“Qızılın bir unsiyası 3 600 dollara qədər bahalaşa bilər”


Digərləri 09 İyl 2025 20:12:00 89 0

“Qızılın bir unsiyası 3 600 dollara qədər bahalaşa bilər”

Bu ilin II yarısında dünya bazarında qızılın 1 unsiyası 3 400-3 600 ABŞ dolları arasında ticarət oluna bilər.

Bunu report-a açıqlamasında "Azərbaycan Zərgərlər Assosiasiyası"nın İdarə Heyətinin sədrinin müavini, "Qiymətli metallar və qiymətli daşlar" standartlaşdırma üzrə Texniki Komitənin sədri Rövşən Əmircanov bildirib.

Onun sözlərinə görə, ötən ay baş vermiş İran-İsrail müharibəsi Yaxın Şərqdə geosiyasi gərginliyin kəskin artmasına və nəticə etibarilə qlobal maliyyə bazarlarında ciddi dalğalanmalara səbəb olub: "Münaqişənin genişmiqyaslı qarşıdurmaya çevrilməsi ehtimalı fonunda investor davranışında dəyişiklik müşahidə edilib. Qeyri-müəyyənlik şəraitində investorlar dəyərini qoruyan sabit aktivlərə - xüsusilə qiymətli metallara, o cümlədən qızıla - üstünlük verməyə başlayıb".

Ekspert qeyd edib ki, həmin dövrdə qızılın spot qiyməti bir unsiya üçün 3 430 ABŞ dollarına qədər yüksəlib, bu isə bir həftə ərzində təxminən 4 % artım demək idi: "Qiymət artımına yalnız hərbi münaqişə deyil, həm də qlobal inflyasiya riski, aparıcı dövlətlər arasında ticarət gərginliyi, bir sıra ölkələrin mərkəzi banklarının qızıl ehtiyatlarını artırmaq siyasətini davam etdirməsi təsir göstərmişdi. İyunun sonunda Yaxın Şərqdə əldə edilmiş atəşkəs razılaşması fonunda bölgədəki gərginlik nisbətən azalmış və nəticədə qızılın qiyməti 3 320 ABŞ dollarına qədər geriləmişdi. Bu, ay ərzində qeydə alınmış ən aşağı göstəricilərdən biri olub".

Bununla belə, R.Əmircanovun sözlərinə görə, ABŞ-də büdcə kəsirinin artması, dolların zəifləməsi fonunda qızılın qiyməti yenidən artım trayektoriyasına qayıdıb: "ABŞ Prezidenti Donald Trampın vergi və xərclərlə bağlı qanun layihəsini təsdiq etməsi narahatlıqları artıraraq qiymətli metallara olan tələbi gücləndirib. Bundan əlavə, yaxın günlərdə qüvvəyə minəcək yeni tariflər və ticarət siyasətindəki qeyri-müəyyənlik də qızılın mövqeyini möhkəmləndirir. Son bir həftə ərzində qızıl 3 %-dən çox bahalaşaraq, əvvəlki həftə İsrail-İran atəşkəsi fonunda baş vermiş qiymət itkilərini qismən kompensasiya edib".

Komitə sədri deyib ki, dünya bazarında qiymətli metallara, xüsusilə qızıl-gümüşə maraq son aylarda daha da artır: "Bu artımın əsas səbəbləri qlobal geosiyasi gərginliklər, iqtisadi tənəzzül riski, ölkələr arasında ticarət mübahisələri və bir sıra dövlətlərin mərkəzi banklarıməm qızıl ehtiyatlarını artırmaq siyasətini davam etdirməsidir. Digər qiymətli metallarla müqayisədə qızıl ənənəvi olaraq qeyri-müəyyənlik dövrlərində daha etibarlı investisiya aləti kimi çıxış edir və bu da onun qiymətinin artmasına səbəb olur".


