Mediasiya haqqında qanunda dəyişiklik edilib
Siyasət 22 May 2025 15:46:00 72 0
Prezident İlham Əliyev "Mediasiya haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanunu imzalayıb.
Trend xəbər verir ki, sənədə əsasən, din xadimləri, məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilmiş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş şəxslər, vəzifəsinin icrası ilə bağlı əvvəllər yol verdiyi kobud nöqsanlara və ya qulluqla bir araya sığmayan hərəkətlərə görə son 3 (üç) il (mediasiya prosesinin tətbiqi barədə müqavilənin bağlanıldığı tarixədək) ərzində xidməti uyğunsuzluğa və ya məhkəmənin hökmü ilə və ya intizam qaydasında hərbi rütbədən məhrum edildiyinə görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış hərbi qulluqçular, hüquq mühafizə orqanlarından xaric edilmiş, eləcə də intizam tənbehi qaydasında hakimlik səlahiyyətlərinə, dövlət qulluğuna (o cümlədən dövlət qulluğunun xüsusi növünə), vəkillik və notariat fəaliyyətinə xitam verilmiş şəxslər mediator ola bilməzlər.
Mediator fəaliyyəti ilə məşğul olmaq istəyən fiziki şəxslərin istifadəsində ən azı iki otaqdan ibarət Mediasiya Şurası tərəfindən müəyyən edilən tələblərə cavab verən ofisi olmalıdır.
Mediatorların ilkin hazırlığı üzrə təlimi bitirmiş şəxslərə verilən sertifikatın qüvvədə olma müddəti beş ildir.
Bu Qanunda göstərilmiş intizam məsuliyyəti tədbirlərindən hər hansı biri tətbiq olunmadan, mediatora şifahi və ya yazılı qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır.
Mediatorların və mediasiya təşkilatlarının fəaliyyətinin təkmilləşdirilməsi və mediasiya xidmətlərinin keyfiyyətinin artırılması məqsədilə tədbirlər görür.
Mediasiya prosesi bu Qanunun 22-ci maddəsində nəzərdə tutulmuş "mediasiya prosesinin tətbiqi barədə müqavilə" bağlanıldığı, bu Qanunun 28-ci və 29-cu maddələrində nəzərdə tutulmuş hallarda isə tərəflərin və ya onlardan birinin ilkin mediasiya sessiyasında iştirak etdiyi andan başlanmış sayılır.
Tərəflər arasında mediasiyaya dair qeyd-şərtdə mediatorun (mediasiya təşkilatının) adı müəyyən edildiyi halda tərəf mediasiyaya dair qeyd-şərtdə nəzərdə tutulmuş mediatora (mediasiya təşkilatına) müraciət edir. Tərəflər arasında mediasiyaya dair qeyd-şərtdə mediatorun adı və ya mediasiya təşkilatı göstərilməyibsə və tərəflər öz aralarında bir tərəfin müraciəti üzrə 7 (yeddi) gün ərzində mediator ya da mediasiya təşkilatı barədə razılığa gələ bilmirsə, mediasiya prosesi tərəflərdən hər hansı birinin ilkin müraciət etdiyi, mübahisənin aidiyyəti üzrə aid olduğu məhkəmə ilə eyni şəhər və ya rayonda yerləşən mediasiya təşkilatı, həmin şəhər və ya rayonda mediasiya təşkilatı olmadıqda isə Mediasiya Şurası tərəfindən həmin şəhər və ya rayon üzrə müəyyən edilən və həmin məhkəmənin yerləşdiyi inzibati ərazi vahidinə ən yaxın şəhər və ya rayonlardan birində yerləşən mediasiya təşkilatı tərəfindən aparılır.
Mediator (mediasiya təşkilatı) bu Qanunun 21.6-cı maddəsində nəzərdə tutulan hallarda bu Qanunun 22.1-ci (22.1.1-ci maddə istisna olmaqla) maddəsində nəzərdə tutulan məlumatları və mediasiya sessiyasının keçirilmə tarixi, vaxtı və yerini əks etdirən mediasiya sessiyası barədə bildirişi tərəflərə təqdim etməsindən sonra tərəflər və ya onlardan biri mediasiya sessiyasında iştirak etmədikdə və ya iştirak etməkdən yazılı şəkildə imtina etdikdə mediasiya prosesinə bu Qanunun 32.1.3-cü maddəsinə əsasən avtomatik xitam verilir. Tərəflər arasında başqa qayda müəyyən edilmədiyi halda, bildiriş tərəflərə mediasiya sessiyasının keçirilmə tarixindən azı 5 (beş) gün əvvəl təqdim edilməlidir.
Ailə münasibətlərindən irəli gələn mübahisələr üzrə mediasiya prosesini aparmaq üçün mediatorlar bu Qanunun 26.6-cı maddəsində nəzərdə tutulmuş təlimdən keçmələri barədə müvafiq sertifikata malik olmalıdırlar.
Əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə mediasiya prosesini aparmaq üçün mediatorlar bu Qanunun 27.2-ci maddəsində nəzərdə tutulmuş təlimdən keçmələri barədə müvafiq sertifikata malik olmalıdırlar.
Tərəflər mediasiya sessiyasında iştirak etmək üçün birlikdə müraciət etdikdə ilkin mediasiya sessiyasının keçirilməsi tələb olunmur.
Mediasiya təşkilatı mediatoru 3 (üç) iş günü ərzində təyin edir.
Mediasiya prosesinə xitam verildikdən sonra mediator tərəflərə çəkilmiş xərclər barədə hesabat verir və bu Qanunun 28-ci maddəsində nəzərdə tutulmuş ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə ödənilən xərclər istisna olmaqla xərclənməmiş qalıq məbləği onlara qaytarır.
İsrailin Azərbaycandakı Səfirliyində bayraq yarıya qədər endirilib.

Bu gün Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində t�

Bir neçə il bundan əvvələ qədər ölkəyə ancaq daxili yanma mühərrikli

İş yoldaşına qarşı dələduzluq etmiş Sumqayıt Texnologiyalar Parkının

Cari ilin 20 may tarixində Müstəqillik Günü münasibətilə Albaniyanın pa

Azərbaycanın dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə g

Azərbaycanda ətraf mühitin və təbii sərvətlərin qorunmasında xidmətlə

Səhiyyə Nazirliyi Aparatının işçilərinin sayı artırılıb.

"Kurtlar Vadisi" serialındakı Elif rolu ilk olaraq Tuba Ünsala tək

Xəbər verdiyimiz kimi, Bakı şəhəri Yasamal rayonu 158 nömrəli tam orta m

Siçanların insanlar üçün ölümcül təhlükə yarada biləcək bakteriyala

Dövlət İmtahan Mərkəzi tərəfindən mayın 25-də II və III ixtisas qrupl

Ukrayna hüquq-mühafizə orqanları əcnəbilərin saxta nikahlar vasitəsilə

Bakıda sürücüyə yazılan cərimə narazılıq doğurub.
