İlham Əliyev Münxendə Kaya Kallas ilə görüşüb
Siyasət 14 Fev 2026 18:17:00 192 0
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 14-də Münxendə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas ilə görüşüb.
Son.az AZƏRTAC-a istinadən bildirir ki, söhbət zamanı Kaya Kallasın ötən il ölkəmizə səfəri və dövlətimizin başçısı ilə görüşü məmnunluqla xatırlandı.
Avropa İttifaqının Azərbaycanla münasibətləri daha da inkişaf etdirməkdə maraqlı olduğu bildirildi.
Avropa İttifaqı ilə ölkəmiz arasında enerji sahəsində uğurlu əməkdaşlığın həyata keçirildiyi vurğulanaraq, bu xüsusda Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına verdiyi mühüm töhfələrə toxunuldu.
Ölkəmizlə Avropa İttifaqı arasında enerji sahəsi ilə yanaşı, nəqliyyat sahəsində də əməkdaşlıq üçün geniş imkanların olduğu vurğulandı.
Söhbət zamanı Azərbaycan-Avropa İttifaqı əməkdaşlığının perspektivləri, Cənubi Qafqaz regionunda davamlı sülhün və sabitliyin təmin olunması, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparıldı.
Son.az
56 yaşlı amerikalı müğənni Cenifer Lopes sosial media hesabında idman ed�
Sinqapur məhkəməsi 97 yaşlı bir kişini əqli cəhətdən sağlam və oğlu
Xalq artisti Röya Ayxan toy məclislərinin birində görüntülənib.
Fövqəladə hallar nazirinin müavinlərinin işdən çıxarıldığı bildiril
"Apple" yaxın həftələrdə iPhone 16e, M3 iPad Air, Studio Display
Dövlət Sərhəd Xidmətinin (DSX) Baş idarəsinin sabiq rəisi, polkovnik Kny
Mercedes-Benz 190 (W201) illər keçməsinə baxmayaraq hələ də yollarda gör
Paytaxtın Nəsimi rayonu ərazisində vətəndaşlardan biri ona məxsus mağaz
Gəncə Dövlət Milli Dram Teatrının direktoru vəzifəsinə təyinat olub.
Müğənni Aysel Əlizadə gözlənilmədən canlı yayım zamanı romantik sür
Çəkilən bir video qısa zamanda sosial şəbəkələrdə viral yayılıb.
ABŞ Prezidenti Donald Tramp İranın Ali Rəhbəri Ayətullah Seyid Əli Xamene
