14 metrlik qadın heykəli qalmaqala səbəb oldu Ölkə ayağa qalxdı FOTO
Dünya 29 May 2025 15:46:00 73 0
ABŞ-ın Kaliforniya ştatının San-Fransisko şəhərində Embarcadero meydanında yerləşdirilən 14 metrlik çılpaq qadın heykəli ictimaiyyət arasında ciddi müzakirələrə səbəb olub.
Bu xəbəri də oxu: 1.93 manata satılan qala ilə bağlı maraqlı faktlar
Son.az xəbər verir ki, "R-Evolution" adlanan və 14,5 ton ağırlığında olan heykəldə tamamilə çılpaq qadın təsvir edilib. Aprelin əvvəlində şəhərin mərkəzində qurulan bu monumental əsər ictimaiyyətlə heç bir məsləhətləşmə aparılmadan özəl mənbələr hesabına maliyyələşdirilərək quraşdırılıb.
Heykəlin şəhərin simvolik məkanlarından biri olan Bərə Binasının görünüşünü əngəlləməsi və onun yerləşdiyi strateji mövqe sosial mediada geniş tənqidlərə yol açıb.
Pandemiyadan sonra iqtisadi çətinliklərlə üzləşən San-Fransiskoda ofis sahələrinin üçdə biri boşdur, şəhər mərkəzi isə əvvəlki kimi canlı deyil. Belə bir dövrdə heykələ ayrılan 300 min dollar dəyərindəki vəsait bir çoxları tərəfindən gərəksiz hesab edilib.
Heykəlin müəllifi, 63 yaşlı sənətçi Marco Cochrane bu əsərin "qadın gücünü" simvollaşdırdığını deyib: "Anam feminist idi. Mənə dünyaya qadın enerjisi gətirmə missiyasını ötürdü." Lakin bəzi tənqidçilər qadın hüquqlarını ifadə edən bir əsərin kişi rəssam tərəfindən hazırlanmasını ziddiyyətli hesab ediblər.
Türkiyəli modelyer Gülşah Saraçoğlu yeni görüntüsü ilə diqqət çəki

İsrailin Baş naziri Benyamin Netanyahu HƏMAS hərəkatının lideri Məhəmm�

Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində ifadə ver

Ötən ilin fevral ayından itkin düşən 6 yaşlı qızın valideyni tərəfin

Xalq artisti Əli Nur Əməkdar artist Füzuli Hüseynovu polisə verib.

İyunun 1-də Heydər Əliyev Mərkəzinin parkında Uşaq festivalı keçirilə

Azərbaycanın Türkmənistandakı Səfirliyində 28 May - Müstəqillik Günü

2019-cu ildən "Xəzər" telekanalında yayımlanan "Komedixana&q

Belqradda yaşayan azərbaycanlı qadını maşın vurub.

Zelenski uzun müddət sonra ilk dəfə kostyum geyinib.

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu

Yazın son ayları bəzi bürclər üçün dönüş nöqtəsi ola bilər. Kainat

Müğənni Qumral Musayeva maraqlı etiraf edib. Son.az xəbər verir ki, efi

Xəbər verildiyi kimi, mayın 13-də 2007-ci il təvəllüdlü Elgün İbrahimo
