Xəzərin üzərində yeni iqtisadiyyat: Süni torpaq sahələrində turizmin təşviqi və vergi gəlirlərinin kazino mexanizmi
Digərləri 29 İyl 2025 21:19:00 80 0
Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyev Mülki, Cinayət, İnzibati Xətalar Məcəllələrinə, "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında", "Dövlət rüsumu haqqında", "Reklam haqqında", "Lisenziyalar və icazələr haqqında", "Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" və "Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında" qanunlarında dəyişiklikləri təsdiqləyib.
Bu xəbəri də oxu: Dəniz səviyyənin artmasına səbəb yalnız buzlaqlar deyil Alimlər yeni faktlar açıqladı
Sənəd süni torpaq sahələrində sahibkarlıq fəaliyyətinin tənzimlənməsini, o cümlədən, süni torpaq sahələrində kazino oyunlarının keçirilməsinin hüquqi və təşkilati əsaslarını müəyyən edilməsini nəzərdə tutur. Belə ki, süni torpaq sahələrində sahibkarlığın təşviqi və inkişafı məqsədilə investisiya fəaliyyətinin həyata keçirilməsi üçün şərait yaradılması təmin edilir.
Sənədə əsasən, Azərbaycanda kazino oyunları qanunun tələbləri nəzərə alınmaqla yalnız süni torpaq sahələrində təşkil edilə və keçirilə bilər.
Süni torpaq sahələrində kazino oyunlarının təşkili: Yeni iqtisadi sıçrayışın başlanğıcı
Yeni təsdiqlənmiş sənəd ölkə iqtisadiyyatında, xüsusilə də turizm və xidmət sektorlarında inqilabi dönüş vəd edir. Qanuna əsasən, Xəzər dənizinin Azərbaycan sektorunda yaradılacaq süni torpaq sahələrində kazino fəaliyyətinə icazə veriləcək. Bu addım ilk baxışda sadəcə əyləncə sənayesinə aid bir təşəbbüs kimi görünsə də, əslində, onun çoxşaxəli iqtisadi və sosial təsirləri olacaq.
Süni torpaq sahələrində kazino oyunlarının təşkili və keçirilməsi vergi daxilolmalarının artmasına, ölkənin turizm potensialının inkişafına, yeni iş yerlərinin açılmasına xidmət edəcək. Hazırda Azərbaycan vətəndaşları kazino oynamaq üçün ya digər ölkələrə üz tuturlar, ya da onlayn kazino oyunlarına qoşulurlar. Kazinolara icazənin verilməsi eyni zamanda "kölgə qumar"ın qarşısının alınmasına xidmət edir.
İqtisadiyyat üçün yeni gəlir mənbəyi
Kazino fəaliyyəti dünya üzrə bir çox ölkənin əsas büdcə gəliri mənbələrindən biri hesab olunur. Kazinolara icazə verilməsi son dövrlərdə dünyada böyük vüsət alıb. Kazino oyunlarına mövcud olan qadağanı ləğv edən dövlətlərin sayı son illər ərzində artmaqdadır. Bu ölkələrə misal olaraq Özbəkistanı göstərmək olar. Bununla yanaşı, Birləşmiş Ərəb Əmirliklərində 2027-cı ildə ilk kazinonun açılması gözlənilir. Əsas gəlir mənbəyindən biri kazino oyunları olan ölkələr sırasında Monako, Sinqapur, Filippini qeyd etmək olar. Azərbaycanla eyni coğrafi məkanda yerləşən Gürcüstan və Qazaxıstan da kazino biznesindən xeyli məbləğdə gəlir əldə edir.
Azərbaycanda da süni torpaq sahələrində kazinoların təşkili nəticəsində:
Vergi və rüsum gəlirləri artacaq; Yeni iş yerləri açılacaq (turizm, xidmət, təhlükəsizlik, logistik və s. sahələrdə); Sahibkarlığın inkişafı üçün münbit mühit yaranacaq. Sənəddə süni torpaq sahələrində kazino oyunlarının təşkili üçün dövlət rüsumunun məbləği müəyyən edilib, kazino oyunlarında uduş qazanmış şəxsin həmin uduşun kazino təşkilatçısından tələb edilməsinə dair təminat təsbit edilib. Bununla yanaşı, sənəddə kazino oyunlarının həyata keçirilməsi ilə bağlı bir sıra qadağalar və məhdudiyyətlər əks olunub.
Turizmin diversifikasiyası və canlanması
Azərbaycan son illərdə turizm sektorunun inkişafı üçün ciddi strategiyalar hazırlayır və beynəlxalq sərgilərdə iştirakını genişləndirir. Kazino fəaliyyəti xüsusilə də tənzimlənmiş və yüksək səviyyədə qurulmuş əyləncə infrastrukturu:
Orta və yüksək büdcəli turistlərin cəlb edilməsinə şərait yaradacaq; "Gambling tourism" (kazino turizmi) sahəsində yeni bazar seqmentinin formalaşmasına imkan verəcək; Otel, restoran, transport və əyləncə sektorlarında paralel inkişafı stimullaşdıracaq. Kazino fəaliyyətinin yalnız süni torpaq sahələrində icazə verilməsi isə bu sahəyə daxil olan turist axınının coğrafi mərkəzləşdirilməsinə və nəzarətə imkan yaradacaq. Bu isə təhlükəsizlik və monitorinq baxımından müsbət nəticələr verəcək.
Sənəddə kazino oyunlarının təşkil edilməsi və keçirilməsi ilə bağlı çox ciddi hüquqi tənzimləmə müəyyən olunub. Bu tənzimləmə kazino oyunlarının təşkil edilməsi üçün lisenziyanın əldə edilməsinə, habelə kazino oyunlarının təşkili və keçirilməsinə münasibətdə xüsusi nəzarət mexanizminin yaradılmasını nəzərdə tutur. Nəzarət kazino oyunlarının təşkil edilməsinə dair lisenziyanın əldə edilməsi üçün müraciət mərhələsindən başlayaraq oyunların keçirilməsi müddətində daimi həyata keçiriləcək.
Sevgi asılılığı beynin fəaliyyətinə mənfi təsir edir.

İshal zamanı düzgün qidalanma bədənin su və elektrolit balansını qoruma

Amerikalı astronavtlar Buç Uilmor və Suni Uilyams 9 ay Beynəlxalq Kosmik Sta

Ölkəmizin ən sevilən layihələrindən olan "Komedixana"nı incəl

Xəbər verdiyimiz kimi, "Avroviziya 2011" qalibi Nigar Camalın geyin

Ermənistanın Baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan sosi

"Hilton Baku" hoteldə turistlərin ödədiyi hesab sosial şəbəkəl

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən cinayət məsuliyyətin�

Yevlaxda ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Tesla"nın təsisçisi Martin Eberhard şirkətin rəhbəri İlon Mas

2020-ci ilin Vətən müharibəsində Azərbaycan xalqı və ordusu misilsiz bir

Aktrisa Pərvin Abıyeva müzakirələrə səbəb olan olan villasından yeni g�

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyası "Yataqxana

Bakının "Tarqovu" adlanan ərazisində görüntülənən gənc qız

Qarabağ, Şərqi Zəngəzur və Naxçıvan dabaq xəstəliyindən azad status �
