“ARB”nin yayımı 24 saatlıq dayandırılacaq
Digərləri 13 Fev 2026 20:05:00 217 0
Azərbaycan Respublikası Audiovizual Şurasının onlayn iclasında "ARB" kanalının efirində "Reklam haqqında" Qanunun pozulması faktı müzakirə olunub.
Son.az şuraya istinadən xəbər verir ki, 8 fevral 2026-cı il tarixində kanalın efirində saat 13.38-də yayımlanan reklam materialında endirimin və ödəniş şərtlərinin reklamda aydın və düzgün şəkildə göstərilməməsi aşkarlanıb.
Bildirilib ki, faktla bağlı zəruri araşdırmalar aparılıb və "Reklam haqqında" Qanunun 7-ci maddəsinin tələblərinin pozulması təsbit olunub. Belə ki, həmin reklamda təqdim olunan məlumatlar "Reklam haqqında" Qanunun 7.1.4-cü maddəsinə əsasən əmtəənin qiyməti, qiymət güzəştləri, əldəetmə və ödəniş şərtləri barədə məlumatları təhrif edilmiş, həqiqətə uyğun olmayan şəkildə əks etdirdiyinə görə qeyri-dəqiq reklam hesab olunur və həmin Qanunun 7.2-ci maddəsinə görə qeyri-dəqiq reklama yol verilmir.
"Cari ilin əvvəlindən televiziya kanalının efirində belə pozuntuların bir neçə dəfə baş verməsini, kanala müvafiq bildirişlərin göndərilməsini nəzərə alaraq Audiovizual Şuranın üzvləri "ARB" kanalına qarşı sərt sanksiya tədbirinin tətbiq edilməsi və kanalın yayımının 16 fevral tarixində saat 08.00-dan başlayaraq 24 saat müddətinə müvəqqəti dayandırlması barədə qərar qəbul ediblər", - məlumatda vurğulanıb. Son.az
"Mənə başqa bir fikirdə yanaşmaq istəyən olanda da oturub söhbət e
Şirvanda keçmiş həyat yoldaşını bıçaqlayaraq öldürməyə cəhddə tə
2026-cı ilin hazırlıq planına əsasən, Hərbi Hava Qüvvələrində (HHQ) i
Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları narkotik vasitələrin qanunsu
Braziliya qoz-fındığı geniş şəkildə "super qida" kimi tanını
Azərbaycanda ən stajlı məmurlardan biri də Dövlət İmtahan Mərkəzinin s
Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Qazax Dövlət
Müğənni Mətanət Əsədova illər əvvəl yaşadığı maraqlı və bir qəd
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 13-də Münxen
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsind�
Aeroport yolunda tətbiq ediləcək məhdudiyyətlə əlaqədar bəzi marşrutla
Dünya pop ulduzu Madonna şəxsi həyatı ilə yenidən diqqət mərkəzinə d
Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə (RİH) yeni baş memar t�
Azərbaycanlı həkim Türkiyədə küçədə yaralının həyatını xilas edib
Abşeron rayonu, Xırdalan şəhəri ərazisində "MAN" markalı yük
