Məşhur quru təmizləmə şirkəti 21 min manatlıq libası YARARSIZ HALA saldı
Digərləri 11 Fev 2026 09:25:00 339 0
Bakının mərkəzində fəaliyyət göstərən AGNA quru təmizləmə şirkəti müştərinin 1 milyon rubldan artıq dəyəri olan ziyafət paltarını yararsız hala salıb. Son.az xəbər verir ki, bununla bağlı müştəri şirkəti məhkəməyə verib. İddia tələbi onunla əsaslandırılıb ki, müştəri kimyəvi təmizləmə xidmətlərini həyata keçirən AGNA-ya müraciət edərək xalis ipək parçasından hazırlanmış və 1.085.000.00 Rusiya rublu (iddia verilən günə olan məzənnə ilə 21.244,69 AZN) qiyməti olan ziyafət paltarını kimyəvi təmizlənməsi üçün təhvil verib və buna görə cavabdehə 35 manat ödəyib. AGNA tərəfindən edilmiş kimyəvi təmizləmədən sonra ziyafət paltarı yararsız hala düşüb və onun istifadə edilməsi, yaxud bərpası mümkün olmayıb. Müştəri ziyafət paltarının bu vəziyyətə düşməsi səbəbinin aydınlaşdırılması üçün ekspertizaya müraciət edib. Ekspertiza rəyindən bəlli olub ki, paltardakı nöqsanlar peşəkar quru təmizləmə əvəzinə, peşəkar olmayan nəm (yaş) təmizləmə üsulu ilə təmizlənməsi nəticəsində yaranıb. Bu üsul paltarın etiketində göstərilmiş təlimatlara zidd olub. O da məlum olub ki, həmin ziyafət paltarı müştərinin sifarişi ilə Rusiyada "Ulyana Sergeyenko" Moda Evi tərəfindən hazırlanıb. Nəsimi Rayon Məhkəməsi müştərinin iddiasını təmin edib. Qərara əsasən, AGNA MMC vurulmuş ziyana görə 1 085 000 Rusiya rublu - ödəniş günü qüvvədə olan Azərbaycan manatı məzənnəsi ilə müştəriyə ödəməlidir. Bundan başqa, ekspertiza xərci və dövlət rüsumunu da şirkətin öhdəliyində qalıb. /Teleqraf
90-cı illərin məşhur türkiyəli ifaçısı Hakan Peker qatıldığı televi
Azərbaycanda icbari qaydada sığortalanan daşınmaz əmlakların sayı 200 mi
Azərbaycan əsilli rusiyalı şoumen Timur Rodrigezin (Kərimov) keçmiş həya
Evdə ayaqyalın gəzmək bir çox insana rahatlıq versə də, mütəxəssislə
Onlayn alış-verişin artması ilə evlərimiz boş karton qutularla dolub daş
Son vaxtlar Ancelina Coli ilə Lui Qarrel arasında mümkün münasibətlə bağ
Bazarda zeytun yağı adı altında satılan bir çox məhsul əslində qarış�
Aparılan tədqiqatlar göstərir ki, günün ortasında edilən qısa istirahə
Gündəlik həyatın qaçhaqaçında çoxumuz fərqinə varmırıq, lakin liftin
İnsan beyni bədəni qorumaq və enerjini düzgün bölüşdürmək üçün mü
Qış aylarında təbii qaz ödənişlərini azaltmaq və evdə daha isti bir m�
Vaşinqton və Tehran islam respublikasının nüvə proqramı ilə bağlı raz�
Rusiya-Ukrayna müharibəsində yaralanan daha bir həmyerlimiz vəfat edib.
Bakıda növbəti böyük söküntü prosesi başlayır.
Ermənistanın Baş naziri Nikol Paşinyan bəyan edib ki, parlament seçkiləri
