“TÜRK” etnonimi və törələr YUNUS OĞUZ yazır
Digərləri 19 İyn 2025 11:55:00 71 0
Əvvəlini buradan oxuya bilərsiniz:
Bu xəbəri də oxu: Elektrikli skuter sürənlərə xəbərdarlıq
https://olaylar.az/news/edebiyyat/596176
YUNUS OĞUZ
Bozqurd kultu
Ta qədimdən bütün kultlar içində bozqurd (börü, aşina) kultu daha çox fərqlənir. Belə ki, qədim türklərin inancına görə bozqurdlar Marsın yerdəki simvoludur və bozqurd onların əcdadı sayılır. Bəzi kultlar günümüzdə gündəmdən çıxsa da bozqurd kultu bu gün türklər arasında daha da genişlənir. Bu kult bir çox ölkələrdə simvol (simgə) rolunu oynayır. Etrusk və italyanlarda dişi qurd onların simvoludur. Skandinaviyada əcdadlarına "Börü" deyilir, oğlunun adı isə Tordur. Almanlar badələri bir-birinə toqquşduranda "sum volf" deyirlər, yəni qurdun şərəfinə. "Qurd" sözü toponim, etnonim, hidronimlərdə hələ də qalmaqdadır. "Göybörü" anlamının da rənglə heç bir əlaqəsi yoxdur və əski türklər belə hesab edirdilər ki, o ağ işıqla göydən enib və onlara yol göstərib, xilaskar rolunu oynayıb. Təsadüfi deyil ki, islamaqədərki dövrlərdə, müharibə zamanı türklər bayraqlarının (tuğların) uclarına qurd başı taxırdılar. Qurdu başqa heyvanlardan fərqləndirən cəhətlərdən biri də onun etnoqrafik xüsusiyyətləridir. Belə ki, dastanlarda, nağıllarda, hətta şeirlərimizdə, deyimlərdə də qurdun adı çəkilir, insan özünü onunla müqayisə edir. Qurdu söymək və ona qarğış etmək yaxşı əlamət hesab edilmirdi, hətta günah sayılırdı. "Qurd üzün mübarək" deyimi şanlı anlamına gəlirdi, qorxmaz, cəsur adama "qurd ürəkli" söylənilirdi. Ac adama isə "qurd kimi acımış", qorxmazlığı ilə seçilən cavanlara "qurd ürəyi yeyib", ağıllı, tədbirli insanlara "qoca qurd" deyimlərindən indi də istifadə olunur. "Kitabi Dədə Qorqud" dastanında "əzvay qurd əniyinin erkəyində bir köküm var", "qara başım qurban olsun qurdum sana", "...qurd ilə xəbərləşim", N.Gəncəvidə, "Koroğlu" dastanında, B.Vahabzadənin, M.Arazın, X.Rzanın, R.Behrudinin, M.Yaqubun və başqalarının şeirlərində qurd haqqında bol-bol deyimlərə, söyləmələrə rast gəlmək olar. Bəs bu xüsusiyyətlər nədən ibarətdir? 1. Bozqurd özgürdür, azadlıq sevəndir. Tələyə düşəndə pəncəsini çeynəyib qopardır və azad olur. 2. Bozqurd əhliləşmir. 3. Bozqurd fəsillərə (çağlara) görə həyat (yaşam) tərzi sürür. Belə ki, törəmə, nəsilartırma zamanı oturaq, köçəri heyvanların və quşların arxasınca ova gedərkən köçəri, dəyişkən həyat tərzi keçirir. 4. Bozqurd qorxmur. 5. Bozqurd pusquda gözləmir. 6. Yetim qalan qurd balasına sahib çıxır, ona qayğı göstərib bəsləyir. 7. Bozqurd xəyanəti bağışlamır. 8. Bozqurdun dişisi ölərsə, ailə qurmur, yalquzaq yaşam tərzinə keçir. 9. Sürüyə, davara hücum edərkən yalnız birini boğazlayıb aparır. Canavar isə digərlərini ya boğub öldürür, ya da yaralayır. 10. Bozqurd ovuna yeddi saniyədən çox baxarsa onu ovlayır. 11. Bozqurddan ovu qorxmasa, özünü döyüşə hazır göstərərsə ona toxunmur, çəkilib gedir. 12. Bozqurd dalaşarsa, dişi qurd gəlib yanında, boğazının altında (qurdlar boğazdan yapışır) dayanarsa, digər qurd savaşdan əl çəkir. 13. Bozqurd sürüsündə başda cavanlar, ortada qocalar və xəstələr, sonda isə sürü başçısı dayanır. "Qurd taktikası" döyüşünü türklər qurdlardan götürüb, adına "Turan taktikası" verilib. Belə ki, aypara halında düşməni ortaya salıb, çevrəni sonda qapadırdılar. 14. Bozqurd məğlub olana qədər deyil, ölənə qədər savaşır. 15. Bozqurd məğlub ola bilər, amma əyilməz, ovlanar, həbsə düşməz. 16. Bozqurd heç vaxt təkbaşına hərəkət etməz. Sürü onun üçün kollektiv xarakter daşıyır. 17. Yaşadığı əraziyə, ailəsinə, öz növündən digər qurda təcavüz olarsa, qəzəbli qurdun qarşısını heç kim ala bilməz. 18. Qurdun ulaması birliyə çağırışdır. Məhz bu xüsusiyyətlərinə görə bozqurdlar türklərə bənzədilir və türklərin simvolu (simgəsi) sayılır. Göründüyü kimi dünyanın bir çox yerlərində, harada yaşamasından asılı olmayaraq, türk əsilli insanlar, yaxud türk dillərinə bölünən qrupların demək olar ki, hamısının bu və ya digər şəkildə simgələri (simvolları) Bozqurddur. Beləliklə türk dilləri altı qrupa bölünür: 1. Oğuz qrupu - Azərbaycan, türk, türkmən, qaqauz və Balkan türklərinin dilləri; 2. Qıpçaq qrupu - qazax, Qaraqalpaq, qırğız, Altay, Noqay, Krım tatarlarının dilləri; 3. Bulqar dil qrupu - Kazan tatar, başqırd, Qaraçay - balkar, kumık və qaraim dilləri; 4. Karluq-uyğur qrupu - özbək, yeni uyğur, sarı uyğur və salar dilləri; 5. Uyğur - oğuz qrupu - Tuva, tafalar (karaqas), xakas, şor, Baraba tatarları və Çulım tatar dilləri; 6. Çuvaş-yakut qrupuna yalnız iki qrup daxildir - çuvaş və yakut. Göründüyü kimi türklərin bütün Avrasiya arealına yayılmasına baxmayaraq, Bozqurdu simgə (simvol) seçməsinin iki əsas səbəbi vardır. 1. Bozqurdun başqa heç bir canlıda olmayan xüsusiyyətləri, özəllikləri, üstünlükləri, ov tərzləri (taktikası), cəsurluğu və s. 2. Bozqurdun yer mənşəli olmaması, yəni göy mənşəli (gökqurd) - qutsal (müqəddəs) olması. Sonda bütün yazılanları ümumiləşdirərək belə qənaətə gəlmək olar ki, türk inanclarına görə Bozqurd simgəsi (simvolu) özündə, əsasən üç funksiya cəmləşdirir: 1. Əcdadlarının göydən ağ işıqla enməsi; 2. Çətin vaxtlarda, savaşlarda, yol göstərən hami, yəni rəhbər; 3. Türklərin ruh bağlılığına görə xilaskar. Və bunu araşdırmaçı İmran Verdiyevin "Bozqurd-Azadlığın və cəsarətin simvoludur" məqalənin iqtibası (sitat) ilə bitirirəm: "Türk (Oğuz) - qurd