“Qayınatam qışqırırdı ki, qızın əlini burax...”
Kriminal 26 May 2025 16:18:00 94 0
"Bir səhnə vardı, rəhmətlik Şahmar Ələkbərovla çəkilirdik, "sevgilisi" idim filmdə. Demək, səhnə belə idi ki, dağdan üzüaşağı qaçırıq, o da mənim əlimdən tutub ki, yıxılmayım, birgə qaça bilək. Elə bu vaxt qayınatamın səsini eşitdik".
Bu xəbəri də oxu: Xalq artistinin nəvəsinə yüksək vəzifə verildi
Son.az xəbər verir ki, bu sözləri 84 yaşlı Xalq artisti Ofeliya Sənani Oxu.az-a müsahibəsində "Dağlarda döyüş" filmindən danışarkən bildirib.
"Qışqırırdı ki, qızın əlini burax, "Fərrux", əlindən tutma. "Fərrux" Şahmarın oynadığı obrazın adı idi. Şahmar yazıq da çaşıb deyir, ay Möhsün müəllim, necə əlindən tutmayım, axı qayalıqdır, qız yıxılar, qolu-qıçı qırılar. Əlindən tuturam ki, rahat düşək də. Qayınatam da qayıtdı ki, hə, yaxşı, yaxşı...", - o əlavə edib.
Qeyd edək ki, Ofeliya Sənani Xalq artisti Möhsün Sənaninin oğlu Vahid Sənani ilə evli olub.
Əsgərin ölməsi faktı üzrə cinayət işi başlanıb.

Türkiyənin Dənizli şəhərində evini kirayə mənzilə çevirib divardakı

2024-2025-ci tədris ilinin ikinci yarımilinin yekunlaşması ilə əlaqədar o

Bu ilin fevralında Azərbaycanda müəyyən olunaraq həbs edilmiş Gürcüstan

Regionlarda biznesə başlamaq və ya sahibkarlıq fəaliyyətini inkişaf etdir

Sosial şəbəkələrdə Füzuli rayonunda qadının kişiyə qarşı təhqiredi

"Qəbul imtahanlarının məzmunu müəyyən edilərkən istinad etdiyi met

Uzun müddətdir xərçəng müalicəsi alan tanınmış sənətçi İlhan Şeş

Fransa Prezidenti Emmanuel Makron və həyat yoldaşı Bricit Makronun Vyetnama

Ədliyyə Nazirliyinin Penitensiar Xidməti Prezident İlham Əliyevin mayın 25

25.05.2025-ci il tarixində saat 17:30 radələrində 2 nəfər (kişi cinsli) Y

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının təqdim etdiyi "

Astroloq Dinçer Güner may ayının son həftəsi üçün xüsusi proqnozlar ve

Azərbaycanda rəsmi səfərdə olan Misir Ərəb Respublikası Senatının səd

Bu gündən I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanlarının 2
