Şəhərsalma və tikinti prosedurları sadələşdirildi


Siyasət 04 Avq 2025 16:25:00 73 0

Şəhərsalma və tikinti prosedurları sadələşdirildi

Azərbaycandan şəhərsalma və tikinti prosedurları sadələşdirildi.

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu, Prezident İlham Əliyevin Azərbaycan Respublikasının Torpaq Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının Mənzil Məcəlləsində, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində, "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında", "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamənin təsdiq edilməsi barədə" və "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının qanunlarında edilən dəyişiklikdə əksini tapıb.

Qanuna əsasən, səlahiyyətli orqanların tikintiyə və tikintinin istismarına icazə sənədləri təqdim etməsi, bu sənədlər əsasında yaşayış sahələri, habelə yaşayış evlərinin həyətyanı torpaq sahələri üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, zərurət olduğu halda ölçmə plan işlərinin görülməsi, torpaq sahələrinin kateqoriyasının dəyişdirilməsi barədə Nazirlər Kabineti qarşısında vəsatət qaldırılması, yaşayış evləri və çoxmənzilli yaşayış binaları bələdiyyə mülkiyyətində olan torpaq sahələrində inşa edildiyi hallarda bələdiyyəyə mütənasib dəyərdə dövlət mülkiyyətindən torpaq sahələrinin ayrılması və ayrılan torpaq sahələrinin kateqoriyasının dəyişdirilərək yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid edilməsi və sair məsələlər tənzimlənib.

Qanun təbii fəlakət, texnogen qəza və ya hərbi əməliyyat nəticəsində məhv olmuş, yaxud yararsız vəziyyətə düşmüş yaşayış sahələrinin əvəzinə dövlət vəsaiti hesabına yaşayış evlərinin və çoxmənzilli yaşayış binalarının tikintisi ilə bağlı torpaq sahələrinin ayrılması, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı, habelə şəhərsalma və tikinti prosedurlarının sadələşdirilməsi məqsədilə hazırlanıb. Bu baxımdan 7 normativ hüquqi akta onların tənzimləmə predmetinə uyğun olaraq aşağıdakı dəyişikliklər təklif olunur:

Torpaq Məcəlləsi üzrə:

- təbii fəlakət, texnogen qəza və ya hərbi əməliyyat nəticəsində (işğaldan azad edilmiş ərazilər istisna olmaqla) məhv olmuş, yaxud yararsız vəziyyətə düşmüş yaşayış sahələrinin əvəzinə yeni yaşayış sahələrinin həmin torpaq sahələrində tikilməsinin məqsədəuyğun hesab edilmədiyi halların dairəsinin müəyyən edilməsi, bu məqsədlə müvafiq araşdırmanın aparılmasının hüqiqi prosedurunun yaradılması, eləcə də yeni yaşayış sahələrinin həmin torpaq sahələrində tikintisi məqsədəuyğun hesab edilmədikdə bu torpaq sahəsinin əvəzinə müvafiq torpaq sahələrinin ayrılmasının tənzimlənməsi;

- yeni yaşayış sahələrinin tikintisi üçün torpaq sahəsinin dövlət ehtiyat fondu torpaqlarından, bu mümkün olmadıqda isə mütənasib dəyərdə bələdiyyə mülkiyyətində olan torpaqlardan ayrılması;

- torpaq sahəsinin ayrılması mümkün olmadıqda məhv olmuş, yaxud yararsız vəziyyətə düşmüş yaşayış sahələrinin yerləşdiyi torpaq sahələrinin dəyərinin mülkiyyətçiyə ödənilməklə rekvizisiya qaydasında alınması.

Torpaq Məcəlləsi, "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" və "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamənin təsdiq edilməsi barədə" qanunlar üzrə:

- məhv olmuş, yaxud yararsız vəziyyətə düşmüş yaşayış sahələrinin əvəzinə yeni yaşayış evlərinin və çoxmənzilli yaşayış binalarının tikintisi üçün bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin açıq torpaq hərracları və ya müsabiqələri olmadan verilməsinin hüquqi bazasının yaradılması;

- məhv olmuş, yaxud yararsız vəziyyətə düşmüş yaşayış sahələrinin əvəzinə yaşayış evləri və çoxmənzilli yaşayış binaları bələdiyyə mülkiyyətində olan torpaq sahələrində tikildiyi hallarda bələdiyyəyə mütənasib dəyərdə dövlət mülkiyyətindən torpaq sahələrinin ayrılması.

Mülki Məcəllə və "Daşınmaz əmlakın dövlət reyestri haqqında" qanun üzrə:

- daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar sırasına qeyd olunan yaşayış evləri və çoxmənzilli yaşayış binalarının mənzillərinin daxil edilməsi və bunun üçün tələb olunan sənədlərin müəyyən edilməsi.

Mənzil Məcəlləsi üzrə:

- yeni yaşayış evlərinin və çoxmənzilli yaşayış binalarının dövlət vəsaiti hesabına tikintisinin aparılması barədə qərarın icbari sığortası olan yaşayış sahələrinə münasibətdə qəbul edilməsinin mümkünlüyü.

Şəhərsalma və Tikinti Məcəlləsi üzrə:

- məhv olmuş, yaxud yararsız vəziyyətə düşmüş yaşayış sahələrinin əvəzinə dövlət vəsaiti hesabına inşa ediləcək yeni çoxmənzilli yaşayış binasının tikinti prosedurlarının sadələşdirilməsi.

Dövlət başçısı müvafiq Qanunun icrası ilə bağlı Fərman imzalayıb.

Təminat Fonduna yeni səlahiyyət verilməsi təsdiqlənib like
  • 04 Avq 16:23  
Siyasət Təminat Fonduna yeni səlahiyyət verilməsi təsdiqlənib

Təminat Fonduna yeni səlahiyyət verilməsi təsdiqlənib.

arrow Ətraflı
Anar Abdullayev məhkəmə zalında həbs edildi like
  • 04 Avq 16:21  
Digərləri Anar Abdullayev məhkəmə zalında həbs edildi

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Ana

arrow Ətraflı
Azərbaycanda büdcə qaydası dəyişdi like
  • 04 Avq 16:17  
Siyasət Azərbaycanda büdcə qaydası dəyişdi

Azərbaycanda büdcə qaydası dəyişib.

arrow Ətraflı
Prokurorluq işçisinin prokurorluqda qulluqda olmasının yaş həddi artırıldı like
  • 04 Avq 16:15  
Siyasət Prokurorluq işçisinin prokurorluqda qulluqda olmasının yaş həddi artırıldı

Prokurorluq işçisinin prokurorluqda qulluqda olmasının yaş həddi artırıl

arrow Ətraflı
21 məktəb direktoru işdən çıxarılıb  RƏSMİ like
  • 04 Avq 16:12  
Digərləri 21 məktəb direktoru işdən çıxarılıb RƏSMİ

21 məktəb direktorunun əmək müqaviləsinə xitam verilib.

arrow Ətraflı
Azərbaycanın Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının Tərkibi dəyişib  FƏRMAN like
  • 04 Avq 16:11  
Siyasət Azərbaycanın Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının Tərkibi dəyişib FƏRMAN

Azərbaycanın Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının Tərkibi

arrow Ətraflı
Dilənçinin 1 günlük qazancı: 3000 manat... like
  • 04 Avq 15:50  
Digərləri Dilənçinin 1 günlük qazancı: 3000 manat...

Türkiyənin Van vilayətində saxlanılan dilənçidən 75 min TL-dən artıq (

arrow Ətraflı
Bəzi ölkələrdən Azərbaycana dəvə gətirilməsinə məhdudiyyət qoyuldu like
  • 04 Avq 15:41  
Digərləri Bəzi ölkələrdən Azərbaycana dəvə gətirilməsinə məhdudiyyət qoyuldu

Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatların

arrow Ətraflı
Bu məhsul bol və ucuzdur, amma alıcısı yoxdur like
  • 04 Avq 15:21  
Digərləri Bu məhsul bol və ucuzdur, amma alıcısı yoxdur

Pomidor bu il necə deyərlər, həm boldur, həm də ucuz. Amma alan yoxdur. Ya

arrow Ətraflı
Dörd ay əvvəl təyin olunan rəislər işdən çıxarıldı like
  • 04 Avq 15:11  
Digərləri Dörd ay əvvəl təyin olunan rəislər işdən çıxarıldı

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətində (QSC) iki depar

arrow Ətraflı
Samir Oruc mətbuat katibi təyin olundu like
  • 04 Avq 15:10  
Digərləri Samir Oruc mətbuat katibi təyin olundu

Respublika Diaqnostika Mərkəzinə yeni mətbuat katibi təyin edilib.

arrow Ətraflı
40 dərəcə havada istiliyə qarşı necə davranmalı? like
  • 04 Avq 15:05  
Digərləri 40 dərəcə havada istiliyə qarşı necə davranmalı?

Bu gün ölkə ərazisində temperaturun 40 dərəcəyə qədər yüksələcəyi

arrow Ətraflı