Sahibə Qafarova Parlament Sədrlərinin VI Dünya Konfransında çıxış edib


Siyasət 29 İyl 2025 21:55:00 87 0

Sahibə Qafarova Parlament Sədrlərinin VI Dünya Konfransında çıxış edib

İyulun 29-da Milli Məclisin sədri Sahibə Qafarova Cenevrəyə işgüzar səfəri çərçivəsində Parlament Sədrlərinin VI Dünya Konfransında iştirak edib.

Son.az xəbər verir ki, tədbirdə çıxış edən Milli Məclisin sədri konfransın parlamentlərarası əməkdaşlıq üçün gələcək gündəliyin müəyyən olunmasına kömək etdiyini bildirib.

Spiker Sahibə Qafarova təəssüflə qeyd edib ki, son konfransdan bəri dünya bir sıra mənfi dəyişikliklərə məruz qalıb. Əvvəlki konfransda əsas diqqət COVID-19 və onunla necə mübarizə aparılması məsələlərinə yönəlmişdisə, bu gün qlobal problemlərin sayı, mürəkkəbliyi daha da artıb və bu da təxirəsalınmaz və qətiyyətli tədbirlər görülməsini zəruri edir. Sahibə Qafarovanın sözlərinə görə, bir çox hallarda əlaqələndirilmiş cavabların olmaması problemlərin daha da pisləşməsinə səbəb olur. Nəticədə bugünkü dünya daha da parçalanıb, gərginliklər artıb, tərəqqi daha da azalıb. Bu narahatedici reallığın kökündə çoxtərəfliliyin əsasını təşkil edən səmərəli beynəlxalq əməkdaşlığın və həmrəyliyin aşınması dayanır. Biz yalnız kollektiv fəaliyyət və birgə məsuliyyət yolu ilə qlobal təhlükələrin öhdəsindən gələ biləcəyimiz anlayışından uzaqlaşırıq.

Milli Məclisin sədri çıxışında BMT-də islahatlar mövzusuna da toxunaraq bildirib ki, BMT-nin mərkəzində dayandığı güclü və inklüziv çoxtərəfli sistem bütün problemlərə real və uzunmüddətli həlləri təmin etmək imkanına malikdir. Bununla belə, BMT sistemində effektiv şəkildə islahatların aparılması ilə bağlı müzakirələr hələ də davam edir. Hər hansı islahat yalnız bəzi dövlətlərin deyil, bütün ölkə və xalqların səsinin eşidildiyi sistemin yaradılması ilə nəticələnməlidir. Beynəlxalq hüquq normaları və prinsipləri qorunmalı, ikili standartlar rədd edilməli, qəbul edilmiş qərarlar həyata keçirilməlidir. Yalnız bu şərtlər altında hamı üçün sülh, ədalət və rifahın təmin edilməsi məqsədlərinə nail olmaq mümkündür.

Parlament diplomatiyasının artan əhəmiyyətindən danışan spiker Sahibə Qafarova qeyd edib ki, parlamentlərimizin çoxtərəfliliyə və əməkdaşlığa sadiq olduğunu görmək məmnunluq doğurur. Parlamentlərarası İttifaqın işində, o cümlədən bu konfransda fəal iştirak ortaq baxışımızı və qətiyyətimizi əks etdirir.

Milli Məclisin sədri Parlamentlərarası İttifaqın BMT ilə sıx əməkdaşlığını və parlamentlərin səsinin qlobal müzakirələrdə eşidilməsi üçün göstərilən səyləri yüksək qiymətləndirib, bununla belə, daha çox işlərin görülməli olduğunu bildirib.

O qeyd edib ki, milli parlamentlər çoxtərəfli sistemin əsas iştirakçılarından birinə çevrilməlidir. Çünki istənilən uğursuzluq, ilk növbədə, xalqlarımıza təsir göstərir. Onların seçilmiş nümayəndələri olaraq, parlamentarilər çoxtərəfliliyin yenilənməsində birbaşa iştirak etməlidirlər.

Sahibə Qafarova bildirib ki, hamı üçün sülh, ədalət və rifahın təmin edilməsi yalnız təsisatlar və razılaşmalarla məhdudlaşmır. Bunun kökündə insanlar arasında etimad, inam və qarşılıqlı anlaşmanın yaradılması dayanır.

Milli Məclisin sədri vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2008-ci ildə başlanan "Bakı Prosesi"nin bir parçası olan "Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu" BMT tərəfindən mədəniyyətlərarası dialoqun əsas qlobal platformalarından biri kimi tanınıb.

Spiker Sahibə Qafarova qeyd edib ki, ötən ilin mayında keçirilən bu Forumun VI sessiyası çərçivəsində Azərbaycan parlamenti tərəfindən Parlamentlərarası Konfrans təşkil olunub. Bu da qeyd olunan sahədə aparılan müzakirələrdə parlament perspektivini təmin edib.

