İrana heç gözləmədiyi nüvə ölkəsindən dəstək Onlar da "müharibə"yə qoşulsa...
Dünya 19 İyn 2025 10:45:00 63 0
İsrailin İranın nüvə və hərbi obyektlərinə endirdiyi hava zərbələrindən sonra bölgədə gərginlik daha artmaqdadır. Artıq qarşıdurma regional çərçivədən çıxararaq qlobal miqyasa keçib. Bu proses fonunda dünya ölkələri biri-birinin ardınca mövqe nümayiş etdirir. Bu mövqelər arasında ən çox diqqət çəkəni isə Şimali Koreya lideri Kim Çen In-ın çıxışı olub.
Bu xəbəri də oxu: Mühüm görüşdə prezidentlə tərcüməçisini səhv saldı VİDEO
Şimali Koreya rəhbəri Kim Çen In İsrailin İran ərazisinə etdiyi hücumları "imperialist təxribat" adlandıraraq, bu münaqişədə açıq şəkildə İranın yanında olduqlarını bəyan edib. Kim bildirib ki, əgər Tehran tərəfindən rəsmi şəkildə müraciət olunsa, Şimali Koreya yardım göstərməkdən çəkinməyəcək. Bu açıqlama yalnız sözlərlə məhdudlaşmayıb, Şimali Koreya rəhbəri həm də "qlobal imperializmin muzdlu əsgərləri" ifadəsini işlədərək Qərb ölkələrinin İsrailə dəstəyinə sərt münasibət bildirib.
Kim Çen In-ın bu bəyanatı regionda gedən hadisələrə birbaşa təsir etməsə də, beynəlxalq səviyyədə səs-küyə səbəb olub. İllərdir qapalı və izolyasiya olunmuş şəkildə siyasət yürüdən Şimali Koreyanın belə bir dönəmdə, belə həssas mövzuda açıq mövqe sərgiləməsi diplomatik dairələrdə birmənalı qarşılanmayıb.
Hazırda İsrailə ABŞ və Böyük Britaniya kimi Qərb ölkələri dəstək verir. Rusiya, Çin, Suriya və Livan isə İranla eyni mövqedədir. Şimali Koreyanın da açıq şəkildə bu sıraya qoşulması bölgədə baş verən hadisələrin təkcə regional güc mübarizəsi olmadığını, eyni zamanda dünya miqyasında yeni siyasi qütbləşmənin getdiyini göstərir.
Beynəlxalq münasibətlər üzrə ekspertlərin fikrincə Şimali Koreya bu addımı ilə həm də özünün unudulmadığını, siyasi mənzərədə hələ də rol oynamaq niyyətində olduğunu nümayiş etdirir. Digər tərəfdən, bu bəyanat vasitəsilə İranın beynəlxalq müstəvidə tam təcrid olunmadığını göstərmək də hədəflənmiş ola bilər.
"İran və İsrail arasındakı münaqişədən mümkün çıxış yolu iki

İstanbulda 70 kiloqram qızılla saxlanılan hərbi attaşenin baş köməkçis

Kanada XİN rəhbəri vətəndaşlarının İrandan təxliyəsinə görə Azərb

"Azərbaycan Respublikasının 2027-2030-cu illərdə sosial-iqtisadi inki�

Sabah daha bir Birinci Qarabağ müharibəsi itkin-şəhidi dəfn olunacaq.

Azərbaycan Prezidenti "Əmək pensiyaları haqqında" Qanuna dəyişi

Müğənni Almaz Saraylının oğlunu toyu mərasimi baş tutub.

Bakının Xəzər rayon prokurorunun köməkçisi Mahmudağa Mahmud-zadə vəfat

Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb.

Paytaxtın bəzi ərazilərinin qaz təchizatında müvəqqəti fasilə yaranaca

Müdafiə Nazirliyi Mətbuat Xidmətinin keçmiş rəisi, polkovnik, şair publi

Urologiya Mütəxəssisi Dos. Prof. Dr. Yavuz Onur Danacıoğlu yeni doğulan o�
