Diplom var, iş yox... Universitetlər niyə əmək bazarına uyğun kadr yetişdirmir?
Digərləri 22 May 2025 16:09:00 67 0
Azərbaycanda ali təhsil sistemi ilə əmək bazarı arasında ciddi uyğunsuzluq mövcuddur. Əmək bazarında ən çox iş tapan məzunların statistikası bir daha göstərir ki, ölkədə yüzlərlə ixtisasın tədris olunmasına baxmayaraq real sektor cəmi bir neçə istiqamətə tələbat göstərir.
Bu xəbəri də oxu: Qurban bayramının namaz vaxtı açıqlandı
Son.az xəbər verir ki, rəqəmlərə görə, 2024-cü ildə işə düzələn məzunlar əsasən iqtisadiyyat (2,554 nəfər), maliyyə (1,806), mühasibat uçotu (1,746), menecment (1,574), sənayenin təşkili (1,515), biznesin idarə olunması (1,331), dünya iqtisadiyyatı (1,315), Azərbaycan dili və ədəbiyyatı müəllimliyi (1,096), bədən tərbiyəsi (1,044) və hüquqşünaslıq (868) ixtisasları üzrə təhsil alanlar olub. Halbuki ölkə universitetlərində 150-dən artıq ixtisas mövcuddur.
Bu isə belə suallar doğurur: Qalan ixtisaslar kimə və nəyə lazımdır? Bu ixtisasları bitirən minlərlə gənc hara gedir?
Məsələ ilə bağlı təhsil eksperti Kamran Əsədov bildirib ki, bir çox universitetlər qəbul planlarını əmək bazarının ehtiyaclarına əsasən deyil, sadəcə öz resurslarını və büdcə gəlirlərini artırmaq məqsədilə tərtib edir. Nəticədə universitetlər real sektorun ehtiyac duymadığı ixtisaslar üzrə kütləvi qəbul aparır, bu isə "diplomlu işsizlər ordusu"nun daha da böyüməsinə səbəb olur:
"Ali məktəblərin böyük əksəriyyəti işəgötürənlərlə əməkdaşlıq etmir, təcrübəyə əsaslanan proqramlar hazırlamır, tələbələrə əzbər və texnologiyadan uzaq təhsil verir. Təhsilin məqsədi imtahan keçmək, diplom almaq olur, amma bu diplomlar əmək bazarında demək olar ki, heç bir dəyərə malik deyil.
Universitetlər özlərini xidmət strukturu yox, kommersiya obyektinə çeviriblər. Tələbələr isə bu sistemdə gələcəyin peşəkarı yox, bu günün maliyyə mənbəyi kimi görünür. Beləliklə, ali təhsil müəssisələri tələbə sayını süni şəkildə artıraraq büdcədən dotasiya almağa və statistik göstəriciləri şişirtməyə çalışır.
Bu yanaşma yalnız təhsil sistemini deyil, ümumilikdə cəmiyyətin gələcəyini təhlükə altına atır. Universitetlərin əsas funksiyası cəmiyyətə bacarıqlı və rəqabətədavamlı kadrlar yetişdirməkdirsə, hazırkı sistem bu funksiyanı yerinə yetirmir. Bir çox fakültə və kafedra "diplom fabriki"nə çevrilib, elmi baza və sənaye ilə əməkdaşlıq isə yox dərəcəsindədir".
"Yenidən seçilmək və ya yenidən namizəd olmaq fikrim yoxdur" .

Prezident İlham Əliyev "İstehlakçıların hüquqlarının müdafiəsi h

Prezident İlham Əliyev Azərbaycan Respublikasının İnzibati Xətalar Məcə

Prezident İlham Əliyev "Mediasiya haqqında" Qanunda dəyişiklik ed

İsrailin Azərbaycandakı Səfirliyində bayraq yarıya qədər endirilib.

Bu gün Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində t�

Bir neçə il bundan əvvələ qədər ölkəyə ancaq daxili yanma mühərrikli

İş yoldaşına qarşı dələduzluq etmiş Sumqayıt Texnologiyalar Parkının

Cari ilin 20 may tarixində Müstəqillik Günü münasibətilə Albaniyanın pa

Azərbaycanın dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə g

Azərbaycanda ətraf mühitin və təbii sərvətlərin qorunmasında xidmətlə

Səhiyyə Nazirliyi Aparatının işçilərinin sayı artırılıb.

"Kurtlar Vadisi" serialındakı Elif rolu ilk olaraq Tuba Ünsala tək

Xəbər verdiyimiz kimi, Bakı şəhəri Yasamal rayonu 158 nömrəli tam orta m
