İlham Əliyev Münxendə “Oracle” korporasiyasının baş icraçı direktoru ilə görüşüb
Siyasət 13 Fev 2026 22:10:00 247 0
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 13-də Münxendə dünyada ən böyük proqram təminatı və bulud texnologiyaları şirkətlərindən biri olan ABŞ-ın "Oracle" korporasiyasının baş icraçı direktoru Mayk Sisiliya ilə görüşüb.
Son.az AZƏRTAC-a istinadən bildirir ki, söhbət zamanı Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə texnoloji transformasiya və süni intellekt sahələrinin inkişafı üzrə həyata keçirilən siyasətə toxunuldu, bu xüsusda "Oracle" korporasiyası ilə əməkdaşlığın genişləndirilməsində qarşılıqlı marağın olduğu bildirildi və tərəfdaşlığın perspektivləri ilə bağlı artıq çərçivə razılaşmasının əldə edildiyi vurğulandı.
"Oracle" şirkətinin Azərbaycanda dövlət və özəl müəssisələrə bir sıra xidmətlərin göstərilməsi ilə bağlı uzunmüddətli əməkdaşlıq məsələləri müzakirə olundu. Azərbaycanın müxtəlif aparıcı ali təhsil müəssisələrində üç "Oracle" akademiyasının fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparıldı.
Görüşdə, eyni zamanda, Azərbaycan-ABŞ siyasi əlaqələrinin yüksək səviyyədə olduğu qeyd edildi, bu xüsusda "Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq Xartiyası"nın imzalanmasının əhəmiyyətinə toxunuldu. Həmin sənəddə də ölkələrimiz arasında süni intellekt sahəsinin prioritet istiqamət kimi əks olunduğu vurğulandı. Son.az
Türkiyədən Mançesterə gedən sərnişin təyyarəsində ingilis sərnişinl
Son illərdə otellərdə və kirayə mənzillərdə gizli kameralarla bağlı x
Gənclik metrosu ətrafında aparılan müşahidələr göstərir ki, zolaqları
Tbilisi avtomobil idxalı ilə bağlı qaydaları sərtləşdirməyə hazırlaş
Xankəndi şəhərində yaşayış binasında partlayış baş verib.
Ermənistanın Baş naziri Nikol Paşinyan yaxın vaxtlarda İrana rəsmi səfə
Fevralın 17-də Mingəçevir şəhəri və Yevlax rayonu ərazisində təbii qa
Azərbaycan Respublikası Audiovizual Şurasının onlayn iclasında "ARB&q
"Mənə başqa bir fikirdə yanaşmaq istəyən olanda da oturub söhbət e
Şirvanda keçmiş həyat yoldaşını bıçaqlayaraq öldürməyə cəhddə tə
2026-cı ilin hazırlıq planına əsasən, Hərbi Hava Qüvvələrində (HHQ) i
Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları narkotik vasitələrin qanunsu
Braziliya qoz-fındığı geniş şəkildə "super qida" kimi tanını
Azərbaycanda ən stajlı məmurlardan biri də Dövlət İmtahan Mərkəzinin s
