Xalq artistinin əmlaklarının dəyəri BİLİNDİ: 33 milyon manat...
Şou-biznes 11 Fev 2026 09:45:00 244 0
Rusiyanın Xalq artisti Qriqori Lepsin sahib olduğu daşınmaz əmlak portfelinin dəyəri 1,5 milyard rubldan (təxminən 33 milyon 24 min manat) çoxdur.
Son.az-ın məlumatına görə, bu barədə "Beşinci kanal" süjet yayımlayıb. Bildirilir ki, 62 yaşlı müğənninin Moskva ətrafında yerləşən lüks malikanəsi var və həmin ev yaxın vaxtlarda satışa çıxarılıb.
Leps paytaxtın mərkəzində də mənzilə sahibdir. Sahəsi 83 kvadratmetr olan bu əmlakın təxminən 70 milyon rubl dəyərində qiymətləndirildiyi qeyd olunur.
Sənətçinin Tver vilayətində - Volqa çayı və Staritsa monastırının yaxınlığında 4,2 hektarlıq torpaq sahəsi də var.
Bundan əlavə, onun Moskvanın Xamovniki rayonunda yerləşən yaşayış kompleksində 300 kvadratmetr sahəsi olan mənzili mövcuddur. Həmin mənzilin bazar qiymətinin 386 milyon rubl olduğu bildirilir. Eyni kompleksdə Lepsə məxsus 18 milyon rubl dəyərində ayrıca parkinq yeri də var.
Müğənninin mülkləri arasında paytaxtın Basman rayonunda yerləşən, sahəsi 130,1 kvadratmetr olan və 58 milyon rubl dəyərində qiymətləndirilən daha bir mənzil də yer alır.
Bu gün isə məlum olub ki, Qriqori Leps Novorizsk şossesində yerləşən, Tay üslubunda tikilmiş malikanəsini satışa çıxarıb. 20 sot torpaq sahəsində inşa edilən bu evin qiyməti 550 milyon rubl təşkil edir. Ümumi sahəsi 1 800 kvadratmetr olan malikanədə yeddi yataq otağı və onadək sanitar qovşaq var. Evdə hovuz və sauna ilə təchiz edilmiş SPA zonası, kitabxana, mövsümlər üçün ayrıca qarderob otaqları, qış bağı və qaraj da mövcuddur.
Musa Son.az
Fevralın 11-də Maştağa Enerji Təchizatı və Satışı İdarəsi (ETSİ) ə
Ötən gündən etibarən Qobustan, Ağsu, Şamaxı və İsmayıllı rayonların
İstintaqı Dövlət Təhlükəsizlik Xidmətində (DTX) aparılan və xarici t�
Bakının mərkəzində fəaliyyət göstərən AGNA quru təmizləmə şirkəti
90-cı illərin məşhur türkiyəli ifaçısı Hakan Peker qatıldığı televi
Azərbaycanda icbari qaydada sığortalanan daşınmaz əmlakların sayı 200 mi
Azərbaycan əsilli rusiyalı şoumen Timur Rodrigezin (Kərimov) keçmiş həya
Evdə ayaqyalın gəzmək bir çox insana rahatlıq versə də, mütəxəssislə
Onlayn alış-verişin artması ilə evlərimiz boş karton qutularla dolub daş
Son vaxtlar Ancelina Coli ilə Lui Qarrel arasında mümkün münasibətlə bağ
Bazarda zeytun yağı adı altında satılan bir çox məhsul əslində qarış�
Aparılan tədqiqatlar göstərir ki, günün ortasında edilən qısa istirahə
Gündəlik həyatın qaçhaqaçında çoxumuz fərqinə varmırıq, lakin liftin
İnsan beyni bədəni qorumaq və enerjini düzgün bölüşdürmək üçün mü
Qış aylarında təbii qaz ödənişlərini azaltmaq və evdə daha isti bir m�
