"Dedim ki, daha şair deyiləm"
Şou-biznes 20 Avq 2025 00:42:00 67 0
"Uzun zamandır şeir yaza bilmirdim. Nə yazsam, gəlib Süleyman olurdu. Mən də yazmadım, hər şey birdən gözümdə mənasızlaşdı".
Bu xəbəri də oxu: Dilarə Əliyevanın qardaşı səhhətindən danışdı
Son.az xəbər verir ki, bu sözləri şair Cığatel İsaqızı "Xəzər axşamı" verilişində deyib. O, nəvəsi Süleymanın avtoqəzada həlak olmasından sonra təbi gəlmədiyini açıqlayıb:
"Artıq hadisənin iki ili tamam oldu. 20 gün idi çalxalanırdım. Şeir də yaza bilmirdim. Uşaqlarıma dedim ki, mən daha şair deyiləm. Getdim bağda göy-göyərti əkdim, sonra heç nə etməyim gəlmədi. Bir elə idim, bir belə. Heç bilmədim kiməm, nəyəm. Torpağına altına baxdım, ölənlərim, üstünə baxdım, qalanlarım. Ona görə də yaşamaq lazımdır. Cığatelim, Əlim, Nurum var. Buna görə də "Hərdən ölməməyim, hərdən ölməyim gəlir" şeirini yazdım.
Cığatel İsaqızı nəvəsinə yazdığı şeiri mahnıya çevirmək istəməməsinin səbəbini də açıqlayıb:
"Süleymana yazdığım şeiri dillərdə dastan olub. Kimin vəfat edəni varsa, mənim səsimi onların üzərinə qoyub, sosial şəbəkədə paylaşırlar. O qədər ağır günlər keçirmişik ki, evə girəndə zornan gülürük. Atasını, anasını güldürmək, Cığateli ovutmaq istəyirik. Yazdığım şeiri mahnıya çevirib, onların yaralarını dərinləşdirmək istəmirik".
Qeyd edək ki, sözügedən hadisə 2 il əvvəl Ələt-Astara magistralın 38-ci km-də, Salyandan keçən hissəsində qeydə alınıb. Belə ki, "Nissan" və "Opel" markalı minik avtomobillərinin toqquşması nəticəsində sürücülərdən - Ağstafa sakini, 1987-ci il təvəllüdlü Qasımov Ayaz Camal oğlu ağır xəsarət alaraq komatoz vəziyyətdə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Sürücünün oğlu, 2014-cü il təvəllüdlü Qasımov Süleyman Ayaz oğlu hadisə yerində ölüb.
Son bir il ərzində torpağın 1 sotunun qiyməti 97 min manata yaxın artıb.

İsrailin iyun ayında Lorestan əyalətinə hücumları zamanı partlamamış h

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"

Fransanın Azərbaycana təyin etdiyi yeni səfirin adı məlum olub.

Müğənni Aygün Mahmudova ilə rejissor Kənan Mahmudovun (MM) ayrıldığı i

Azərbaycanda 15 yaşdan yuxarı əhalinin orta boyu 167,4 santimetr, orta çək

Rusiya Prezidenti Vladimir Putin yaxın həftələrdə Ukrayna lideri Volodimir

Xərçəng - ən məkrli xəstəliklərdən biridir, çünki ilkin mərhələlə

Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin sabiq rəisi, hakim Yeni Azə

Sumqayıt şəhərini Saray qəsəbəsi ilə birləşdirən avtomobil körpüsü

Bu ilin yanvar-iyul aylarında Azərbaycan 25 min 180 ton ət idxal edib.
