Digərləri
2025-07-09 08:56:00
Türkiyənin Muğla vilayətinin Datça bölgəsində 5 bal gücündə zəlzələ olub.
2025-07-09 06:06:00
GLP-1 tipli dərmanlar ( bədəndəki GLP-1 hormonunun funksiyasını təqlid edən, əsasən diabet və arıqlama müalicəsində istifadə olunan dərmanlardır), xüsusilə də Ozempic, arıqlama sahəsində inqilabi irəliləyişlərə səbəb olsa da, bəzi istifadəçilərdə ciddi yan təsirlər ortaya çıxır. Bunlara diş çürüməsi, üz və ağız sarkması, çanaq nahiyəsində sallanma və saç tökülməsi kimi xoşagəlməz problemlər daxildir. Daha geniş yayılmış yan təsirlər isə mədə-bağırsaq narahatlıqlarıdır ki, bunlar da istifadəçilər üçün çox vaxt narahatlıq yaradır.
2025-07-09 04:04:00
"Indiegogo" platformasında uçuş zamanı ağcaqanadları izləyə və məhv etməyə qadir olan "Photon Matrix" lazer sistemi üçün vəsaitlərin toplanması kampaniyasına start verilib.
2025-07-09 02:02:00
Tanzaniyanın şimalında yerləşən Natron gölü - planetin ən sirli və ölümcül göllərindən biri hesab olunur. Onun suyu ammiak qədər yandırıcıdır, pH səviyyəsi isə 10.5-ə çatır. Bu ekstremal şəraitə görə gölün sahillərində ölən heyvanlar kalsiumla örtülərək sanki daşlaşırlar.
2025-07-09 00:36:00
Yay fəslinin gəlişi ilə birlikdə insanların günəş altında qaşınma problemi artıb.
2025-07-09 00:24:00
"ChatGPT"nin 10 ildən artıq davam edən izaholunmaz sağlamlıq probleminin əsas səbəbini müəyyən etdiyi ortaya çıxıb. Bir çox həkim, mütəxəssis və nevroloq tərəfindən dəqiq diaqnoz qoyula bilməyən simptomlar süni intellektin sayəsində izah olunub.
2025-07-09 00:01:00
Son.az 9 iyul üçün günün ulduz falını təqdim edir:
2025-07-08 23:55:00
Milli Məclisin "Qaz Təchizatı Haqqında" yeni qanun layihəsi cəmiyyətdə geniş müzakirələrə səbəb olub. Layihəyə əsasən, qaz istehlakından asılı olmayaraq, hər bir istehlakçıya müəyyən edilən aylıq ödəniş "sabit tarif" olaraq qəbul ediləcək. Bildirilir ki, bu, qaz istehlakından asılı olmayan sabit xərclərin qarşılanması məqsədini güdür. Lakin qeyd edilən istiqamətdə bəzi məqamlar hələ də aydın deyil.
2025-07-08 23:32:00
"Apple" 2027-ci ilin ikinci rübündə foto və video çəkməyə və musiqi dinləməyə imkan verəcək ilk smart eynək modelini kütləvi istehsala keçirməyə hazırlaşır.
2025-07-08 23:20:00
Fərdi minik avtomobilləri ilə işğaldan azad edilmiş müvafiq rayonlara səfərlər üçün "Yolumuz Qarabağa" (www.yolumuzqarabaga.az) portalından əldə olunan icazənin müddəti 5 günədək artırılıb.
2025-07-08 23:07:00
İmişli rayonunun Yalavac kənd sakini, 33 yaşlı Şəbnəm Kərimovanın Sabirabad Rayon Mərkəzi Xəstəxanasının nəzdində olan Perinatal Mərkəzdə doğuş zamanı ölməsinin təfərrüatı məlum olub.
2025-07-08 22:00:00
Son illər gənclər arasında rəsmi nikah olmadan birlikdə yaşamaq halları artıb. Bu isə həm hüquqi, həm sosial baxımdan suallara səbəbdir.
2025-07-08 21:45:00
Yaponiyanın "Nissan" şirkəti mühərrik problemləri səbəbindən 480 min avtomobili geri çağıracaq.
2025-07-08 21:30:00
Ağstafa rayonunun Qırılı kəndində bir ailənin faciəli taleyi bütün kəndi dərindən sarsıdıb. Belə ki, eyni ailədən bir il ərzində 5 nəfərin ölməsi özü-özlüyündə təəssüf doğursa da, onların ölüm tarixinin hər ayın 8-i olması bu faciəni daha da hüznlü edib.
