Hava limanında nə baş verib? Bloqerə rəsmi cavab
Digərləri 22 May 2025 17:47:00 77 0
Dövlət Gömrük Komitəsi "iconmekh" kimi tanınan bloqer Mehin Oktaylının qurumla bağlı səsləndirdiyi ittihamlara münasibət bildirib.
Bu xəbəri də oxu: Əhalinin DİQQƏTİNƏ! Saat 10:00da...
Son.az xəbər verir ki, açıqlamada deyilir:
"Xanım bloqer instaqram sosial şəbəkəsindəki "iconmekh" adlı səhifəsində hava limanında xidmət aparan gömrük əməkdaşları tərəfindən onun anasına qarşı kobud davrandıqlarını, qeyri-qanuni hərəkətlərə yol verdiklərini iddia edərək gömrük orqanının və onun vəzifəli şəxslərinin ünvanına təhqir, şəxsiyyəti alçaldan, böhtan xarakterli məlumatlar yayımlayıb.
O, anasına məxsus çamadanın zorla əlindən alındığını, gömrük əməkdaşlarının qeyri-etik hərəkətlərə yol verdiklərini iddia edib. Məlumat dərhal araşdırılıb, iddiaların əsassız və həqiqətə uyğun olmadığı müəyyənləşdirilib.
Belə ki, cari ilin may ayının 17-də İstanbuldan Bakıya gələn bloqerin anası və onunla birlikdə gömrük zonasına daxil olan eyni reysin iki xanım sərnişini "Yaşıl kanal" buraxılış sistemi vasitəsilə gömrük zonasını tərk etmək istəyərkən gömrük əməkdaşları tərəfindən "Qırmızı kanal" buraxılış sisteminə yönləndiriliblər. Stasionar rentgen qurğusunda keçirilən gömrük baxışının nəticələrinə uyğun olaraq həmin şəxslərə məxsus çamadanlarda gömrük yoxlaması aparılıb. Yoxlama zamanı çamadanlarda şəxsi istifadədən artıq sayda malların mövcudluğu müəyyən edilib, vətəndaşlara həmin malların gömrük rəsmiləşdirilməsinə cəlb olunacağı bildirilib və bu məqsədlə gömrük nəzarətində altında saxlanılıb".
Komitənin araşdırma nəticələrinə görə, xanım bloqer gömrük əməkdaşlarının kobud davrandığını iddia etsə də araşdırma nəticəsində məlum olub ki, gömrük əməkdaşları nəzakətli qaydada davranıb, hətta çamadanın gömrük yoxlamasına təqdim edilməsinə yardım göstəriblər: "Qeyd olunan malların gömrük rəsmiləşdirilməsinə cəlb edilməsi barədə məlumat verildiyi zaman isə vətəndaşlar bununla razılaşmayıb, gömrük əməkdaşları ilə yüksək səs tonunda danışıb, onların qanuni fəaliyyətini yerinə yetirməsinə mane olmağa cəhd göstəriblər.
Daha sonra, 21 may tarixində bloqer və anası Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə dəvət olunub, onlara bu barədə ətraflı məlumat verilib. Dövlət Gömrük Komitəsi bir daha vətəndaşları gömrük sərhədini keçərkən diqqətli olmağa, gömrük qaydalarına, gömrük əməkdaşlarının qanuni tələblərinə əməl etməyə çağırır".
Qeyd edək ki, M.Oktaylı Dövlət Gömrük Komitəsinin fəaliyyətindən narazılıq edərək anasının içində sadəcə özünə, qızına və nəvəsinə aldığı geyimlərin olduğu çamadanının əlindən alındığını bildirib. Onun sözlərinə görə, prosedur zamanı işçilər kobud rəftar ediblər. Bloqer iddia edib ki, hadisədən 2 gün keçəndən sonra hava limanına getməyinə baxmayaraq, çamadan qaytarılmayıb.
ABŞ yaxın həftələrdə Prezident Donald Trampın təşəbbüsü ilə xarici

Müğənni Aysun İsmayılovanın keçmiş həyat yoldaşı, vəkil Ramil Vəliy

"Lion Centre" MMC ilə Bakı Baş Gömrük İdarəsi arasında qalmaqa

Oğuz Rayon İcra Hakimiyyəti başçısına yeni müavin təyin olunub.

Məşhur türkiyəli aktyor Kıvanç Tatlıtuğ uzun illərdir gizli mübarizə

Azərbaycanda ali təhsil sistemi ilə əmək bazarı arasında ciddi uyğunsuzl

"Yenidən seçilmək və ya yenidən namizəd olmaq fikrim yoxdur" .

Prezident İlham Əliyev "İstehlakçıların hüquqlarının müdafiəsi h

Prezident İlham Əliyev Azərbaycan Respublikasının İnzibati Xətalar Məcə

Prezident İlham Əliyev "Mediasiya haqqında" Qanunda dəyişiklik ed

İsrailin Azərbaycandakı Səfirliyində bayraq yarıya qədər endirilib.

Bu gün Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində t�

Bir neçə il bundan əvvələ qədər ölkəyə ancaq daxili yanma mühərrikli

İş yoldaşına qarşı dələduzluq etmiş Sumqayıt Texnologiyalar Parkının