münasibətlərinin arxaik semantikasının araşdırıcıları da türklərdə qurd obrazına məxsus mifoloji cizgiləri təsdiqləyirlər. "Kitabi Dədə Qorqud"dakı qurdun Salur Qazan tərəfindən "ər" adlandırılması ("Qarla yağış yağanda ər kimi duran") faktı Oğuzun funksiyasının qurdun funksiyasından fərqlənmədiyini göstərir. Hər iki obraz "ər" semantemində birləşir. Türklər də qurd kimi hər zaman qorxmaz, azad və sərbəst olmağa, öz dövlətinə, ailəsinə sadiq qalmağa, kollektivin rəyi ilə hesablaşmağa, dar gündə özünü kollektivin bir üzvü kimi görməyə üstünlük vermiş, "Tanrı Milləti" olduqlarını dəfələrlə sübut etmişlər."
Türk duası
"Ulu Tanrı! Hər şeyi yaradan Tanrı! Yenilməz, yıxılmaz, ölməz, bitməz, yox olmaz Tanrı! Suyu donduran, buzu əridən, buzdan su yaradan, suyu çaya çevirən, çaydan göl yaradan, göldə balıq gəzdirən Tanrı! Quru dərələri dolduran, ota, ağaca can verən, otdan, ağacdan çiçək çıxardan, arıya bal verən Tanrı! Günümüzü aydın edən, gecəmizi ulduzlarla süsləyən Tanrı! Bizə yeni bir il bəxş edən Tanrı! Bu il bizə bol ver, bolluq ver! Otumuzu, otlağımızı bol et! Atlarımızı, quzularımızı bol et! Yağımızı, südümüzü, pendirimizi, qımısımızı bol et! Yağışımızı, suyumuzu bol ver! Ovlağımızı, ovumuzu bol ver! Qızımızı, oğlumuzu bol ver! Anamızı, balamızı, oğlumuzu, qızımızı, gəncimizi, yaşlımızı, bu Yer üzərində qara qüvvələrdən qoru, Uca Tanrı! Yayımızı hədəfə tuşla, oxumuz hədəfə dəysin, qılıncımızı kəskin et! Biləklərimizi gücsüz, ürəklərimizi ümidsiz qoyma! Yaz keçsin yay gəlsin, yaydan sonra payız gəlsin. Payız xalqıma ağırlıq gətirməsin! Türk çoxalsın, yaşam tərzimiz bəy kimi olsun! Ac, çılpaq qalmasın, həmişə dirilik olsun! Türk dövlətsiz olmasın, Türk xalqı başsız qalmasın, Türk xalqı törəsiz olmasın! Türk xalqını qoru!"
SON
Yay ayları mövsümi meyvə və tərəvəzlərin bol olduğu dövr olduğu üç

Bu ilin ilk rübündə Azərbaycan iqtisadiyyatına 1,5 milyard dollar birbaşa

Bakının Nəsimi rayonu, Azadlıq prospekti 13 ünvanında yerləşən çoxmər

Son.az "Baku Network"da dərc olunmuş məqaləni təqdim edir:

Dünyanın hərbi balansında "var, amma istifadə olunmur" prinsipi i

İsrailin Baş naziri Benyamin Netanyahu İranın İsraildə xəstəxanaya hüc

Azərbaycanın prokurorluq orqanlarında yeni kadr təyinatı baş tutub.

Dünən saat 16 radələrində paytaxtın Nəsimi rayonunda - Azadlıq prospekti

2024-2025-ci tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliy

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 19-da BP şirkət

İsrailin İranın nüvə və hərbi obyektlərinə endirdiyi hava zərbələrin

"İran və İsrail arasındakı münaqişədən mümkün çıxış yolu iki

İstanbulda 70 kiloqram qızılla saxlanılan hərbi attaşenin baş köməkçis
