Ermənistanın hərbi təcavüzü məhkəmədə Tərtər döyüşlərinin şahidi danışdı


Siyasət 29 May 2025 15:15:00 78 0

Ermənistanın hərbi təcavüzü məhkəmədə  Tərtər döyüşlərinin şahidi danışdı

Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində ifadə verən zərərçəkmiş şəxs Elmir Abbasov hərbçi kimi xidmət etdiyi Tərtər rayonunda 2016-cı ildə baş vermiş Aprel döyüşləri zamanı yaralandığını bildirib.

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, o, 2016-cı ilin aprel ayının 1-dən 2-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin təxribat törətdiyini, atəş açdığını söyləyib və deyib: "Bilirsiniz ki, döyüş və müharibə qanunlarına görə, hərbi bölmə yalnız hərbi bölmə ilə vuruşmalıdır. Amma onlar kəndlərə, dinc əhalinin yaşadığı ərazilərə qadağan edilmiş mərmilər atırdılar, zəhərli, yandırıcı mərmilər atırdılar. Yəni, Ermənistan silahlı qüvvələri qadağan olunmuş mərmilərdən kütləvi şəkildə istifadə edirdilər.

"Şrapnel tipli" adlandırdığımız mərmilərin tərkibində çuqun qəlpələrdən əlavə, bir mərminin içərisində 2 mindən çox iynə yerləşdirilir. Bu, elə iynələrdir ki, onların birinin insana dəyməsi belə kütləvi zəhərlənməyə səbəb ola bilər. Bizə keçirilən təlimlər zamanı videogörüntülər vasitəsilə izah edilib ki, həmin iynələrə dəriyə batmadan, sadəcə əl ilə toxunmaq belə insan orqanizminə təsir göstərir və zəhərlənməyə səbəb olur".

Zərərçəkmiş şəxs dövlət ittihamını müdafiə edən prokurorların, zərərçəkmişlərin vəkillərinin, müdafiə tərəfinin, o cümlədən təqsirləndirilən şəxslərin suallarını cavablandırıb. Təqsirləndirilən şəxs Levon Mnatsakanyan sual verən zaman əvvəlcə Aprel döyüşlərində iştirak etdiyini bildirib və deyib: "Mən 2016-cı ildə keçirilən əməliyyatlarda iştirak etmişəm və "ordu komandiri" olmuşam. Düzünü desəm, təqdim olunanların baş verdiyini ilk dəfədir eşidirəm".

O, hadisə zamanı E.Abbasovun hansı hərbi vəzifəni tutduğunu və rütbəsini soruşub. Zərərçəkmiş şəxs həmin vaxt artilleriya divizionunda batareya komandiri olduğunu, kapitan rütbəsində xidmət etdiyini deyib.

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.

İtkin düşən qızı anası 1800 manata satıbmış  FOTO like
  • 29 May 15:13  
Dünya İtkin düşən qızı anası 1800 manata satıbmış FOTO

Ötən ilin fevral ayından itkin düşən 6 yaşlı qızın valideyni tərəfin

arrow Ətraflı
Xalq artisti Əməkdar artisti polisə verdi like
  • 29 May 14:54  
Şou-biznes Xalq artisti Əməkdar artisti polisə verdi

Xalq artisti Əli Nur Əməkdar artist Füzuli Hüseynovu polisə verib. 

arrow Ətraflı
Heydər Əliyev Mərkəzinin parkında Uşaq festivalı təşkil olunacaq like
  • 29 May 14:45  
Digərləri Heydər Əliyev Mərkəzinin parkında Uşaq festivalı təşkil olunacaq

İyunun 1-də Heydər Əliyev Mərkəzinin parkında Uşaq festivalı keçirilə

arrow Ətraflı
Telefonun batareyası əlində PARTLADI like
  • 29 May 14:44  
Digərləri Telefonun batareyası əlində PARTLADI

Türkiyədə mağazaların birindən görüntü yayılıb.

arrow Ətraflı
Türkmənistanda 28 May  Müstəqillik Günü qeyd olunub  FOTO like
  • 29 May 14:41  
Kriminal Türkmənistanda 28 May Müstəqillik Günü qeyd olunub FOTO

Azərbaycanın Türkmənistandakı Səfirliyində 28 May - Müstəqillik Günü

arrow Ətraflı
“Komedixana”nın evli rejissorla eşq yaşayan aktrisası KİMDİR? – like
  • 29 May 14:24  
Şou-biznes “Komedixana”nın evli rejissorla eşq yaşayan aktrisası KİMDİR? –

2019-cu ildən "Xəzər" telekanalında yayımlanan "Komedixana&q

arrow Ətraflı
Belqradda azərbaycanlı qadını maşın vurdu, ayağı qopdu like
  • 29 May 13:59  
Digərləri Belqradda azərbaycanlı qadını maşın vurdu, ayağı qopdu

Belqradda yaşayan azərbaycanlı qadını maşın vurub.

arrow Ətraflı
Zelenski uzun müddət sonra ilk dəfə kostyum geyindi  FOTO like
  • 29 May 13:27  
Dünya Zelenski uzun müddət sonra ilk dəfə kostyum geyindi FOTO

Zelenski uzun müddət sonra ilk dəfə kostyum geyinib.

arrow Ətraflı
Sabah 33 dərəcə isti olacaq like
  • 29 May 12:55  
Digərləri Sabah 33 dərəcə isti olacaq

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu

arrow Ətraflı
Dörd BÜRC üçün böyük şans  Hər şey indi başlayır like
  • 29 May 12:52  
Digərləri Dörd BÜRC üçün böyük şans Hər şey indi başlayır

Yazın son ayları bəzi bürclər üçün dönüş nöqtəsi ola bilər. Kainat

arrow Ətraflı
"Estetik əməliyyatlarımın qiyməti 80 min manatdır" like
  • 29 May 12:38  
Şou-biznes "Estetik əməliyyatlarımın qiyməti 80 min manatdır"

Müğənni Qumral Musayeva maraqlı etiraf edib. Son.az xəbər verir ki, efi

arrow Ətraflı
Elgünün ölüm səbəbi açıqlandı  DTX, DİN və Baş Prokurorluq birgə məlumat yaydı like
  • 29 May 12:31  
Digərləri Elgünün ölüm səbəbi açıqlandı DTX, DİN və Baş Prokurorluq birgə məlumat yaydı

Xəbər verildiyi kimi, mayın 13-də 2007-ci il təvəllüdlü Elgün İbrahimo

arrow Ətraflı
Zaur Qurtsiyev öldürüldü  FOTO like
  • 29 May 12:27  
Digərləri Zaur Qurtsiyev öldürüldü FOTO

Mayın 29-na keçən gecə Stavropolda yaşayış binasının həyətində partl

arrow Ətraflı
Türkiyəli şagirdlər Azərbaycanı belə təbrik etdi  VİDEO like
  • 29 May 12:20  
Digərləri Türkiyəli şagirdlər Azərbaycanı belə təbrik etdi VİDEO

Sosial şəbəkələrdə yayılan video maraq doğurub.

arrow Ətraflı
Zeynəb Xanlarovanın adından dələduzluq edildi like
  • 29 May 12:15  
Şou-biznes Zeynəb Xanlarovanın adından dələduzluq edildi

Xalq artisti Zeynəb Xanlarovanın adından dələduzluq edilib.

arrow Ətraflı