Süni maneələrə rəğmən Baku Network ilk dəfə olaraq şəhid jurnalistlərimizin xatirəsinə həsr olunmuş sərgi təşkil edə bildi Sahil Kərimli VİDEO FOTO


Siyasət 15 İyl 2025 15:24:00 87 0

Süni maneələrə rəğmən Baku Network ilk dəfə olaraq şəhid jurnalistlərimizin xatirəsinə həsr olunmuş sərgi təşkil edə bildi  Sahil Kərimli  VİDEO  FOTO

Baku Network analitik mərkəzi şəhid jurnalistlərimizin sərgisini ilk dəfə, özü də müəyyən çətinliklərlə və süni maneələrlə üzləşərək Avropada - Ermənistanın qatı müdafiəçisi olan Fransanın paytaxtı Parisdə təşkil etməyi bacardı.

Trend xəbər verir ki, bu barədə "Baku Network" analitik mərkəzinin proqram direktoru Sahil Kərimli birinci və İkinci Qarabağ müharibələri zamanı erməni işğalçıları tərəfindən amansızcasına qətlə yetirilmiş azərbaycanlı şəhid jurnalistlərin xatirəsinə həsr olunmuş sərgidə bildirib. "Sərgi Birinci və İkinci Qarabağ Müharibəsi zamanı erməni işğalçıları tərəfindən vəhşicəsinə qətlə yetirilmiş azərbaycanlı şəhid jurnalistlərin xatirəsinə həsr olunub

Məlumdur ki, peşə borcnunu yetirərkən şəhid olmuş jurnalistlərin xatirəsi müəyyən dövrlərdə ayrı-ayrılıqda fərdi şəkildə anılıb. Amma biz qərara gəldik ki, bu missiyanı daha geniş miqyasda və arealda həyata keçirək və şəhid media nümayəndələrinin fotolarından ibarət sərgi yaradaq. Fotoların üzərində fransız və ingilis dillərində şəhidlərin hər biri haqqında ətraflı məlumatlar qeyd edilib. Həmçinin fotoşəkillərdən ibarət braşurlar da çap edilib və bu günkü sərginin iştirakçılarına paylanılır", -deyə o bildirib.

S. Kərimlinin sözlərinə görə Fransa daim ermənipərəst siyasət yürüdür, işğalçı Ermənistanı müdafiə edir: "Belə bir şəraitdə Parisdə belə bir sərginin keçirilməsi müəyyən çətinliklər və maneələr yaradırdı. Sərginin Fransaya gətirlməsi, çap məhsullarının sərhəddən keçirilməsi də müəyyən risklər yaradırdı. Amma biz bu çətinlikləri dəf etdik və hədəfə uğurla çata bildik."

O həmçinin bildirib ki, UNESCO Dünya İrs Siyahısı Komitəsinin 47-ci sessiyası çərçivəsində İçərişəhərin UNESCO-nun Dünya İrs Siyahısına daxil edilməsinin 25 illiyinə həsr olunmuş tədbir çərçivəsində də şəhid jurnalistlərimizin xatirəsinə həsr olunmuş bukletlər sessiya iştirakçılarına paylanılıb.

"Sərgi zamanı Ermənistanın həm Birinci Qarabağ müharibəsində, həm də 44 günlük Vətən Müharibəsi zamanı mülki əhalimizə, peşə borcunu yerinə yetirən jurnalistlərimizə qarşı bu cür qanlı cinayətlər törətdiyi iştirakçıların diqqətinə çatdırıldı.

Bu gün sərgi zamanı fotolarda təqdim olunan jurnalistlərin bir neçəsi Birinci Qarabağ müharibəsi dövründə Azərbaycanın suveren ərazisi olan Qarakənd səmasında dövlət və media qrumları nümayəndələrini daşıyan helikopterin vurulması nəticəsində şəhid olublar. Fəxrəddin Şahbazov, Alı Mustafayev və digərləri bu qanlı terror nəticəsində faciəvi şəkildə həlak olublar. Bundan başqa Salatın Əsgərova, Çingiz Mustafayev də erməni işğalçıları tərəfindən qətlə yetiriliblər , - deyə o bildirib.

S.Kərimli əlavə edib ki, 44-günlük Vətən Müharibəsindən sonra isə "Azərtac" agentliyinin əmıəkdaşı Məhərrəm İbrahimov və Azərbaycan Televiziyasının operatoru Sirac Abışov ermənilərin mina terrorunun qurbanı olub.

"Bu da ağır bir müharibə cinayəti idi, təssüf ki, digər mülki şəxslərimizlə yanaşı bizim həmkarlarımız da Ermənistanın bu cinayətlərinin qurbanı oldular. Sərgidə xatirələri anılan digər jurnalistlər də ayrı-ayrı dövrlərdə ermənilər tərəfindən öldürülüblər. Ümid edirik ki, qısa da olsa bu həqiqətləri sizə çatdıra bildik və çıxışların sonunda mən sizi sərgi ilə daha yaxından tanış olmağa dəvət edəcəm. Sonda təşkilati dəstəyə görə Xarici İşlər Nazirliynə, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə, Azərbaycanın Fransadakı Səfirliyinə, bizə yardım edən, dəstək olan digər dostlarımıza təşəkkür edirik ki, belə bir önəmli tədbirdə, Azərbaycan həqiqətləri dünyaya çatdırılması, eyni zamanda erməni vəhşiliyinin ifşa edilməsində bizə dəstək oldunuz",-deyə S.Kərimli qeyd edib

Qeyd edək ki, Baku Network analitik mərkəzi Avropada ilk dəfə olaraq Ermənistanın təcavüzü nəticəsində həlak olan azərbaycanlı jurnalistlər mövzusunu gündəmə gətirib və bu istiqamətdə bir sıra tədbirlər həyata keçirib.

