Satın aldığı təyyarəni bağçasında basdıracaq
Dünya 24 Fev 2026 23:41:00 305 0
İngiltərənin Derbişir bölgəsində yaşayan mühəndis və yutuber Deyv Billinqs hər kəsi təəccübləndirən bir layihəyə imza atıb. O, "Facebook Marketplace" üzərindən satın aldığı köhnə sərnişin təyyarəsinin gövdəsini bağçasında torpağın altına basdıraraq onu yeraltı sığınacağa çevirməyi planlaşdırır.
Son.az xəbər verir ki, 44 yaşlı mühəndis 1993-cü il istehsalı olan "Boeing 737-500" təyyarəsinin gövdə hissəsini cəmi 4 min funt-sterlinqə (təxminən 8700 AZN) alıb. Bu təyyarə son uçuşunu 2013-cü ildə həyata keçirib.
Billinqs 2021-ci ildən bəri evinin altında əl üsulu ilə tunellər və otaqlardan ibarət geniş bir sistem inşa edir. O, təyyarə gövdəsini bu mövcud yeraltı şəbəkəyə inteqrasiya etmək niyyətindədir.
Mühəndis təyyarənin daxili quruluşunu, xüsusən də mətbəx və ayaqyolu hissəsini qoruyub saxlamaq, plastik üzlüklərin altındakı alüminium karkası isə üzə çıxarmaq istəyir.
Sığınacağa giriş köhnə bir su quyusu və ya evdən uzanan dar tunel vasitəsilə olacaq. Hətta mühəndis yuxarıdan aşağı enmək üçün köhnə telefon köşkü daxilində lift quraşdırmağı da düşünür.
Deyv bu qərara 7 yaşlı oğlunun təyyarələrə olan böyük marağına görə gəldiyini deyir. Həyat yoldaşı isə əvvəlcə bu ideyaya şübhə ilə yanaşsa da, artıq layihənin bir hissəsidir. Lalə Qüdrətova Son.az
Çinin pilotsuz uçuş aparatları (dron) nəhəngi DJI tərəfindən istehsal o
Aleksey Arxipoviç Leonov vəfat etdikdən cəmi bir neçə gün sonra qohumlar�
Ağdam şəhərində Su Çərşənbəsi münasibətilə bayram tonqalı qalanıb
Ev şəraitində müalicə alıram, tibb bacısı da yanımda olur. Dərmanlar,
Fevralın 24-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayr
İran Prezidenti Məsud Pezeşkian Azərbaycan və Ermənistan arasındakı sül
"Bütün günü studiyadayam, artıq qayıdıram sənətimə. Mahnılarım�
Gəncədə çərşənbə tonqalına yıxılan yeniyetmə yanıq xəsarətləri a
Türkiyədə yaşayan aktrisa Məlahət Abbasova qızı Sude ilə bağlı payla�
Yevlax şəhərinin Aran qəsəbəsində ümumi sahəsi 230 m² olan kafenin yan
Şəmkirdə avtomobillər toqquşub, ölən və xəsarət alanlar var.
Qədim dövrlərdə müharibəyə gedən əsgərlər tərəfindən istifadə ed
Son dövrlərdə Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin adından qa
"Arka Sokaklar" serialı yeni bölümü ilə yenidən diqqət mərkəz
