Anar Abdullayev məhkəmə zalında həbs edildi
Digərləri 04 Avq 2025 16:21:00 54 0
Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli və ictimai fəal Anar Abdullayevin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Bu xəbəri də oxu: "Belə maşın idarə edərlər?" deyən şəxsi küçədə döydü
Son.az APA-ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aygün Qurbanovanın sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı vəsatət qaldırıb.
Dövlət ittihamçısı Anar Abdullayevin polisin nəzarətinə vermə qətimkan tədbirinin dəyişdirilməsini istəyib.
Prokuror vəsatətini təqsirləndirilən şəxsin seçilmiş qətimkan tədbiri qaydalarına əməl etmədiyini əsas gətirib və onun məhkəmə zalında həbs edilməsini istəyib.
Təqsirləndirilən şəxsin vəkili Anar Abdullayevin məhkəmədən anasının xəstə olmasını nəzərə alınmasını istəyib.
Məhkəmə dövlət ittihamçısının vəsatətini təmin edib.
Anar Abdullayev məhkəmə zalında həbs edilib.
Daha sonra dövlət ittihamçısı ittiham aktını elan edib.
Elan olunmuş ittiham üzrə hər iki təqsirləndirilən şəxs özlərini təqsirli bilməyiblər.
Xatırlaqdaq ki, Anar Abdullayev Binəqədi Rayon Məhkəməsinin qərarı ilə 11 iyulda İnzibati Xətalar Məcəlləsinin 535-ci (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) və 510-cu (Xırda xuliqanlıq) maddələri ilə inzibati qaydada 30 gün həbs cəzası verilib.
Proses 22 sentyabrda davam etdiriləcək.
Qeyd edək ki, Anar Məmmədli ötən ilin aprel ayında saxlanılıb və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. Anar Abdullayev isə aprelin 8-də iş üzrə təqsirli bilinib və barəsində məhkəməyədək polisin nəzarətinə vermə qətimkan tədbiri seçilib.
Qeyd edək ki, onlara qarşı Cinayət Məcəlləsinin 192.3.2, 193-1.3.1, 193-1.3.2, 206.4, 213.2.1, 320.1 və 320.2-ci maddələri ilə ittiham irəli sürülüb.
Prokurorluq işçisinin prokurorluqda qulluqda olmasının yaş həddi artırıl

21 məktəb direktorunun əmək müqaviləsinə xitam verilib.

Azərbaycanın Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının Tərkibi

Sosial şəbəkədə yayılan video diqqət çəkib.

Türkiyənin Van vilayətində saxlanılan dilənçidən 75 min TL-dən artıq (

Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatların

Avqustun 4-də Türkmənistanın Avaza şəhərində BMT-nin Dənizə çıxış�

"Bu, zəhləm getmiş insanlarla davaya düşürəm"

Pomidor bu il necə deyərlər, həm boldur, həm də ucuz. Amma alan yoxdur. Ya

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətində (QSC) iki depar

Respublika Diaqnostika Mərkəzinə yeni mətbuat katibi təyin edilib.

Bu gün ölkə ərazisində temperaturun 40 dərəcəyə qədər yüksələcəyi

Rusiya Prezidenti Vladimir Putin Ukrayna Prezidenti Volodimir Zelenski ilə gör

Müğənni Aysun İsmayılova ilk dəfə qızı Sevgiylə birgə şəkilini sosi
