Bahalı kosmetikaya ehtiyac yoxdur – Hər səhər limon və zeytun yağı için
Digərləri 25 Fev 2026 02:02:00 312 0
Son illər təbii üsullara maraq artdıqca, dəriyə qulluq üçün ev şəraitində hazırlanan içkilər də populyarlaşıb. Sosial şəbəkələrdə və sağlamlıq platformalarında ən çox müzakirə olunan vasitələrdən biri isə limon suyu ilə zeytun yağının birgə istifadəsidir.
Son.az xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, bu iki məhsul antioksidantlarla zəngindir və orqanizmə müəyyən faydalar verə bilər. Xüsusilə C vitamini ilə zəngin olan limon kollagen sintezində rol oynayır. Kollagen isə dərinin elastikliyini qoruyan əsas zülaldır və yaş artdıqca azalır.
Zeytun yağı isə tərkibindəki E vitamini və faydalı yağ turşuları sayəsində hüceyrələri sərbəst radikalların təsirindən qorumağa kömək edə bilər. Bu xüsusiyyətlər dərinin nəm balansının saxlanmasına və daha parlaq görünməsinə dəstək verə bilər.
Bəzi mənbələr səhər acqarına bir çay qaşığı zeytun yağına bir neçə damcı limon suyu əlavə edilərək qəbul edilməsinin həm həzm sisteminə, həm də dəriyə müsbət təsir göstərə biləcəyini bildirir. Bu üsulun müntəzəm tətbiq edildikdə ümumi sağlamlığa dəstək verə biləcəyi qeyd olunur.
Mütəxəssislər bildirirlər ki, C vitamini kollagen istehsalını stimullaşdıra bilər, zeytun yağı isə nəmləndirici xüsusiyyətə malikdir. Lakin "dərini 10 il cavanlaşdırır" kimi iddiaların elmi əsaslarının məhdud olduğu vurğulanır. Dərinin görünüşü genetika, həyat tərzi, qidalanma və günəşdən qorunma kimi bir çox faktordan asılıdır.
Fidan Son.az
Türkiyənin Rizə bölgəsinin Çamlıhemşin rayonunda yerləşən Kavrun yayl
Ramazan ayında uzunmüddətli oruc və susuz qalmaq bədənin enerji, maye və
ABŞ Böyük Britaniyadan İsrail hava bazasına 10-dan çox F-22 çoxməqsədli
Fevralın 25-də Naxçıvan Regional Enerji Təchizatı və Satışı İdarəsi
Hollivud ulduzu Tom Henks karyerasında ilk dəfə ABŞ Prezidentini canlandırm
Aparıcılar Tarix Əliyevlə Elgiz Əkbərin verilişinin yayımı dayandırıl
Qulağının yarısı kəsilib, üzü iflic olub, kəllə beyin travması alıb,
Novruz bayramı ilə əlaqədar mart ayı üzrə pensiyalar vaxtından əvvəl �
Son.az bu günün qoroskopunu təqdim edir.
İngiltərənin Derbişir bölgəsində yaşayan mühəndis və yutuber Deyv Bil
Çinin pilotsuz uçuş aparatları (dron) nəhəngi DJI tərəfindən istehsal o
Aleksey Arxipoviç Leonov vəfat etdikdən cəmi bir neçə gün sonra qohumlar�
Ağdam şəhərində Su Çərşənbəsi münasibətilə bayram tonqalı qalanıb
Ev şəraitində müalicə alıram, tibb bacısı da yanımda olur. Dərmanlar,
Fevralın 24-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayr
