5 nəfərin öldüyü dəhşətli qəza kamerada – Avtomobil kağız kimi əzildi
Digərləri 15 İyl 2025 15:16:00 73 0
Kocaelinin Dilovası rayonunda 5 nəfərin həyatını itirdiyi qorxunc qəzanın təhlükəsizlik kamerası görüntüləri ortaya çıxıb.
Bu xəbəri də oxu: Üzdə səpgilər – demodeks gənələri
Son.az yerli mətbuata istinadən xəbər verir ki, iki avtomobil və bir yük maşınının (TIR) iştirakı ilə baş verən qəzada avtomobil, TIR-ın düşən konteynerinin altında qalaraq tamamilə əzilib.
Avtomobil daha sonra baryerlərə çırpılıb və parça-parça olub.
Hadisə dünən D-100 avtomobil yolunun Ankara istiqamətində, Dilovası Yokuşu adlanan ərazidə baş verib. Eyni istiqamətdə hərəkətdə olan Sinan Demirin idarə etdiyi 34 DKT 578 dövlət nömrə nişanlı avtomobil, 34 DCK 849 nömrəli digər avtomobil və Şahin K.-nın idarə etdiyi 41 AYC 798 nömrəli TIR toqquşub.
Yolda hərəkətdə olan avtomobilin üstünə konteyner düşüb
Toqquşmanın təsiri ilə 34 DKT 578 nömrəli avtomobil, TIR-ın düşən konteynerinin altında qalıb. Daha sonra avtomobil baryerlərə girərək tamamilə məhv olub. Hadisə yerinə dərhal yanğınsöndürən, təcili tibbi yardım, jandarma və polis qrupları cəlb edilib. Avtomobildə sıxışıb qalan şəxslər çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
5 nəfər dəhşətli şəkildə həyatını itirib
TIR-ın konteynerinin altında qalan avtomobilin sürücüsü Sinan Demir və sərnişinlərdən Okan Demir hadisə yerində, Ramazan Budak, Ümit Adsay və Muhammet Zengin isə xəstəxanada həyatını itirib. TIR sürücüsü Şahin K.-nın müalicəsinin davam etdiyi bildirilib.
Kənan Son.az
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı

VTB (Azərbaycan) ASC 2025-ci ilin ikinci rübünün nəticələrini açıqlayı

Türkiyə Silahlı Qüvvələri tərəfindən İraqın şimalında aparılan &qu

Bu gün Türkiyədə Terror Təşkilatı (FETÖ) tərəfindən 2016-cı il iyulu

Türkiyənin Bolu şəhərində yerləşən "Grand Kartal" otelində b

"COVID-19 artıq əvvəlki kimi təsirli olmasa da, hələ də mövcuddur&q

Azərbaycanda iyulun 16-da havanın əsasən yağmursuz keçəcəyi gözlənilir

Mingəçevir və Zaqatalaya yeni prokuror təyin edilib.

"Bizi kimsə qıra bilməz! Ən yaralı yerimizdən vurulan..."

Heydər Əliyev Fondu, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Az�

Azərbaycan və Səudiyyə Ərəbistanı arasında dənizçi sertifikatlarının

"Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə Səudi

Lənkəran rayonunda torpaq sürüşməsi nəticəsində qəzalı vəziyyətə d

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) isti hava şəraiti ilə bağlı sü

Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən musiqi, incəsə
