Qazaxda Vaqif Poeziya Günlərinin rəsmi açılış mərasimi olub VİDEO FOTO


Digərləri 15 İyl 2025 13:10:00 73 0

Qazaxda Vaqif Poeziya Günlərinin rəsmi açılış mərasimi olub  VİDEO  FOTO

Heydər Əliyev Fondu, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Yazıçılar Birliyinin (AYB) təşkilatçılığı ilə növbəti dəfə Vaqif Poeziya Günlərinə start verilib. Ənənəvi poeziya bayramı bu il də ölkəmizin bir neçə şəhər və rayonunu əhatə edəcək.

Trend xəbər verir ki, poeziya günlərinə Molla Pənah Vaqifin doğulduğu Qazax rayonunda başlanılıb.

Ədəbiyyatsevərlər Vaqif poeziyasının işığına ənənəvi olaraq Qazax şəhərinin mərkəzindəki "Şairlər bağı"nda toplaşıb. Açılış mərasimində çıxış edən AYB-nin Qazax bölməsinin sədri, şair Barat Vüsal, Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, mədəniyyət nazirinin müavini Fərid Cəfərov, Milli Məclisin deputatı Səməd Seyidov, AYB-nin katibi Səlim Babullaoğlu və digər şəxslər Vaqifin Azərbaycan ədəbiyyatındakı misilsiz xidmətlərindən, onun yaradıcılığının ədəbiyyatımıza bəxş etdiyi zənginliklərdən danışıb.

Daha sonra isə söz şairlərə və aşıqlara verilib. Aşıqlar Vaqifin qəzəllərini ifa edib, şairlər isə şeirlərini söyləyib. Tədbirin bədii

hissəsində, həmçinin Səməd Vurğunun "Vaqif" pyesindən səhnəcik nümayiş olunub.

Qeyd edək ki, iyulun 15-də Gəncə şəhərində, iyulun 16-da isə Ağdam rayonunda davam edəcək Poeziya Günləri iyulun 17-18-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində yekunlaşacaq. Şuşada baş tutacaq tədbirlərdə tanınmış ədəbiyyat və incəsənət xadimləri, dövlət və hökumət nümayəndələri iştirak edəcək.

Poeziya Günləri çərçivəsində Qazax, Gəncə, Ağdam və Şuşanın müxtəlif tarixi və mədəni məkanlarında, o cümlədən Heydər Əliyev Fondu tərəfindən bərpa olunan Molla Pənah Vaqifin muzey-məqbərə kompleksi, Natəvanın evi, Qarabağ oteli və Mehmandarovlar malikanəsində poeziya saatları, kitab sərgiləri və təqdimatları, musiqili kompozisiyalar, elmi konfrans, teatr tamaşaları və müxtəlif ədəbi-bədii proqramlar təşkil ediləcək.

Xatırladaq ki, Vaqif Poeziya Günlərinin təməli Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 1982-ci ildə Şuşada qoyulub. Məhz həmin tarixdə Ulu Öndərin iştirakı ilə Molla Pənah Vaqifin məqbərəsi və Poeziya Evi təntənəli şəkildə açılmış və onun tapşırığı ilə Vaqif Poeziya Günlərinin keçirilməsinə qərar verilib. 1991-ci ilə qədər hər il təşkil olunan bu poeziya bayramı ənənəvi olaraq şairin vətəni Qazaxdan başlayır və Şuşanın əsrarəngiz Cıdır düzündə başa çatırdı.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun şanlı Qələbəsi nəticəsində Şuşa şəhəri işğaldan azad olunduqdan sonra Vaqif Poeziya Günləri yenidən doğma yurdunda - Azərbaycanın mədəniyyət paytaxtında keçirilməyə başlanıb.

Bu il də Vaqif Poeziya Günləri poeziya, ədəbiyyat və mədəniyyət həvəskarlarına unudulmaz anlar yaşadacaq.

Azərbaycanda qəzalı vəziyyətə düşmüş bu evlər like
  • 15 İyl 13:01  
Digərləri Azərbaycanda qəzalı vəziyyətə düşmüş bu evlər

Lənkəran rayonunda torpaq sürüşməsi nəticəsində qəzalı vəziyyətə d

arrow Ətraflı
Yol Polisindən sürücülərə vacib XƏBƏRDARLIQ like
  • 15 İyl 12:54  
Digərləri Yol Polisindən sürücülərə vacib XƏBƏRDARLIQ

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) isti hava şəraiti ilə bağlı sü

arrow Ətraflı
İmtahanların nəticələri AÇIQLANDI like
  • 15 İyl 12:43  
Digərləri İmtahanların nəticələri AÇIQLANDI

Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən musiqi, incəsə

arrow Ətraflı
İranda güclü zəlzələ oldu like
  • 15 İyl 12:26  
Digərləri İranda güclü zəlzələ oldu

Bu gün İranda yerli vaxtla saat 10:44-də İranın şimalında yerləşən Sim

arrow Ətraflı
Akademik Musiqili Teatr 115ci mövsümünə yekun vurdu like
  • 15 İyl 12:20  
Kriminal Akademik Musiqili Teatr 115ci mövsümünə yekun vurdu

Azərbaycan Dövlət Akademik Musiqili Teatrı 115-ci mövsümünə dahi bəstə

arrow Ətraflı
Prezident: Bu gün Azərbaycanla Türkiyə gələcəyə doğru çiyinçiyinə, inamla və uğurla irəliləyir like
  • 15 İyl 12:05  
Siyasət Prezident: Bu gün Azərbaycanla Türkiyə gələcəyə doğru çiyinçiyinə, inamla və uğurla irəliləyir

Prezident İlham Əliyev Türkiyədə baş vermiş 15 İyul hadisələrinin ild�

arrow Ətraflı
ÜSTnin Azərbaycandakı nümayəndəliyi media nümayəndələri ilə bir araya gəldi like
  • 15 İyl 12:03  
Digərləri ÜSTnin Azərbaycandakı nümayəndəliyi media nümayəndələri ilə bir araya gəldi

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəliyi

arrow Ətraflı
Azərbaycan Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib like
  • 15 İyl 12:01  
Siyasət Azərbaycan Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib

Prezident İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib �

arrow Ətraflı
Sözə  Tanrının  gözü ilə baxan adam..  YUNUS OĞUZ  65 like
  • 15 İyl 12:00  
Digərləri Sözə Tanrının gözü ilə baxan adam.. YUNUS OĞUZ 65

...Qəribə  sakitliyi var. Sükutunun diliylə danışar adamla. Durğu işar

arrow Ətraflı
Ayşəni öldürüb meyitini çamadanda yola atan keçmiş polis əməkdaşı imiş like
  • 15 İyl 11:51  
Digərləri Ayşəni öldürüb meyitini çamadanda yola atan keçmiş polis əməkdaşı imiş

İstanbulda universitet tələbəsi olan Ayşə Tokyazın meyiti çamadanın iç

arrow Ətraflı
Dünyanın ən yaşlı marafonçusu faciəvi şəkildə öldü like
  • 15 İyl 11:45  
Dünya Dünyanın ən yaşlı marafonçusu faciəvi şəkildə öldü

Hindistanın Pəncab ştatında "Turbanlı Tornado" ləqəbli, dünyan

arrow Ətraflı