Paris şəhərində təşkil olunmuş sərgi çərçivəsində Baku Network ictimaiyyətə şəhid jurnalsitlər haqqında materiallar təqdim edib. Tədbirdə Fransa ictimaiyyətinin nümayəndələri, fransız və xarici jurnalistlər iştirak ediblər.

Tədbir Parisdə yerləşən Azərbaycan Mədəniyyət Mərkəzində Baku Network-un "Azərbaycana qarşı hibrid və ideoloji təhdidlərin təhlili" adlı layihəsi çərçivəsində keçirilib. Sərgi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi ilə təşkil olunub.

Şəhid jurnalistlərin xatirəsinə həsr olunmuş bukletlər sərginin iştirakçılarına, həmçinin UNESCO-nun qərargahında keçirilən və İçərişəhərin Dünya İrs Siyahısına daxil edilməsinin 25 illiyinə həsr olunmuş təqdimatın qonaqlarına paylanılıb. Təqdimat Ümumdünya İrs Komitəsinin 47-ci sessiyası çərçivəsində baş tutub.

5 nəfərin öldüyü dəhşətli qəza kamerada – Avtomobil kağız kimi əzildi like
  • 15 İyl 15:16  
Digərləri 5 nəfərin öldüyü dəhşətli qəza kamerada – Avtomobil kağız kimi əzildi

Kocaelinin Dilovası rayonunda 5 nəfərin həyatını itirdiyi qorxunc qəzanı

arrow Ətraflı
Pirallahı rayonunda sahibkarlarla görüş keçirilib  FOTO like
  • 15 İyl 15:01  
Digərləri Pirallahı rayonunda sahibkarlarla görüş keçirilib FOTO

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı

arrow Ətraflı
VTB (Azərbaycan) 2ci rübdə nə qədər biznes krediti verib? like
  • 15 İyl 14:55  
Digərləri VTB (Azərbaycan) 2ci rübdə nə qədər biznes krediti verib?

VTB (Azərbaycan) ASC 2025-ci ilin ikinci rübünün nəticələrini açıqlayı

arrow Ətraflı
PKKyə məxsus mağara məhv edildi  Görün içəridən nələr çıxarıldı  FOTO like
  • 15 İyl 14:47  
Digərləri PKKyə məxsus mağara məhv edildi Görün içəridən nələr çıxarıldı FOTO

Türkiyə Silahlı Qüvvələri tərəfindən İraqın şimalında aparılan &qu

arrow Ətraflı
Türkiyədə hərbi çevriliş cəhdindən 9 il ötür like
  • 15 İyl 14:14  
Digərləri Türkiyədə hərbi çevriliş cəhdindən 9 il ötür

Bu gün Türkiyədə Terror Təşkilatı (FETÖ) tərəfindən 2016-cı il iyulu

arrow Ətraflı
“Koronavirus gələcəkdə də olmağa davam edəcək” like
  • 15 İyl 13:34  
Digərləri “Koronavirus gələcəkdə də olmağa davam edəcək”

"COVID-19 artıq əvvəlki kimi təsirli olmasa da, hələ də mövcuddur&q

arrow Ətraflı
Sabah 40 dərəcə isti olacaq like
  • 15 İyl 13:30  
Digərləri Sabah 40 dərəcə isti olacaq

Azərbaycanda iyulun 16-da havanın əsasən yağmursuz keçəcəyi gözlənilir

arrow Ətraflı
Kamran Əliyev iki yeni prokuror təyin etdi like
  • 15 İyl 13:29  
Digərləri Kamran Əliyev iki yeni prokuror təyin etdi

Mingəçevir və Zaqatalaya yeni prokuror təyin edilib.

arrow Ətraflı
"Məzarını çırpırdım ki, məni kimlərə buraxdın"  VİDEO like
  • 15 İyl 13:20  
Şou-biznes "Məzarını çırpırdım ki, məni kimlərə buraxdın" VİDEO

"Bizi kimsə qıra bilməz! Ən yaralı yerimizdən vurulan..."

arrow Ətraflı
Qazaxda Vaqif Poeziya Günlərinin rəsmi açılış mərasimi olub  VİDEO  FOTO like
  • 15 İyl 13:10  
Digərləri Qazaxda Vaqif Poeziya Günlərinin rəsmi açılış mərasimi olub VİDEO FOTO

Heydər Əliyev Fondu, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Az�

arrow Ətraflı
Azərbaycanda qəzalı vəziyyətə düşmüş bu evlər like
  • 15 İyl 13:01  
Digərləri Azərbaycanda qəzalı vəziyyətə düşmüş bu evlər

Lənkəran rayonunda torpaq sürüşməsi nəticəsində qəzalı vəziyyətə d

arrow Ətraflı
Yol Polisindən sürücülərə vacib XƏBƏRDARLIQ like
  • 15 İyl 12:54  
Digərləri Yol Polisindən sürücülərə vacib XƏBƏRDARLIQ

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) isti hava şəraiti ilə bağlı sü

arrow Ətraflı