Xanım Vensin Bakıda gizli ziyarəti: Suraxanıya niyə gedib?
Digərləri 14 Fev 2026 20:08:00 266 0
ABŞ-ın vitse-prezidenti Cey. Di. Vens fevralın 12-də Bakıya səfəri zamanı rəsmi proqramdan kənara çıxıb.
Son.az Bakupost.az-a istinadla xəbər verir ki, vitse-prezident rəsmi görüşləri başa çatdırdıqdan sonra hava limanına yollanarkən Suraxanı Atəşgah Məbədini ziyarət edib.
Bildirir ki, bu qərar vitse-prezidentin Hindistan əsilli xanımı Usha Vensin şəxsi istəyi ilə verilib.
Başqa bir məlumata görə, həmin ziyarətdə vitse-prezident özü olmayıb, təkcə həyat yoldaşı gedib. Bu ziyarət təsadüfi deyil.
Tarixi mənbələrə görə, əsası erkən orta əsrlərə gedib çıxan Suraxanı Atəşgahının bugünkü daş kompleksi XVIII əsrdə əsasən Hindistandan gəlmiş hind tacirləri və zəvvarlar tərəfindən inşa etdirilib. Məbədin divarlarında bu gün də sanskrit və qədim hind dillərində yazılmış kitabələr qorunur. Həmin yazılar ibadət edənlərin Multan və Pəncab bölgələrindən gəlmiş hind tacirləri olduğunu göstərir.
O dövrdə Bakı mühüm ticarət mərkəzi idi və təbii qaz çıxan Atəşgah ərazisi hind inanclarında müqəddəs sayılırdı. Od kultu həm zərdüştilikdə, həm də hinduizm ənənəsində xüsusi yer tutduğundan Atəşgah əsrlər boyu Hindistanla Qafqaz arasında nadir dini-mədəni körpü rolunu oynayıb.
Məhz bu tarixi bağlara görə Hindistan kökləri olan vitse-prezident xanımının Atəşgahı xüsusi olaraq görmək istədiyi bildirilir.
Maliyyə naziri Sahil Babayev tərəfindən imzalanan son qərara əsasən Dövl
Azərbaycanın Əməkdar artisti Ramil Qasımov milli muzeylərin populyarlaşd�
Türk kinosunun tanınmış simaları Halil Ergün və Hülya Koçyiğit arasın
Azərbaycanda bu gün vəfat edən polkovnik Knyaz Qaralov məşhur şəxslərin
"Regionda böyük dəyişikliklərin baş verdiyinin şahidiyik və bu, sü
Çinin İpək Yolunu asanlaşdıran "Bir kəmər, bir yol" təşəbbü
Düşünürəm ki, TRIPP Prezident Trampın adını daşıyır və bu o deməkdi
Keçmişdə Qara dənizi və ya Xəzər dənizini daha çox bizi ayıran sədd k
Azərbaycanın avtomobil yollarında fevralın 14-də müşahidə ediləcək və
Biz artıq cəmi 6 aydır ki, sülh şəraitində yaşayırıq, inanın ki, bu,
Bizim sərhədlərimizdə sülh qurulur, tamamilə yeni vəziyyət yaranıb. He�
Son.az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezide
Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan "Sülh kö
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 14-də Münxen
