Elgünün ölüm səbəbi açıqlandı DTX, DİN və Baş Prokurorluq birgə məlumat yaydı
Digərləri 29 May 2025 12:31:00 99 0
Xəbər verildiyi kimi, mayın 13-də 2007-ci il təvəllüdlü Elgün İbrahimovun Gəncə şəhərində müalicə aldığı xəstəxanada ölməsi faktı ilə bağlı Gəncə şəhər prokurorluğunda istintaq edilən cinayət işi üzrə intensiv istintaq və əməliyyat axtarış tədbirləri həyata keçirilir.
Bu xəbəri də oxu: “Kaspi kids”də döyülən uşağın atası danışdı “Pul təklif etdilər”
Trend xəbər verir ki, Cinayət işi üzrə bütün fərziyyələr, o cümlədən mərhumun intihar etməsi, ehtiyatsızlıqdan yıxılması və ya ona ağır bədən xəsarəti yetirilməsi nəticəsində ölümün baş verməsi kimi hallar yoxlanılmışdır.
İstintaqın hazırkı mərhələsində əldə edilmiş sübutlarla yəni, şahid ifadələri, hadisə yerinə, müşahidə kameralarına baxış, meyitin xarici və daxili müayinə edilməsi, telefon məlumatları, məhkəmə-genetik, məhkəmə-tibbi və digər ekspertizaların rəyləri və başqa dəlillərlə müəyyən edilmişdir ki, Elgün İbrahimova hər hansı kənar şəxs və ya şəxslər tərəfindən xəsarət yetirilməmiş, ona qarşı heç bir zorakı hərəkətlərə yol verilməmiş, o, hündürlükdən yıxılmaq nəticəsində aldığı çoxsaylı xəsarətlərdən ölmüşdür.
Həmçinin müəyyən edilmişdir ki, Elgün İbrahimov may ayının 12-də saat 16 radələrində hazırlıq kursundan çıxdıqdan sonra mobil telefonunu sataraq ayrı-ayrı şəxslərə olan pul borcunu qaytarmışdır.
Bundan sonra E.İbrahimov Gəncə şəhərində yerləşən "Naxış" çay evində tanışları ilə görüşüb birlikdə spirtli içki qəbul etmiş, saat 19:40-da həmin yeri onlarla birgə tərk edib Abbas Səhhət adına 1 saylı şəhər xəstəxanasının qarşısına qədər gələrək orada tanışlarından ayrılmış, həmin vaxt E.İbrahimovun üzərində hər hansı xəsarət izləri müşahidə edilməmişdir.
Daha sonra E.İbrahimov saat 20:17-də marketdən 2 qutu siqaret alıb əvvəllər də mütəmadi olaraq vaxt keçirdiyi Gəncə şəhəri, M.Xələfov 115 ünvanında yerləşən Texnologiya Universitetinin istifadəsiz yataqxanasına tək halda getmiş, qeyd olunan yataqxananın 5-ci mərtəbəsində məhəccərsiz eyvana çıxaraq, orada bir neçə siqaret çəkmiş və eyvandan torpaqla örtülmüş sərt səthi olan həyətə yıxılaraq çoxsaylı xəsarətlər almış, saat 22:52-də ərazidə olan gözətçi tərəfindən yerdə yaralı vəziyyətdə aşkar edilərək təcili tibbi yardım avtomaşını vasitəsilə xəstəxanaya təxliyə edilmiş, may ayının 13-də almış olduğu xəsarətlərdən xəstəxanada ölmüşdür.
Bir daha xatırladılır ki, istintaq aparılan dövrdə cinayət işləri üzrə məlumatların yayılması yalnız rəsmi dövlət qurumlarının təsdiqlədiyi informasiyalar əsasında həyata keçirilməli, xüsusilə cəmiyyətin həssaslıqla yanaşdığı məsələlərdə məsuliyyətli və qanunauyğun davranılmalıdır.
Mediadan, sosial şəbəkə istifadəçilərindən və ictimai fəallardan bu məsələdə yüksək həssaslıq göstərmələri, istintaqın gedişinə mane ola biləcək və cəmiyyətdə çaşqınlıq yarada biləcək informasiyaları yaymamaları xahiş olunur.
İbtidai istintaqın gedişatı və nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir.
Mayın 29-na keçən gecə Stavropolda yaşayış binasının həyətində partl

Sosial şəbəkələrdə yayılan video maraq doğurub.

Xalq artisti Zeynəb Xanlarovanın adından dələduzluq edilib.

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Pre

Ali Məhkəmə vahid məhkəmə təcrübəsini müəyyən edən qərar qəbul ed

Maldiv Respublikasının Prezidenti Məhəmməd Muizzu Azərbaycan Respublikası

Mayın 29-da gecə saat 01:00-dan 01:15-dək Azərbaycan Ordusunun bölmələri

Dövlət Sərhəd Xidmətinin (DSX) mayoru, əməkdar məşqçi Fuad Zeynalovla

Sosial şəbəkədəki paylaşımları ilə tanınan Danla Biliç üç il əvvə

Ağdaşda avtomobil qatarla toqquşub.

"Qalatasaray" futbol klubu 25-ci dəfə Türkiyə çempionu olmasını

Astarada qadın sahibkar sevgilisinin evinə hücum edərək ailə üzvlərini d

Cənubi Koreyanın Pohanq şəhərində hərbi təyyarə qəzaya uğrayıb.

Şri-Lanka Demokratik Sosialist Respublikasının Prezidenti Anura Kumara Dissan

Son illər ərzində Çin avtomobil istehsalçıları dünya bazarında sürətl
