Sabiq icra başçısının oğlu Rumıniyada 40 lüks villa ALDI


Digərləri 03 Fev 2026 11:59:00 73 0

Sabiq icra başçısının oğlu Rumıniyada 40 lüks villa ALDI

Azərbaycanlı biznesmen Ümid Abuzərli Rumıniyada 40 villadan ibarət iri daşınmaz əmlak kompleksini alıb.

Son.az xəbər verir ki, bu barədə jurnalist Elçin Alıoğlu qeyd edib.

"29 yanvarda Rumıniyanın "Profit.ro" portalının məlumatına görə, layihə Salyan rayonunun keçmiş icra baş başçısı Tahir Kərimovun oğlu Ümid Abuzərli tərəfindən yaradılmış şirkət vasitəsilə həyata keçirilib (Tahir Kərimov 2016-cı ildə vəzifəsindən azad edilmişdi).

Abuzərlinin yaratdığı "Memaar Capital" şirkəti Rumıniyanın Pipera şəhərində yerləşən və əvvəllər iş adamı Corce Bekalinin ailəsinə məxsus olan 40 villalı yaşayış kompleksini, həmçinin yerli milyonçu İoan Peykanın qızına məxsus digər daşınmaz əmlak layihəsini satın alıb.

Tahir Kərimov 2015-ci ildə baş vermiş qalmaqaldan sonra geniş tanınmışdı - sosial şəbəkələrdə yayılan fotolarda o, Salyanda keçirilən bir tədbirdə "Roma imperatoru"na bənzər şəkildə, çiçək çələnglərindən ibarət tağın altından keçirdi və həmin çələngləri yerli məktəblilər tuturdu.

Onun oğlu Ümid Abuzərli sonradan soyadını dəyişərək babasının adını götürüb. Qardaşı Xəmsə Kərimov isə 2007-2024-cü illər arasında "SOCAR Petroleum SA" şirkətinə rəhbərlik edib. Maraqlıdır ki, o, bu vəzifəyə təyin olunanda cəmi 23 yaşı var idi.

"Memaar Capital" Rumıniya bazarında bir neçə ildir fəaliyyət göstərir. Şirkət 2022-ci ildə başqa adla təsis olunub, daha sonra adını dəyişib. Bu gün şirkət üç yaşayış kompleksində 86-dan çox evə sahib olduğunu və daşınmaz əmlak sahəsində uzunillik təcrübəyə malik olduğunu bəyan edir.

Yeni layihə "Harmony Homes" adlandırılıb. Burada hər biri təxminən 134 kvadratmetr sahəsi olan iki mərtəbəli 40 villa yerləşir. Kompleksin ilk mərhələsi "Alexander Residence" adı ilə əvvəlki sahiblər tərəfindən 2021-ci ildə satışa çıxarılmışdı, ikinci mərhələ isə tamamilə "Memaar Capital" şirkətinin nəzarətinə keçib", - məlumatda qeyd olunub.

Son.az 

Tanınmış aktyor döyüşdə həlak oldu like
  • 03 Fev 11:44  
Şou-biznes Tanınmış aktyor döyüşdə həlak oldu

Rusiyalı teatr və kino aktyoru Nikolay Tkaçenko Ukraynada aparılan hərbi �

arrow Ətraflı
Xüsusi icra məmurunun vahid geyim forması təsdiqləndi like
  • 03 Fev 11:25  
Digərləri Xüsusi icra məmurunun vahid geyim forması təsdiqləndi

Xüsusi icra məmurunun vahid geyim formasının və nişanının, habelə xüsu

arrow Ətraflı
Sabunuçuda ağacları yandırıb ev tikirlər like
  • 03 Fev 11:24  
Digərləri Sabunuçuda ağacları yandırıb ev tikirlər

Sabunuçu rayonu Ə.Bağırov küçəsində qanunsuz tikinti aparılır.

arrow Ətraflı
Tanınmış futbolçu qıza görə bıçaqlanıbmış like
  • 03 Fev 11:14  
Digərləri Tanınmış futbolçu qıza görə bıçaqlanıbmış

Xəbər verdiyimiz kimi, "Kəpəz"in futbolçusu Veysəl Rzayev Gənc

arrow Ətraflı
İlk dəfə eşidənlər üçün: Epşteyn kimdir? like
  • 03 Fev 11:10  
Dünya İlk dəfə eşidənlər üçün: Epşteyn kimdir?

Yetkinlik yaşına çatmayan qızları hədəf alan cinsi istismar və insan alv

arrow Ətraflı
Gəlin ərəbcə mahnı oxudu  Gündəm oldu like
  • 03 Fev 10:58  
Digərləri Gəlin ərəbcə mahnı oxudu Gündəm oldu

Bakıda baş tutan toy mərasimlərindən birində qeyri-adi və maraq doğuran

arrow Ətraflı
Bakıda 51 yaşlı kişi metro qarşısında bıçaqlandı like
  • 03 Fev 10:26  
Digərləri Bakıda 51 yaşlı kişi metro qarşısında bıçaqlandı

Bakıda 51 yaşlı kişi küçədə bıçaqlanıb.

arrow Ətraflı
Prezident İlham Əliyevin ƏbuDabidə Müsəlman Ağsaqqalları Şurasının baş katibi ilə görüşü olub like
  • 03 Fev 10:21  
Siyasət Prezident İlham Əliyevin ƏbuDabidə Müsəlman Ağsaqqalları Şurasının baş katibi ilə görüşü olub

Fevralın 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Əbu-D

arrow Ətraflı
Göyçayda obyektdə YANĞIN like
  • 03 Fev 10:20  
Digərləri Göyçayda obyektdə YANĞIN

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Göyç

arrow Ətraflı
Azərbaycanda telefonlar bahalaşacaq  1520 faiz like
  • 03 Fev 10:15  
Digərləri Azərbaycanda telefonlar bahalaşacaq 1520 faiz

Azərbaycanda fiziki şəxslərin şəxsi istifadə üçün ölkəyə rüsumsuz

arrow Ətraflı
Cənazə aparılarkən pilləkən çökdü: Köhnə binada təhlükəli vəziyyət like
  • 03 Fev 10:05  
Digərləri Cənazə aparılarkən pilləkən çökdü: Köhnə binada təhlükəli vəziyyət

Bina köhnə, pilləkənlər yarasız... Hətta, cənazə aparılarkən pilləka

arrow Ətraflı
İllər öncə Natavan Aygün Kazımovaya belə QALİB GƏLMİŞDİ like
  • 03 Fev 10:00  
Şou-biznes İllər öncə Natavan Aygün Kazımovaya belə QALİB GƏLMİŞDİ

İllər əvvəl ATV-də yayımlanan və müğənnilər arasında amansız rəqab

arrow Ətraflı
Gəncədə gənc öldürüldü: Cinayət işi açıldı like
  • 03 Fev 09:54  
Digərləri Gəncədə gənc öldürüldü: Cinayət işi açıldı

Qəsdən adam öldürmə faktı ilə bağlı cinayət işi başlanıb.

arrow Ətraflı