cənubi Qafqazın beynəlxalq münasibətlər sistemind�

Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb.

ABŞ Prezidenti Donald Tramp "Fox and Friends" verilişində çıxış

İnternetə qoşulmuş smart televizorlar sizin baxış vərdişlərinizi izləm

Yüksək temperatur və rütubət ürək sağlamlığı üçün ciddi təhlükə

Zaman keçdikcə hər bir notbuk batareyasının tutumu azalır. Bu da cihazın

İtalyan aktrisa və model Monika Belluççi Fransanın Marie Claire jurnalını

Şirin, yetişmiş qarpız yayda səbirsizliklə gözlədiyimiz ləzzətlərdən

Avqustun ikinci yarısında bəzi bürclər maliyyə vəziyyətlərində yaxşı

İnsanlar min illərdir uzun və sağlam yaşamağın yollarını axtarıblar. Q

"Uzun zamandır şeir yaza bilmirdim. Nə yazsam, gəlib Süleyman olurdu.

Son bir il ərzində torpağın 1 sotunun qiyməti 97 min manata yaxın artıb.
