Xankəndidə güclü partlayış: bir nəfər öldü
Digərləri 13 Fev 2026 20:40:00 173 0
Xankəndi şəhərində yaşayış binasında partlayış baş verib.
Bu xəbəri də oxu: Maaş və pensiyalar artırıla BİLƏR
Son.az Yenisabah-a istinadən xəbər verir ki, hadisə nəticəsində Laçın rayon Şəlvə kənd sakini, 1980-ci il təvəllüdlü İsgəndər Hüseynalı oğlu Hüseynov ağır yanıq xəsarətləri alıb.
O, Bakıya təxliyə edilib və 5 nömrəli Şəhər Klinik Xəstəxanasının Yanıq şöbəsinə yerləşdirilib (təmirlə əlaqədar bu xəstəxana Buzovnadakı 14 saylı Birləşmiş Şəhər Xəstəxanasına köçürülüb). İ.Hüseynov burada 3 gün müalicə alsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Mərhumun qardaşı Qələndər Həsənov bildirib ki, hadisəyə partlayıcının işə düşməsi səbəb olub:
"Qardaşım "Azinvest İnşaat" QSC-nin Xankəndidə həyata keçirdiyi tikinti sahəsində mühafizəçi işləyirdi. Həmin şirkətin fəhləsi Rəşad Çingiz oğlu Əliyevlə bir mənzildə kirayədə qalırdılar. Rəşad şəhərdə raketin partlayıcı hissəsini tapıb, evə gətirib və onu kəsib-doğrayan zaman əlində alışıb. İsgəndər həmin vaxt yatırmış. Rəşad alışmış partlayıcını yerə atıb və qardaşımı köməksiz vəziyyətdə qoyaraq qaçıb. Həmin vaxt mənzilin qapısı bağlı olub. Lakin niyə bağlı olduğu bizə də məlum deyil. Bunların yaşadığı mənzil binanın ikinci mərtəbəsində yerləşir. Qardaşım pəncərəni qırıb kömək istəyəndə bizim qohumlardan biri görüb və məlumat verib ki, filankəs kömək istəyir. Yalnız bundan sonra İsgəndəri mənzildən çıxarmaq mümkün olub".
Q.Həsənovun sözlərinə görə, həmin axşam qardaşını Bakıya gətiriblər, bədənin böyük hissəsinin yanığı ilə 5 nömrəli Şəhər Klinik Xəstəxanasının Yanıq şöbəsinə aparıblar:
"Həkimlər dedilər ki, bədənin 85 faizi yanıb. Həmin vaxt İsgəndər hələ danışa bilirdi. O deyirdi ki, partlayış oldu, amma necə baş verdiyini bilmirəm. Üç gün sonra xəstəxanada vəfat etdi".
O, deyib ki, hadisə ilə bağlı Xankəndi Şəhər Prokurorluğunda cinayət işi başlanılıb:
"Qardaşım keçmiş polis əməkdaşı olub. 14 il çalışdıqdan sonra ailə vəziyyətinə görə işdən çıxıb. Daha sonra "Azinvest İnşaat" QSC-də mühafizəçi işləyirdi. Hadisə ilə bağlı Xankəndi Şəhər Prokurorluğunda cinayət işi açılıb". Son.az
Ermənistanın Baş naziri Nikol Paşinyan yaxın vaxtlarda İrana rəsmi səfə
Fevralın 17-də Mingəçevir şəhəri və Yevlax rayonu ərazisində təbii qa
Azərbaycan Respublikası Audiovizual Şurasının onlayn iclasında "ARB&q
"Mənə başqa bir fikirdə yanaşmaq istəyən olanda da oturub söhbət e
Şirvanda keçmiş həyat yoldaşını bıçaqlayaraq öldürməyə cəhddə tə
2026-cı ilin hazırlıq planına əsasən, Hərbi Hava Qüvvələrində (HHQ) i
Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları narkotik vasitələrin qanunsu
Braziliya qoz-fındığı geniş şəkildə "super qida" kimi tanını
Azərbaycanda ən stajlı məmurlardan biri də Dövlət İmtahan Mərkəzinin s
Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Qazax Dövlət
Müğənni Mətanət Əsədova illər əvvəl yaşadığı maraqlı və bir qəd
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 13-də Münxen
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsind�
Aeroport yolunda tətbiq ediləcək məhdudiyyətlə əlaqədar bəzi marşrutla
Dünya pop ulduzu Madonna şəxsi həyatı ilə yenidən diqqət mərkəzinə d
