İndoneziyanın vitseprezidenti Birinci vitseprezident Mehriban Əliyevanı 28 May – Müstəqillik Günü münasibətilə təbrik edib
Siyasət 26 May 2025 16:29:00 121 0
İndoneziya Respublikasının vitse-prezidenti Gibran Rakabuminq Raka Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya 28 May - Müstəqillik Günü münasibətilə təbrik məktubu ünvanlayıb.
Bu xəbəri də oxu: Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərində mülki şəxslərə qarşı törətdiyi cinayətlərlə bağlı sənədlər tədqiq edilib
Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, məktbuda deyilir:
"Zati-aliləri.
Azərbaycan Respublikasının Müstəqillik Gününün 107-ci ildönümü münasibətilə Sizə və Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırmaqdan şərəf duyuram. İndoneziya bu mühüm tarixi Azərbaycanla birgə qeyd edir və ölkənizin inkişafla bağlı əldə etdiyi nailiyyətləri, həmçinin regional və beynəlxalq sülhə töhfələrini yüksək qiymətləndirir.
İndoneziya və Azərbaycan qarşılıqlı hörmət, ortaq dəyərlər və konstruktiv dialoqa sadiqlik əsasında qurulan səmimi və inkişaf edən tərəfdaşlığa malikdir. Müxtəlif mədəni irslər və ümumi istəklərlə zənginləşən ölkələr kimi bir sıra sahələr üzrə əməkdaşlığımızı dərinləşdirmək və genişləndirmək üçün böyük potensial mövcuddur. Əminəm ki, ölkələrimiz arasında dostluq və həmrəylik gələcək illərdə də inkişaf edəcəkdir.
Sizə uğurlar və rifah, Azərbaycan xalqına isə davamlı sülh və firavanlıq arzu edirəm.
Zati-aliləri, xahiş edirəm, ən yüksək ehtiramımı qəbul edin".
İndoneziya Respublikasının Prezidenti Prabovo Subianto Prezidenti İlham Əli

Rusiya prezidenti Vladimir Putin ölkənin təhlükəsizliyi naminə zəruri add

"Bir səhnə vardı, rəhmətlik Şahmar Ələkbərovla çəkilirdik, "

Əsgərin ölməsi faktı üzrə cinayət işi başlanıb.

Türkiyənin Dənizli şəhərində evini kirayə mənzilə çevirib divardakı

2024-2025-ci tədris ilinin ikinci yarımilinin yekunlaşması ilə əlaqədar o

Bu ilin fevralında Azərbaycanda müəyyən olunaraq həbs edilmiş Gürcüstan

Regionlarda biznesə başlamaq və ya sahibkarlıq fəaliyyətini inkişaf etdir

Sosial şəbəkələrdə Füzuli rayonunda qadının kişiyə qarşı təhqiredi

"Qəbul imtahanlarının məzmunu müəyyən edilərkən istinad etdiyi met

Uzun müddətdir xərçəng müalicəsi alan tanınmış sənətçi İlhan Şeş

Fransa Prezidenti Emmanuel Makron və həyat yoldaşı Bricit Makronun Vyetnama

Ədliyyə Nazirliyinin Penitensiar Xidməti Prezident İlham Əliyevin mayın 25

25.05.2025-ci il tarixində saat 17:30 radələrində 2 nəfər (kişi cinsli) Y

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının təqdim etdiyi "
