Sahil Babayev qərar verdi: Maliyyə Nazirliyinə tabe olan bu idarələr ləğv edilir
Digərləri 14 Fev 2026 20:04:00 247 0
Maliyyə naziri Sahil Babayev tərəfindən imzalanan son qərara əsasən Dövlət Xəzinədarlıq Agentliyinin (DXA) regional idarələri ləğv ediləcək və fəaliyyət mərkəzləşdirilmiş, daha çevik idarəetmə modeli çərçivəsində davam etdiriləcək.
Nazirlik rəsmisi Mayis Piriyev bildirib ki, bu islahat dövlət maliyyəsinin idarə olunmasında rəqəmsallaşmanın genişləndirilməsi, büdcə vəsaitlərinin ünvanlı və səmərəli istifadəsinin təmin edilməsi məqsədini güdür. Yenidən təşkil olunan strukturlarda isə əməkdaşların hüquq və əmək münasibətləri normativ hüquqi aktlara uyğun tənzimlənəcək
DXA-nin regional idarələrinin ləğvi və mərkəzləşdirilməsi dövlət büdcəsinin idarə olunmasında səmərəliliyi necə artıracaq? Bu dəyişikliklərin işçilərə təsiri hansı şəkildə qiymətləndirilə bilər?
Son.az bildrir ki, Globalinfo.az-a danışan iqtisadçı Eyyub Kərimli deyib ki, Dövlət Xəzinədarlıq Agentliyində regional idarələrin ləğv edilərək mərkəzləşdirilmiş modelə keçilməsi dövlət maliyyə idarəçiliyinin struktur və texnoloji modernləşdirilməsi istiqamətində atılmış mühüm addımdır:
"Bu qərar fiskal idarəetmənin daha çevik, operativ və rəqəmsal əsasda qurulmasına xidmət edir. Səmərəlilik baxımından mərkəzləşdirmə idarəetmə proseslərinin sürətləndirilməsinə, vahid qərarvermə mexanizminin formalaşmasına və büdcə əməliyyatlarının vahid platforma üzərindən icrasına imkan yaradacaq. Bu istiqamətdə qərarvermə zəncirinin qısaldılması, təkrar prosedurların aradan qaldırılması və proseslərin vahid mərkəzdən idarə olunması nəticə etibarilə vəsaitlərin hərəkətinin daha şəffaf izlənilməsini və operativ müdaxilə imkanlarının genişlənməsini təmin edəcək".
İqtisadçının fikrincə, ikinci mühüm istiqamət rəqəmsallaşdırmanın real və sistemli tətbiqidir: "Mərkəzləşdirmə, adətən, elektron xəzinədarlıq sistemlərinin geniş tətbiqi ilə müşayiət olunur. Bu isə kağız sənəd dövriyyəsinin minimuma endirilməsinə, insan faktorundan qaynaqlanan risklərin azalmasına, eləcə də audit və monitorinq imkanlarının genişlənməsinə şərait yaradır. Digər tərəfdən isə struktur dəyişikliyi xərclərin optimallaşdırılmasına və idarəetmə xərclərinin azaldılmasına xidmət edir. Resursların daha məqsədyönlü istifadəsi büdcə vəsaitlərinin səmərəliliyini artırır və maliyyə intizamını gücləndirir".
Eyyub Kərimli deyib ki, bu tip struktur islahatları, eyni zamanda, kadr siyasətində müəyyən dəyişiklikləri zəruri edir:
"Əməkdaşların yenidən ixtisaslaşması, onların digər struktur bölmələrdə yerləşdirilməsi və rəqəmsal bacarıqlarının artırılması aktuallaşır. Bu yanaşma yeni kadr modelinin formalaşmasına və əməkdaşların sosial təminat mexanizmlərinin qorunmasına da müsbət təsir göstərə bilər".
Azərbaycanın Əməkdar artisti Ramil Qasımov milli muzeylərin populyarlaşd�
Türk kinosunun tanınmış simaları Halil Ergün və Hülya Koçyiğit arasın
Azərbaycanda bu gün vəfat edən polkovnik Knyaz Qaralov məşhur şəxslərin
"Regionda böyük dəyişikliklərin baş verdiyinin şahidiyik və bu, sü
Çinin İpək Yolunu asanlaşdıran "Bir kəmər, bir yol" təşəbbü
Düşünürəm ki, TRIPP Prezident Trampın adını daşıyır və bu o deməkdi
Keçmişdə Qara dənizi və ya Xəzər dənizini daha çox bizi ayıran sədd k
Azərbaycanın avtomobil yollarında fevralın 14-də müşahidə ediləcək və
Biz artıq cəmi 6 aydır ki, sülh şəraitində yaşayırıq, inanın ki, bu,
Bizim sərhədlərimizdə sülh qurulur, tamamilə yeni vəziyyət yaranıb. He�
Son.az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezide
Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan "Sülh kö
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 14-də Münxen
56 yaşlı amerikalı müğənni Cenifer Lopes sosial media hesabında idman ed�
