Bakıda nişana hazırlaşan oğlanı öldürdülər Dedim ki, "ayə" bura yaşayış yeridir, söyüş söyməyin


Kriminal 09 İyl 2025 22:00:00 68 0

Bakıda nişana hazırlaşan oğlanı öldürdülər   Dedim ki, "ayə" bura yaşayış yeridir, söyüş söyməyin

Bakıda mübahisə etdiyi şəxslərdən birini qətlə yetirməkdə təqsirləndirilən Həsən Kazımovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Son.az lent.az-a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elmir Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmişin hüquqi varisi və çağırılması nəzərdə tutulan şahidlər ifadə verib .

Dövlət ittihamçısı təqsirləndirilən şəxsə öz suallarını ünvanlayıb.

Təqsirləndirilən şəxs sualları cavablandırarkən  əməlindən peşman olduğunu bildirib: "O gün üstümdə 2 bıçaq var idi. Bıçaqlardan birini yerdən tapmışdım. Qarşı tərəf  8 nəfər idilər və onlar aralarında nalaiq ifadələr işlədirdilər. Konkret olaraq kimisə söydüklərini eşitmədim. Mən bu söyüşlərə qarşı öz iradımı bildirdim və dedim ki, "ayə" bura yaşayış yeridir, ailələr keçir, söyüş söyməyin. Bundan sonra onlar üstümə tökülüşüb məni təklədilər. Yanındakılar bizi ayırmağa çalışırdı. Onlar məni öldürmək istəyirdilər. Onları yox, məhz onlar məni öldürmək istəyirdilər. Onlar hadisə başlayandan sona kimi məni döydülər və başımdan zərbə almışdım. Mən onların qarşısında əlacsız qalıb bıçağımı çıxardım və  Ümidə 1 dəfə zərbə endirdim. Məqsədim  sadəcə özümü müdafiə etmək idi. Əgər həqiqtən mən Ümidi məqsədli şəkildə  öldürmək istəsəydim, ona  bıçaqla 1-dən çox  zərbə endirərdim. İstəməzdim nə Ümidin, nə də mənim ailəm gözü yaşlı qalsın".

Təqsirləndirilən şəxs əlavə olaraq qeyd edib: "Mən söyüş söyməyin dediktdən sonra qarşı tərəfdən Adil adlı şəxs qaça-qaça gəlib   yumruqla sifətimdən və başımdan vurdu, huşumu itirdim və dava bu şəkildə başlamışdı. Mən Ümidi vurduğdan sonra onlar arxaya çəkildilər və mən də 32 nömrəli məktəblə üzbəüz məhləyə qaçdım. Tanışımın evinə getdim, sonra dostlarım da o evə gəldi. Mən bilmirdim nə etmişəm, çox həyəcanlı idim. Dostlarıma dedim ki bəs belə bir iş törətdim.Onlar Ümidi öldürdüyümü görmədiklərini və onlar bu əməlimə görə mənə irad bildirdilər. Sonra mən Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Bölməsinə təslim olmağa getdim".

Zərərçəkənin hüquqi varisi Soltanov Hikmət ifadəsində bildirib ki, Ümidin zərərli \işlərlə məşğul olmayıb: "O ğlum Azərbaycan Memarlıq  və İnşaat Universitetinin  1-ci kurs tələbəsi idi.  Dərslərini  yaxşı oxuyurdu, savadlı oğlan idi. Oğlumun xəyalları, arzuları var idi. Onun kənddə pis əməli olmayab. Amma  Həsən kimi pis şagirdən qurtulduğları üçün müəllimləri əlini göyə açıb şükür edir. Anam şəkər xəstəliyi tapıb, mənim də psixologiyam pozulub. Axı oğlumun nişanı olacaqdı. Mən  indi oğlumun qəbrinə baxıb ağlamağla təsəlli tapıram".

Zərərçəkənin hüquqi varisi onu da qeyd edib ki, hər kəsin dava edir, hər kəsin sözü çəp gəlir. Onda gərək hər dalaşan əlinə bıçaq alsın?   Şikəst edərdin, gözünü qaraldardın, bıçağla ayağına vurardın, döyərdin. Sən bıçaq gəzdirmisən özünlə, sən qatil böyümüsən".

Zərərçəkən İsmayılov Adil ifadəsində bildirib ki, hadisə zamanı 8 nəfər olmayıblar: "Biz 6 nəfər olmuşuq.Toğrul ilə zarafatlaşan zaman yüksək səslə pis sözlər demişik. Mən içkili idim. Məqsədim vurmaq olmayıb".

Növbəti proses iyulun 16-na təyin olunub.

Qeyd edək ki, hadisə 16 noyabr 2024-cü il noyabrın 16-da saat 22 radələrində Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küçəsi, 1 ünvanında qeydə alınıb.

Həsən Kazımov ərazidə yerləşən kafeya daxil olmaq istəyərkən orada dayanıb öz aralarında nalayiq ifadələr işlətməklə yüksək səslə danışan Ümid Soltanov, Adil İsmayılov və digərlərinə öz iradını bildirib. Bu zaman Adil İsmayılov və Ümid Soltanovla mübahisə edərək əlbəyaxa olublar. Mübahisə zamanı Həsən Kazımov üzərindəki ov bıçağı ilə Ümid Soltanovun qarın nahiyəsindən zərbə endirib. Aldığı xəsarətdən kəskin qan itirdiyindən Ümid Soltanov dünyasını dəyişib.

