Beynəlxalq Muğam Muğam Mərkəzində Ağaxan Abdullayevin 75 illiyinə həsr olunan gecə təşkil edilib FOTO
Kriminal 26 May 2025 18:07:00 106 0
Beynəlxalq Muğam Muğam Mərkəzində milli muğam sənətinin görkəmli nümayəndəsi, Xalq artisti, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, "Şöhrət" ordenli, "Qızıl çinar" beynəlxalq mükafatı sahibi Ağaxan Abdullayevin (1950-2016) 75 illiyinə həsr olunan gecə təşkil edilib.
Bu xəbəri də oxu: Hüseynbala Mirələmovun qardaşı oğlunun cinayət işinə görə o da
Yubiley tədbiri Ağaxan Abdullayevin Azərbaycan televiziyasının "Qızıl Fondunda" qorunan ifasının videonümayişi ilə başlanıb. Yazıçı-dramaturq İlqar Fəhminin aparıcılığı ilə baş tutan gecədə millət vəkili Ziyad Səmədzadə, Xalq artisti Vamiq Məmmədəliyev, Əməkdar incəsənət xadimi, professor Nazim Kazımov çıxış edərək sənətkarla bağlı xatirələrini bölüşüblər. Bildirilib ki, muğam sənətimizin inkişafında, neçə-neçə tanınan muğam ifaçılarının yetişməsində Ağaxan Abdullayevin rolu danılmazdır. Ağaxan Abdullayev Azərbaycan muğamlarını həm ölkəmizdə, həm də xaricdə layiqincə təbliğ edib. O, Heydər Əliyev Fondu tərəfindən muğamla bağlı həyata keçirilən genişmiqyaslı layihələrin də iştirakçısı olub. Sənətkarın fəaliyyəti dövlət və xalq tərəfindən yüksək qiymətləndirilib. O, "Əməkdar artist" və "Xalq artisti" fəxri adlarına, habelə "Simurq", "Humay" və Heydər Əliyev Fondunun "Qızıl çinar" beynəlxalq mükafatına layiq görülüb. Unudulmaz xanəndənin xatirə gecəsində Xalq artistləri Zabit Nəbizadə, Simarə İmanova, Əməkdar incəsənət xadimi Aqil Məlikov, Əməkdar artist İlkin Əhmədov, Muğam Televiziya Müsabiqəsinin qalibləri Mirələm Mirələmov, Məmməd Nəcəfov, Hüseyn Məlikov, Nisbət Sədrayeva çıxış ediblər. Xanəndələri Rövşən Qurbanovun rəhbərliyi ilə BMM-nin solsitlərindən ibarət ansambl müşayiət edib. İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Son.az
Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç Prezident İlham Əliyev

Amerikalı alimlər Qərbi Amerika sahillərində gələcək onilliklər üçün

Avrasiya İqtisadi Komissiyası Kollegiyasının sədri Bakıtcan Saqintayev Pre

Qazaxıstan Respublikasının birinci Prezidenti Nursultan Nazarbayev Prezident

Yasamal rayonunun bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yarana

Fövqəladə Hallar Nazirliyi (FHN) Nəvahi qəsəbəsində 11 ailə üçün fə

Müğənni Damlanın maraqlı görüntüsü yayılıb.

Ulduzlar bəzi bürclərə nəhayət gülümsəyir. Ulduz falına inananlar üç

Son.az xarici mətbuata istinadla 26 may - 1 iyun həftəsi üçün bürc proqno

Pərvin Abıyeva Azərbaycanda aktrisa kimi fəaliyyət göstərməyəcək.

Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib ki, əgər Konstitusiya M

İndoneziya Respublikasının vitse-prezidenti Gibran Rakabuminq Raka Azərbayca

İndoneziya Respublikasının Prezidenti Prabovo Subianto Prezidenti İlham Əli

Rusiya prezidenti Vladimir Putin ölkənin təhlükəsizliyi naminə zəruri add

"Bir səhnə vardı, rəhmətlik Şahmar Ələkbərovla çəkilirdik, "