2025-07-08 21:15:00
Hər il yay mövsümündə istirahət üçün su hövzələrinə üz tutanlar bəzən bədbəxt hadisələrlə üzləşirlər. Belə hadisələrin böyük əksəriyyəti bölgələrdə baş verir. Bəzən uşaqlar, yeniyetmələr təhlükənin ciddiyyətinin fərqinə varmırlar və bu, sonda bir ailənin faciəsinə çevrilir.
2025-07-08 21:00:00
Son.az "Teen Vogue"a istinadla xəbər verir ki, bu həftənin ən böyük iki planet keçidi bizi dəyişməyə və düşüncə tərzimizi, həyatımızı yeniləməyə təşviq edir. İnqilabi planet Uran iyulun 7-də Əkizlər bürcünə keçir və bu, bizim ünsiyyətimizi daha sərbəst və əyləncəli edəcək. Özümüzü ifadə etməyə daha çox meylli olacağıq, amma narahatlıqlar yaratmamaq üçün özümüzə sərhədlər qoymalıyıq. İyulun 10-da Oğlaq bürcündə olacaq dolunay isə bizi məqsədlərimizə ciddi yanaşmağa və özümüzü idarə etməyə sövq edəcək.
2025-07-08 20:48:00
Çin avtomobil istehsalçısı BYD Avropanın elektrikli avtomobil (EV) bazarında sürətlə irəliləyir və bu, Avropa avtomobil sənayesinin gələcəyi barədə suallar yaradır. 2025-ci ilin aprel ayında BYD ilk dəfə Avropada Tesla-nı keçərək 7,231 avtomobil satıb. Bu rəqəm Tesla-nın 7,165 ədəd satışından çoxdur, JATO Dynamics şirkətinin məlumatına əsasən.
2025-07-08 20:22:00
Qarındakı piyləri 1 aya azaltmağa kömək edə biləcək 9 faydalı vərdiş müəyyən edilib.
2025-07-08 20:12:00
2025-ci il iyulun 8-də, saat təxminən 16:00 radələrində Ermənistan Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin poliqonunda keçirilən təlim zamanı minaatan mərmisinin partlaması baş verib.
2025-07-08 19:58:00
ABŞ-də alimlər zeytun yağının xərçəngə qarşı gözlənilməz təsirini üzə çıxarıblar.
2025-07-08 19:34:00
Yay mövsümündə avtomobillərin yolda qalma halları artır. Mütəxəssislər bu vəziyyəti əsasən havaların isinməsi ilə əlaqələndirirlər.
2025-07-08 19:22:00
Yay aylarında sərinlədici dondurmaya tələbat artır. Artıq bu ləzzətli deserti ev şəraitində də sadə üsulla hazırlamaq mümkündür.
2025-07-08 18:58:00
Son günlər müşahidə olunan sərin hava şəraiti çimərlik biznesini çökdürüb. Sahibkarların sözlərinə görə, maddi baxımdan xeyli ziyan ediblər:
2025-07-08 18:46:00
Tovuz rayonunda kartofçuluq ənənəvi sahələrdən biridir və rayonun iqtisadi potensialının əsas hissəsini təşkil edir. Hər il olduğu kimi bu il də rayonda kartofçuluğun inkişaf etdirilməsi istiqamətində nümunəvi işlər görülür, fermerlər bu sahəyə önəm verir, kartofçuluğu daha da inkişaf etdirirlər.
2025-07-08 18:33:00
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesi iyulun 8-də davam etdirilib.
2025-07-08 18:22:00
Yay fəslinin çoxdan daxil olmasına baxmayaraq, bir neçə gündür ölkə ərazisində mövsümə uyğun olmayan sərin, küləkli hava şəraiti müşahidə olunur.
2025-07-08 17:57:00
Sabah saat 10:00-dan Sabirabad rayonunun 6 kəndinin təbii qaz təchizatı dayandırılacaq.
2025-07-08 17:44:00
Məhərrəmlik ayının gəlişi ilə ziyarətgahlara axın başlayıb. Ziyarətgahlarda bəzi adətlər isə mübahisələrə səbəb olub.
2025-07-08 17:18:00
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunda yeni təyinat olub.
2025-07-08 17:08:00
Türkiyədə CHP-nin İstanbul üzrə sədri Özgür Çelik haqqında həbs qərarı verilib.
2025-07-08 16:48:00
Türkiyənin Bursa şəhərinin Osmanqazi rayonunda 14 yaşlı yeniyetmənin bıçaqlı hücumu nəticəsində dörd nəfər xəsarət alıb.