Həsən Kazımov məhkəmədə ona elan edilmiş ittihama görə özünü qismən təqsirli bilərək baş verən hadisəni 8 nəfərin onun üzərinə gəlməsinə görə törətdiyini deyib.  Təqsirləndirilənin vəkili isə öz növbəsində müvəkkilinin ittiham olunduğu maddələrin düzgün tövsif olunmadığını bildirib.

Xatırladaq ki, baş verən hadisə ilə bağlı Həsən Kazımov şübhəli şəxs qismində saxlanılaraq barəsində Cinayət Məcəlləsinin 120.2.2 (xuliqanlıq niyyəti ilə adam öldürmə) ilə yanaşı, 221.3 və 228.4  maddələri ilə ittiham olunub.

Azərbaycanda oğul anasını yandırdı like
  • 09 İyl 21:55  
Digərləri Azərbaycanda oğul anasını yandırdı

Abşeron rayonunda oğul anasını yandıraraq öldürüb.

arrow Ətraflı
Nanənin verilişi bu tarixdən yayımlanmayacaq like
  • 09 İyl 21:48  
Şou-biznes Nanənin verilişi bu tarixdən yayımlanmayacaq

ATV-də yayımlanan "7 Tamam" verilişi mövsüm finalına hazırlaş�

arrow Ətraflı
Sabah bu ərazilər 4 saat işıqsız qalacaq like
  • 09 İyl 21:36  
Digərləri Sabah bu ərazilər 4 saat işıqsız qalacaq

Xəzər Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində y

arrow Ətraflı
Pantomima Teatrının yeni direktoru kimdir? like
  • 09 İyl 21:24  
Kriminal Pantomima Teatrının yeni direktoru kimdir?

Azərbaycan Dövlət Pantomima Teatrına təyin olunan direktorun kimliyi məlum

arrow Ətraflı
Bakıda iş adamının 2 villasından yarım milyon manat like
  • 09 İyl 21:12  
Kriminal Bakıda iş adamının 2 villasından yarım milyon manat

Bakıda iş adamına məxsus iki villa qarət olunub.

arrow Ətraflı
Gəncədən Moskvaya olan uçuş təxirə salındı  SƏBƏB like
  • 09 İyl 21:00  
Digərləri Gəncədən Moskvaya olan uçuş təxirə salındı SƏBƏB

Bu gün Gəncə şəhər Beynalxalq Hava Limanından Rusiyanın Vnukovo aeroport

arrow Ətraflı
1 dollar 2 manat 50 qəpikdir?  RƏSMİ AÇIQLAMA like
  • 09 İyl 20:52  
Digərləri 1 dollar 2 manat 50 qəpikdir? RƏSMİ AÇIQLAMA

Son günlər məzənnədə 1 avronun 2 manat 50 qəpiyə qalxması ilə bağlı

arrow Ətraflı
Zelenski Trampın nümayəndəsi ilə görüşdü like
  • 09 İyl 20:50  
Dünya Zelenski Trampın nümayəndəsi ilə görüşdü

Ukrayna Prezidenti Volodimir Zelenski bu dəqiqələrdə Donald Trampın nümay�

arrow Ətraflı
Ətri hara vuraq ki daha qalıcı olsun? like
  • 09 İyl 20:48  
Digərləri Ətri hara vuraq ki daha qalıcı olsun?

Ətirdən düzgün istifadə onun qalıcılığını xeyli artırır. Mütəxəs

arrow Ətraflı
Diaspor rəhbəri Elşən İbrahimov Rusiyadan deportasiya olunur like
  • 09 İyl 20:44  
Digərləri Diaspor rəhbəri Elşən İbrahimov Rusiyadan deportasiya olunur

Moskva vilayətindəki Azərbaycan diasporunun rəhbəri Elşən İbrahimov Rusi

arrow Ətraflı
"Bu insanlara "dur" demək lazımdır" like
  • 09 İyl 20:36  
Şou-biznes "Bu insanlara "dur" demək lazımdır"

Əməkdar artist Gülüstan Əliyeva bayağı mahnı oxuyanları tənqid edib. 

arrow Ətraflı
Tələbələrin NƏZƏRİNƏ: gələn həftədən... like
  • 09 İyl 20:24  
Digərləri Tələbələrin NƏZƏRİNƏ: gələn həftədən...

2025/2026-cı tədris ili üzrə ali və orta ixtisas təhsili müəssisələrin

arrow Ətraflı
“Qızılın bir unsiyası 3 600 dollara qədər bahalaşa bilər” like
  • 09 İyl 20:12  
Digərləri “Qızılın bir unsiyası 3 600 dollara qədər bahalaşa bilər”

Bu ilin II yarısında dünya bazarında qızılın 1 unsiyası 3 400-3 600 ABŞ

arrow Ətraflı
Leysan yağacaq, sel olacaq  XƏBƏRDARLIQ like
  • 09 İyl 20:00  
Digərləri Leysan yağacaq, sel olacaq XƏBƏRDARLIQ

İyulun 10-da Azərbaycanın əsasən dağlıq və dağətəyi rayonlarında ara

arrow Ətraflı
Ermənistanda müxalif deputat həbs olundu like
  • 09 İyl 19:24  
Digərləri Ermənistanda müxalif deputat həbs olundu

Ermənistan parlamentində "Hayastan" fraksiyasının deputatı Artur

arrow Ətraflı