Nazir yeni təyin olunmuş məktəb direktorları ilə görüşdü
Digərləri 04 Mar 2026 10:20:00 198 0
Elm və təhsil naziri Emin Əmrullayev Bakı, Gəncə, Sumqayıt şəhərlərində və müxtəlif bölgələrdə yerləşən ümumi təhsil müəssisələrinə yeni təyin olunmuş direktorlarla görüşüb.
Son.az xəbər verir ki, nazir əvvəlcə məktəb rəhbərlərini yeni vəzifəyə təyin olunmaları münasibətilə təbrik edərək onlara fəaliyyətlərində uğurlar arzulayıb. Emin Əmrullayev bildirib ki, Elm və Təhsil Nazirliyi tərəfindən müəyyən edilmiş qaydalara əsasən direktorların müsabiqə yolu ilə seçilməsində məqsəd məktəblərdə peşəkar və effektiv idarəetmənin təmin edilməsidir.
Elm və təhsil naziri direktorların məktəbin inkişafına cavabdeh əsas idarəedici şəxslər olduğunu, strateji idarəetmə prinsipləri əsasında fəaliyyət göstərmələrinin vacibliyini vurğulayıb. Məktəb və müəllimin cəmiyyətdəki nüfuzunun artırılmasının əhəmiyyətinə toxunan Emin Əmrullayev, eyni zamanda ümumi təhsilin qarşısında duran müasir çağırışları nəzərə çatdırıb. Məktəblərdə pedaqoji prosesin düzgün təşkilinin, nizam-intizam qaydalarına əməl olunmasının mühümlüyünə diqqət çəkən nazir ümumi təhsil müəssisələri rəhbərlərinin üzərinə düşən vəzifələri, bu baxımdan diqqət yetirilməsi vacib olan məqamları, sağlam tədris mühitinin formalaşdırılması və idarəetmə işinin təkmilləşdirilməsinə yönələn tədbirləri qeyd edib. Nazir bildirib ki, direktorun əsas fəaliyyətləri sırasında tədrisin keyfiyyətinin yüksəldilməsi yer almalıdır. Təlim-tədris prosesinə sistemli nəzarət mexanizmi qurulmalı, dərslərin keyfiyyəti izlənilməli, dərs dinləmələri keçirilməli, öyrənmə prosesi düzgün təşkil edilməli və metodik işin yaxşılaşdırılması diqqətdə saxlanılmalıdır. Daha sonra elm və təhsil naziri məktəb rəhbərlərinin müəllimlər, şagirdlər və valideynlərlə müntəzəm kommunikasiya qurmasının əhəmiyyətini və qarşılıqlı etimada əsaslanan mühitin formalaşdırılması istiqamətində işlərin aparılmasının vacibliyini qeyd edib. Görüş məktəb direktorları ilə qarşılıqlı fikir mübadiləsi və interaktiv müzakirə şəraitində davam etdirilib və səsləndirilən məsələlərin həlli yolları müzakirə edilib, həmçinin məktəb rəhbərlərinə gələcək fəaliyyət istiqamətləri ilə bağlı müvafiq tapşırıq və tövsiyələr verilib.
Son.az
Meyxanaçı Samirə Yusifqızı adının efir qadağası qoyulan müğənnilər
Martın 3-ü axşamı və gecə İranın bir çox şəhərlərində ABŞ-İsrail
Gəncə şəhəri, Natavan-2 qəsəbəsində ağır yol-nəqliyyat hadisəsibaş
"İnci Taneleri"nin məşhur "Dilber" obrazına həyat verə
Son.az "Baku Network"da dərc olunmuş məqaləni təqdim edir:
ABŞ və İsrail arasında İranla bağlı gərginliyin kulminasiya nöqtəsinə
Son vaxtlar qonşu ölkələrdə dələduzların yeni üsulu park edilmiş avtom
Norveçdə gəzərkən evlərin pəncərələrində pərdə olmadığını görs
Alimlər Sakit okeanın dərinliklərində heyranedici bir kəşfə imza atıbla
Avropa miqyasında bir fincan qəhvənin qiyməti şəhərdən şəhərə böyü
NASA-nın "Curiosity" marsoxodu "Mount Sharp" dağının ət
Ramazanda uzunmüddətli aclıqdan sonra iftar zamanı düzgün qidalanma sağla
Elm dünyası bağırsaqların bədənin geri qalanı ilə necə qarşılıqlı
İranın Ekspertlər Məclisi İnqilab Keşikçiləri Korpusunun (SEPAH) ağır
"Həm sahurda, həm də iftarda yüksək yağlı qızardılmış qidalardan
