50 manatlıq sığorta, 25 000 manatlıq sual işarəsi


Digərləri 11 Fev 2026 09:00:00 241 0

50 manatlıq sığorta, 25 000 manatlıq sual işarəsi

Azərbaycanda icbari qaydada sığortalanan daşınmaz əmlakların sayı 200 minə yaxındır. 

Bəs hazırda ölkəmizdə daşınmaz əmlakların sığortalanmasına maraq necədir?

Mövzunu Son.az-a şərh edən Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc bildirib ki, ölkə daşınmaz əmlakın sığortalanmasına maraq tamamilə zəif deyil, kifayət qədər vətəndaş əmlakını sığortalayır.

"Lakin sığorta prosesinin özü və sığorta olunduqdan sonra sığorta hüququnun real tətbiqinə inam yüksək deyil. Ümumiyyətlə, ölkəmizdə sığorta sistemi Qərbi Avropa ölkələrində olduğu səviyyədə inkişaf etməyib və vətəndaşlarda belə bir fikir formalaşıb ki, sığorta yalnız ona qarşı formal tələb olduqda vacib sayılır. Bu, istər məcburi, istərsə də könüllü sığortaya aiddir. Bu baxımdan sığorta bazarında müəyyən islahatların aparılmasına ehtiyac var ki, vətəndaşlara sığortanın əhəmiyyəti, dəyəri və vacibliyi izah olunsun. Çünki bir çox hallarda, istər təbii fəlakətlər zamanı, istər yanğın hadisələrində, istərsə də daşınmaz əmlaka hər hansı zərər dəydikdə sığortanın mövcudluğu son dərəcə vacib məsələdir".

V. Oruc qeyd edib ki, hazırda məcburi sığorta üzrə maksimum 25 000 manat ödəniş nəzərdə tutulur.

"Yəni 50 manat sığorta haqqı qarşılığında 25 000 manat kompensasiyanın veriləcəyinə vətəndaşların inamı azdır. Bu səbəbdən düşünürəm ki, sığorta məbləğləri evlərin deyil, ümumilikdə bütün daşınmaz əmlak növlərinin real dəyərinə uyğun müəyyənləşdirilməlidir. Qiymətləndirici mülkləri, mənzilləri və qeyri-yaşayış obyektlərini qiymətləndirib onların dəyərini müəyyən etdikdən sonra müvafiq qaydada sığorta məbləği təyin olunmalıdır. Standart sığorta məbləği vətəndaşlarda bu prosesə inamı möhkəmləndirmir. Məsələn, 500 min manat dəyərində əmlakı olan vətəndaş da, 100 min manatlıq əmlakı olan vətəndaş da icbari sığorta üçün eyni məbləği - 50 manat ödəyirsə, burada məntiqsizlik yaranır. Hesab edirəm ki, vətəndaşlar əmlakın real dəyərinə uyğun sığorta haqqı ödəməlidir ki, sonradan hər hansı hadisə ilə qarşılaşdıqda kifayət qədər sığorta kompensasiyası əldə edə bilsinlər", - deyə sədr qeyd edib.

Ayxan Son.az

Azərbaycanlı şoumenin eksxanımı aliment məbləğindən narazıdır like
  • 11 Fev 08:41  
Şou-biznes Azərbaycanlı şoumenin eksxanımı aliment məbləğindən narazıdır

Azərbaycan əsilli rusiyalı şoumen Timur Rodrigezin (Kərimov) keçmiş həya

arrow Ətraflı
Evdə ayaqyalın gəzənlərdə bu xəstəlik olur like
  • 11 Fev 08:08  
Digərləri Evdə ayaqyalın gəzənlərdə bu xəstəlik olur

Evdə ayaqyalın gəzmək bir çox insana rahatlıq versə də, mütəxəssislə

arrow Ətraflı
Karton qutuları zibilə atanlar peşman olacaq: Onlardan istifadənin dahiyənə yolları like
  • 11 Fev 07:07  
Digərləri Karton qutuları zibilə atanlar peşman olacaq: Onlardan istifadənin dahiyənə yolları

Onlayn alış-verişin artması ilə evlərimiz boş karton qutularla dolub daş

arrow Ətraflı
Coli Pittdən sonra hansı məşhurlarla sevgili olub? like
  • 11 Fev 06:06  
Şou-biznes Coli Pittdən sonra hansı məşhurlarla sevgili olub?