Xəbərə aid fotolar

Leysan yağacaq, sel olacaq  XƏBƏRDARLIQ like
  • 09 İyl 20:00  
Digərləri Leysan yağacaq, sel olacaq XƏBƏRDARLIQ

İyulun 10-da Azərbaycanın əsasən dağlıq və dağətəyi rayonlarında ara

arrow Ətraflı
Ermənistanda müxalif deputat həbs olundu like
  • 09 İyl 19:24  
Digərləri Ermənistanda müxalif deputat həbs olundu

Ermənistan parlamentində "Hayastan" fraksiyasının deputatı Artur

arrow Ətraflı
Qəbələ Beynəlxalq Musiqi Festivalı başlayır like
  • 09 İyl 19:20  
Kriminal Qəbələ Beynəlxalq Musiqi Festivalı başlayır

İyulun 24-də Heydər Əliyev Fondunun təşəbbüsü və təşkilatçılığı

arrow Ətraflı
Kriminal aləmin "Yeni Qulisi"ni bıçaqlayıb dənizə atdılar like
  • 09 İyl 19:12  
Kriminal Kriminal aləmin "Yeni Qulisi"ni bıçaqlayıb dənizə atdılar

"Qanuni oğru"nun Abxaziyaya dəvətsiz səfəri acı sonluqla nətic�

arrow Ətraflı
Makronun Midltona göz vurması tənqid olundu like
  • 09 İyl 19:00  
Dünya Makronun Midltona göz vurması tənqid olundu

Fransa Prezidenti Emmanuel Makronun Birləşmiş Krallığa dövlət səfəri ç

arrow Ətraflı
Arılara görə uçuş 1 saat ləngidi  VİDEO like
  • 09 İyl 18:36  
Dünya Arılara görə uçuş 1 saat ləngidi VİDEO

Hindistanın Surat şəhərindən Caypura uçmalı olan "IndiGo" hava

arrow Ətraflı
Rusiyada “iPhone”un idxalına qadağa qoyula bilər like
  • 09 İyl 18:24  
Digərləri Rusiyada “iPhone”un idxalına qadağa qoyula bilər

Rusiyada "iPhone" smartfonlarının idxalına qadağa qoyula bilər. B

arrow Ətraflı
BƏƏ ilə Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişi imzalandı like
  • 09 İyl 18:22  
Siyasət BƏƏ ilə Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişi imzalandı

Azərbaycan və BƏƏ arasında Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişi

arrow Ətraflı
İlham Əliyevin ƏbuDabidə BƏƏ Prezidenti ilə görüşü olub like
  • 09 İyl 18:07  
Siyasət İlham Əliyevin ƏbuDabidə BƏƏ Prezidenti ilə görüşü olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iyulun 9-da Əbu-Dabid

arrow Ətraflı
Bu yeni messencer internetsiz işləyir like
  • 09 İyl 18:00  
Digərləri Bu yeni messencer internetsiz işləyir

Tvitterin təsisçisi Cek Dorsi internetə ehtiyac duymadan işləyə bilən me

arrow Ətraflı
İyulun pensiyaları ödənildi like
  • 09 İyl 17:44  
Digərləri İyulun pensiyaları ödənildi

Naxçıvan Muxtar Respublikası (MR) üzrə iyul ayının pensiya ödənişləri

arrow Ətraflı
Bəstəkar son mənzilə yola salındı: göz yaşları "sel oldu" like
  • 09 İyl 17:32  
Şou-biznes Bəstəkar son mənzilə yola salındı: göz yaşları "sel oldu"

Xəbər verdiyimiz kimi, bəstəkar Ruslan Əhmədoğlu Türkiyədə qəfil vəf

arrow Ətraflı
Emmanın başına iş gəldi like
  • 09 İyl 17:20  
Şou-biznes Emmanın başına iş gəldi

Misirə istirahətə yollanan müğənni Emma Ələkbərzadənin başına iş g�

arrow Ətraflı
Bakıda məşhur otelin adı DƏYİŞƏCƏK like
  • 09 İyl 17:00  
Digərləri Bakıda məşhur otelin adı DƏYİŞƏCƏK

"Yeni Dinamo Oteli" Məhdud Məsuliyyətli Cəmiyyəti adını dəyiş

arrow Ətraflı
Günəşdə daha bir güclü like
  • 09 İyl 16:55  
Dünya Günəşdə daha bir güclü

Günəşdə M sinfinə aid partlayış qeydə alınıb.

arrow Ətraflı