Bunu nəzərə alaraq, Milli Məclisin sədri mədəniyyətlərarası dialoq mövzusunu Parlamentlərarası İttifaqın gələcək gündəliyinə və fəaliyyətinə daxil etməyi təklif edib. Son.az  

Valideynlər diqqətli olun: Bu oyuncaqlar uşaq davranışlarını dəyişdirir like
  • 29 İyl 21:47  
Digərləri Valideynlər diqqətli olun: Bu oyuncaqlar uşaq davranışlarını dəyişdirir

Son illər uşaqlar arasında real silaha bənzəyən oyuncaq silahların istifa

arrow Ətraflı
Azərbaycanda KAZİNO SƏNAYESİ  Turizm və iqtisadiyyat üçün yeni imkanlar  ARAŞDIRMA like
  • 29 İyl 21:40  
Digərləri Azərbaycanda KAZİNO SƏNAYESİ Turizm və iqtisadiyyat üçün yeni imkanlar ARAŞDIRMA

Xəzər dənizinin Azərbaycana mənsub olan bölməsində süni torpaq sahələ

arrow Ətraflı
Çingiz ilk dəfə evini nümayiş etdirdi like
  • 29 İyl 21:35  
Şou-biznes Çingiz ilk dəfə evini nümayiş etdirdi

Müğənni Çingiz Mustafayev ilk dəfə evini nümayiş etdirib. 

arrow Ətraflı
Onlayn iclasda katibəni qucaqlayan deputat işdən qovuldu  FOTO like
  • 29 İyl 21:23  
Dünya Onlayn iclasda katibəni qucaqlayan deputat işdən qovuldu FOTO

Özbəkistanda onlayn iclas zamanı katibəni qucaqlayan məmur işdən azad edi

arrow Ətraflı
İnsan sevəndə beyni zəifləyirmiş  Alimlər açıqladı like
  • 29 İyl 21:00  
Digərləri İnsan sevəndə beyni zəifləyirmiş Alimlər açıqladı

Sevgi asılılığı beynin fəaliyyətinə mənfi təsir edir.

arrow Ətraflı
İshal zamanı necə qidalanaq? like
  • 29 İyl 20:48  
Digərləri İshal zamanı necə qidalanaq?

İshal zamanı düzgün qidalanma bədənin su və elektrolit balansını qoruma

arrow Ətraflı
9 ayda 10 yaş qocaldılar  Görün səbəb nə imiş like
  • 29 İyl 20:37  
Digərləri 9 ayda 10 yaş qocaldılar Görün səbəb nə imiş

Amerikalı astronavtlar Buç Uilmor və Suni Uilyams 9 ay Beynəlxalq Kosmik Sta

arrow Ətraflı
"Komedixana"nın ulduzları haralıdır? — Təəccüblənəcəksiniz like
  • 29 İyl 20:22  
Şou-biznes "Komedixana"nın ulduzları haralıdır? — Təəccüblənəcəksiniz

Ölkəmizin ən sevilən layihələrindən olan "Komedixana"nı incəl

arrow Ətraflı
Fərqanə və Nigar qalmaqalına Xatirə də qoşuldu like
  • 29 İyl 20:12  
Şou-biznes Fərqanə və Nigar qalmaqalına Xatirə də qoşuldu

Xəbər verdiyimiz kimi, "Avroviziya 2011" qalibi Nigar Camalın geyin

arrow Ətraflı
Anna Akopyan Göyçə çimərliyindən FOTO paylaşdı like
  • 29 İyl 20:01  
Digərləri Anna Akopyan Göyçə çimərliyindən FOTO paylaşdı

Ermənistanın Baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan sosi

arrow Ətraflı
“Hilton Baku”dakı qiymətlər turistləri şoka saldı like
  • 29 İyl 19:48  
Digərləri “Hilton Baku”dakı qiymətlər turistləri şoka saldı

"Hilton Baku" hoteldə turistlərin ödədiyi hesab sosial şəbəkəl

arrow Ətraflı
DTXnin həbs etdiyi Dövlət Turizm Agentliyinin əməkdaşı haqda like
  • 29 İyl 19:37  
Digərləri DTXnin həbs etdiyi Dövlət Turizm Agentliyinin əməkdaşı haqda

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən cinayət məsuliyyətin�

arrow Ətraflı
Yevlaxda ağır qəza  bir ailənin yeddi üzvü xəsarət aldı like
  • 29 İyl 19:30  
Digərləri Yevlaxda ağır qəza bir ailənin yeddi üzvü xəsarət aldı

Yevlaxda ağır yol-nəqliyyat hadisəsi baş verib.

arrow Ətraflı
"Cybertruck" zibil qabına oxşayır"  "Tesla"nın təsisçisi like
  • 29 İyl 19:25  
Digərləri "Cybertruck" zibil qabına oxşayır" "Tesla"nın təsisçisi

"Tesla"nın təsisçisi Martin Eberhard şirkətin rəhbəri İlon Mas

arrow Ətraflı