Qəhvənin ən ucuz olduğu Avropa şəhəri
Digərləri 04 Mar 2026 07:07:00 202 0
Avropa miqyasında bir fincan qəhvənin qiyməti şəhərdən şəhərə böyük fərqlilik göstərir. Madriddə 2-3 avroya içilən qəhvə, Budapeşt və Paris kimi turistik mərkəzlərdə 10-12 avroya qədər yüksələ bilir.
Son.az xəbər verir ki, milyonlarla avropalı üçün qəhvə gündəlik bir rutindir. Ancaq bu vərdişin maliyyəti yaşadığınız şəhərə görə ciddi şəkildə dəyişir. Xüsusilə turistik bölgələrdə qiymətlər bir neçə qat artarkən, İspaniya nisbətən münasib qiymətli ölkələr arasında yer almağa davam edir.
Madriddə bir qəhvə adətən 2-3 avro arasında dəyişdiyi halda, turistik bölgələrdə bu qiymət 4-5 avroya çıxa bilir. Roma və Lissabonda da bənzər bir mənzərə var. Afinada isə orta hesabla 2,5-3,5 avro səviyyələri müşahidə olunur.
İspaniya, güclü kafe mədəniyyəti və məhəllə barları sayəsində Qərbi Avropanın ən uyğun qiymətli qəhvə istiqamətlərindən biri olaraq qalır. Xüsusilə turistik mərkəzlər xaricindəki bölgələrdə 2 avrodan daha ucu qəhvə tapmaq hələ də mümkündür.
Londonda qəhvə qiymətləri 4,5-5,5 avro aralığındadır. Parisdə 3-5 avro səviyyəsindəki qiymətlər turistik nöqtələrdə 12 avroya qədər çıxa bilir. Amsterdam və Vyanada qiymət 4-5 avrodur.
Skandinaviya ölkələri isə zirvədədir. Kopenhagendə 6-7 avro, Sürixdə 6-8 avro. Turistik kafelərdə bu rəqəmlər 11-12 avroya qədər qalxır. Mərkəzi Avropa da artıq ucuz deyil. Budapeştdə bəzi turistik kafelərdə qəhvə qiyməti 10-11 avroya qədər qalxıb. Praqa və Varşavada mərkəzi bölgələrdə 3-4 avro aralığı standart halına gəlib.
Artımın arxasında qlobal səbəblər var. İqlim dəyişikliyi, məhsul dalğalanmaları və təchizat zənciri problemləri qəhvə dənəsi qiymətlərini yüksəldib. Buna əlavə olaraq enerji maliyyətləri, kirayə artımları və yüksələn maaşlar müəssisələr üzərində təzyiq yaradır. Avropa İttifaqının rəsmi statistika ofisi "Eurostat"ın məlumatları Avropa boyu qida və içki inflyasiyasının diqqətçəkən şəkildə artdığını göstərir. Böyük şəhərlərdəki yüksək fəaliyyət xərcləri qiymətlərə birbaşa əks olunur.
Lalə Qüdrətova Son.az
NASA-nın "Curiosity" marsoxodu "Mount Sharp" dağının ət
Ramazanda uzunmüddətli aclıqdan sonra iftar zamanı düzgün qidalanma sağla
Elm dünyası bağırsaqların bədənin geri qalanı ilə necə qarşılıqlı
İranın Ekspertlər Məclisi İnqilab Keşikçiləri Korpusunun (SEPAH) ağır
"Həm sahurda, həm də iftarda yüksək yağlı qızardılmış qidalardan
Martın 3-də, axşam saatlarında paytaxtın Sabunçu rayonu ərazisində qətl
Kanal D-nin reytinqli layihəsi olan 'Eşref Rüya'nın aktyor heyəti g
Ukrayna lideri Volodimir Zelenski İranın onilliklər boyu bölgədə sabitliy
İrana qarşı hərbi əməliyyatların qlobal bazarlara təsirini şərh edən
Son.az bu günün qoroskopunu təqdim edir.
Xalq artisti Flora Kərimova Əməkdar artist Ruhəngzi Musəvi ilə bağlı aç
İsrail Ordusu İranın paytaxtı Tehranın yaxınlığında yerləşən məxfi
ABŞ Prezidenti Donald Tramp Almaniya Kansleri Fridrix Mers ilə görüşündə
Yaxın Şərqdə hərbi gərginliyin pik həddə çatması ilə əlaqədar ABŞ-