Son vaxtlar Ancelina Coli ilə Lui Qarrel arasında mümkün münasibətlə bağ

arrow Ətraflı
Zeytun yağı alan hər kəsin diqqət etməli olduğu məsələ: Qablaşdırmada mütləq yoxlayın like
  • 11 Fev 05:05  
Digərləri Zeytun yağı alan hər kəsin diqqət etməli olduğu məsələ: Qablaşdırmada mütləq yoxlayın

Bazarda zeytun yağı adı altında satılan bir çox məhsul əslində qarış�

arrow Ətraflı
Kimlər gündüz yatmalıdır, kimlər yox? like
  • 11 Fev 04:04  
Digərləri Kimlər gündüz yatmalıdır, kimlər yox?

Aparılan tədqiqatlar göstərir ki, günün ortasında edilən qısa istirahə

arrow Ətraflı
Lift gözləyərkən etdiyiniz bu hərəkət yüksək emosional intellektin göstəricisidir like
  • 11 Fev 03:03  
Digərləri Lift gözləyərkən etdiyiniz bu hərəkət yüksək emosional intellektin göstəricisidir

Gündəlik həyatın qaçhaqaçında çoxumuz fərqinə varmırıq, lakin liftin

arrow Ətraflı
Niyə dilimizi təsadüfən dişləyəndə ağrıyır, amma bilərəkdən dişləyəndə yox? like
  • 11 Fev 02:02  
Digərləri Niyə dilimizi təsadüfən dişləyəndə ağrıyır, amma bilərəkdən dişləyəndə yox?

İnsan beyni bədəni qorumaq və enerjini düzgün bölüşdürmək üçün mü

arrow Ətraflı
Radiatorun arxasına bir parça qoyun, istiliyi ikiqat artırın like
  • 11 Fev 01:01  
Digərləri Radiatorun arxasına bir parça qoyun, istiliyi ikiqat artırın

Qış aylarında təbii qaz ödənişlərini azaltmaq və evdə daha isti bir m�

arrow Ətraflı
Tramp İrana xəbərdarlıq etdi like
  • 11 Fev 00:55  
Digərləri Tramp İrana xəbərdarlıq etdi

Vaşinqton və Tehran islam respublikasının nüvə proqramı ilə bağlı raz�

arrow Ətraflı
RusiyaUkrayna müharibəsində yaralanan azərbaycanlı vəfat etdi like
  • 11 Fev 00:38  
Digərləri RusiyaUkrayna müharibəsində yaralanan azərbaycanlı vəfat etdi

Rusiya-Ukrayna müharibəsində yaralanan daha bir həmyerlimiz vəfat edib.

arrow Ətraflı
Paşinyan sülh sazişinin imzalanacağı tarixi like
  • 11 Fev 00:25  
Siyasət Paşinyan sülh sazişinin imzalanacağı tarixi

Ermənistanın Baş naziri Nikol Paşinyan bəyan edib ki, parlament seçkiləri

arrow Ətraflı
Manaf Ağayev: “Kaş ki, Zauru heç görməzdik” like
  • 11 Fev 00:12  
Şou-biznes Manaf Ağayev: “Kaş ki, Zauru heç görməzdik”

Müğənni Manaf Ağayev aparıcı Zaur Kamala söz atıb.

arrow Ətraflı
Günün qoroskopu: Bu günün səması sakit deyil like
  • 11 Fev 00:01  
Digərləri Günün qoroskopu: Bu günün səması sakit deyil

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"

arrow Ətraflı