Ramazan ayında sağlam qidalanma necə olmalıdır?
Digərləri 25 Fev 2026 01:01:00 313 0
Ramazan ayında uzunmüddətli oruc və susuz qalmaq bədənin enerji, maye və mineral balansına müvəqqəti təsir göstərə bilər.
Son.az xəbər verir ki, qidalanma üzrə mütəxəssislər bildirirlər ki, düzgün planlaşdırılmış sahur və iftar menyusu ilə bu dövrü daha rahat və sağlam keçirmək mümkündür.
Həkimlərin sözlərinə görə, yemək sayının azalması və yuxu rejiminin dəyişməsi gün ərzində halsızlıq, baş ağrısı və diqqət azalmasına səbəb ola bilər. Buna görə də Ramazan boyunca balanslı və şüurlu qidalanma əsas şərtlərdən biridir.
Mütəxəssislər sahuru buraxmağın oruc müddətini daha da ağırlaşdırdığını və gün ərzində yorğunluq riskini artırdığını vurğulayırlar. Sahur zamanı:
Zülalla zəngin qidalar (yumurta, qatıq, pendir, paxlalılar) , lifli məhsullar (tam taxıllar, yulaf, kəpəkli çörək), təzə tərəvəz və göyərti seçilməsi tövsiyə olunur. Bu qidalar daha uzun müddət toxluq hissi yaradır və enerji səviyyəsinin stabil qalmasına kömək edir.
İftar zamanı uzunmüddətli aclıqdan sonra həddindən artıq yağlı və şəkərli qidalara üstünlük vermək həzm problemlərinə səbəb ola bilər.
Orucu yüngül və balanslı qidalarla açmağı,
Qızardılmış və çox şirniyyatlı məhsullardan uzaq durmağı,
Yeməyi tədricən və porsiyalara bölərək qəbul etməyi
məsləhət görürlər.
Maye qəbulu xüsusi önəm daşıyır
İftarla sahur arasında kifayət qədər su içmək vacibdir. Meyvə və tərəvəzlərin yüksək su tərkibi də maye balansının qorunmasına dəstək verir. Qazlı və çox şirin içkilər əvəzinə su və ya şəkərsiz kompotlara üstünlük verilməsi tövsiyə olunur.
Fidan Son.az
ABŞ Böyük Britaniyadan İsrail hava bazasına 10-dan çox F-22 çoxməqsədli
Fevralın 25-də Naxçıvan Regional Enerji Təchizatı və Satışı İdarəsi
Hollivud ulduzu Tom Henks karyerasında ilk dəfə ABŞ Prezidentini canlandırm
Aparıcılar Tarix Əliyevlə Elgiz Əkbərin verilişinin yayımı dayandırıl
Qulağının yarısı kəsilib, üzü iflic olub, kəllə beyin travması alıb,
Novruz bayramı ilə əlaqədar mart ayı üzrə pensiyalar vaxtından əvvəl �
Son.az bu günün qoroskopunu təqdim edir.
İngiltərənin Derbişir bölgəsində yaşayan mühəndis və yutuber Deyv Bil
Çinin pilotsuz uçuş aparatları (dron) nəhəngi DJI tərəfindən istehsal o
Aleksey Arxipoviç Leonov vəfat etdikdən cəmi bir neçə gün sonra qohumlar�
Ağdam şəhərində Su Çərşənbəsi münasibətilə bayram tonqalı qalanıb
Ev şəraitində müalicə alıram, tibb bacısı da yanımda olur. Dərmanlar,
Fevralın 24-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayr
İran Prezidenti Məsud Pezeşkian Azərbaycan və Ermənistan arasındakı sül
"Bütün günü studiyadayam, artıq qayıdıram sənətimə. Mahnılarım�
