Kanalizasiya içməli suya qarışdı 274 nəfər zəhərləndi
Dünya 09 İyl 2025 22:14:00 87 0
Dağıstanda 270-dən çox uşaq içməli sudan zəhərlənib.
Bu xəbəri də oxu: Ermənistanda daha bir deputat barəsində ittiham qaldırıldı
Son.az gazeta.ru-ya istinadla bildirir ki, Rusiyanın Dağıstan Respublikasında içməli sudan kütləvi zəhərlənmə qeydə alınıb. Rəsmi məlumatlara görə, zəhərlənənlərin sayı 274 nəfərə çatıb, onların 270-i uşaqdır.
Hadisə Magaramkent rayonunun bir neçə yaşayış məntəqəsində baş verib. Sakinlər qusma, ishal və yüksək hərarət şikayətləri ilə tibbi müəssisələrə müraciət ediblər. Onlardan 84 nəfəri xəstəxanaya yerləşdirilib, digərləri ambulator müalicə alır.
Rusiya İstehlakçı Hüquqlarının Müdafiəsi Xidməti (Rospotrebnadzor) ilkin səbəb kimi içməli suyun çirklənməsini göstərib. Qeyd olunur ki, təmir işləri zamanı su borularında yaranan nasazlıq nəticəsində içməli suya çirkab qarışıb.
Hadisə ilə bağlı rayonun mənzil-kommunal təsərrüfatı idarəsinin rəhbəri saxlanılıb. Ona qarşı "təhlükəsizliyə cavabdeh olan xidmətin keyfiyyətsiz göstərilməsi" maddəsi ilə cinayət işi açılıb. İstintaq və laborator müayinələr davam etdirilir.
Hazırda əhaliyə yalnız qaynadılmış və ya qablaşdırılmış su istifadə etmək tövsiyə olunub. Sakinlərə içməli su alternativ olaraq xüsusi maşınlarla çatdırılır. Yerli hakimiyyət orqanları hadisə ilə bağlı fövqəladə nəzarət tədbirləri həyata keçirir.
Bakıda mübahisə etdiyi şəxslərdən birini qətlə yetirməkdə təqsirlən

ATV-də yayımlanan "7 Tamam" verilişi mövsüm finalına hazırlaş�

Xəzər Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində y

Azərbaycan Dövlət Pantomima Teatrına təyin olunan direktorun kimliyi məlum

Bakıda iş adamına məxsus iki villa qarət olunub.

Bu gün Gəncə şəhər Beynalxalq Hava Limanından Rusiyanın Vnukovo aeroport

Son günlər məzənnədə 1 avronun 2 manat 50 qəpiyə qalxması ilə bağlı

Ukrayna Prezidenti Volodimir Zelenski bu dəqiqələrdə Donald Trampın nümay�

Ətirdən düzgün istifadə onun qalıcılığını xeyli artırır. Mütəxəs

Moskva vilayətindəki Azərbaycan diasporunun rəhbəri Elşən İbrahimov Rusi

Əməkdar artist Gülüstan Əliyeva bayağı mahnı oxuyanları tənqid edib.

2025/2026-cı tədris ili üzrə ali və orta ixtisas təhsili müəssisələrin

Bu ilin II yarısında dünya bazarında qızılın 1 unsiyası 3 400-3 600 ABŞ

İyulun 10-da Azərbaycanın əsasən dağlıq və dağətəyi rayonlarında ara
