Şiddətli soyuqlar başlayacaq
Digərləri 11 Dek 2025 11:48:00 77 0
Meteorologiya mütəxəssislərinin zəifləyən Qütb Burulğanı ilə bağlı həyəcan siqnalları qlobal miqyasda ciddi narahatlıq yaradıb. Avropada 1978-79-cu illərin "əsrin qışı"na bənzər həddindən artıq soyuq dalğalarının gözlənilməsi fonunda diqqətlər Cənubi Qafqaza yönəlib.
Bu xəbəri də oxu: Xəstəliyi olanlar Masazırdan ev almasınlar Həkim riskləri AÇIQLADI
Yeni ildən sonra başlayacağı proqnozlaşdırılan şiddətli soyuqların regiona, xüsusilə də Azərbaycana təsir edib-etməyəcəyi sual doğurur.
Bu fonda əsas maraq doğuran məqam isə belə hava hadisələrinin ölkədə hansı formada özünü göstərə biləcəyidir: temperaturun kəskin enməsi, güclü yağıntılar, yoxsa küləkli hava şəraiti?
Son.az-ın məlumatına görə, meteroloq Cavid Hüseynov Sfera.az-a açıqlamasında bildirib ki, Avropa Qütb Burulğanı (Polar Vortex) səbəbindən 2025-2026 qışında 1978-79-cu illərdəki kimi şiddətli soyuq dalğa təxminləri hələlik rəsmi meteoroloji təsdiqini tapmayıb.
Onun sözlərinə görə, hazırkı atmosfer şəraiti və mövcud proqnozlar son illərlə müqayisədə şiddətli qış ehtimalının daha yüksək olduğunu, qışın soyuq keçəcəyini göstərsə də, ancaq "əsrin qışı" ilə müqayisə hələlik spekulyativdir:
"Bu təxminlər mövcud La-Nina şəraiti və aktivliyi ilə əlaqədardır, adətən Qərbi Avropaya daha soyuq hava kütləsini gətirir və uzunmüddətli soyuq hava riskini artırır. Ölkəmizdə qış fəsli əksər bölgələrdə nisbətən mülayim keçir, bəzi günlərdə isə, adətən yanvar və fevral aylarında tez-tez soyuq hava kütlələrinin təsirilə qarlı və şaxtalı hava müşahidə edilir".
Meteroloq qeyd edib ki, son illərdə ölkə ərazisində əsas iqlim göstəricilərinin tərəddüdü müşahidə olunur:
"Son illərdə həm Günəş aktivliyi ilə əlaqədar, həm də istixana qazları hesabına əsas iqlim göstəricilərinin dəyişməsi, həmçinin ətraf mühitə və atmosferə aktiv antropogen təsirlərin artması səbəbindən ölkə ərazisində, eləcə də Bakıda və Abşeron yarımadasında da əsas iqlim göstəricilərinin tərəddüdü (illik temperaturun və isti günlərin sayının artması, yağıntıların miqdarının iqlim normasına görə tərəddüdləri, intensivliyinin artması və s.) müşahidə olunur. Bu dəyişmələr fonunda gözlənilməz ekstremal meteoroloji hadisələr və anomaliyalar da istisna edilmir".
Türkiyədə barəsində 49 müxtəlif cinayət işi üzrə axtarış elan oluna
Generalla kapitanı üz-üzə gətirən "şabalıd işi" üzrə məhk�
Yasamal rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşlar�
Aktrisa və aparıcı Zümrüd Qasımova "Öz aramızda" verilişində
"Cari ildə tibb müəssisələrində yeni şöbələr fəaliyyətə başla
Dekabrın 9-da Qubada 3.3 və bu gün Xəzər dənizində isə 3.8 maqnitudalı
Bəzən binaların söhbətgahlarında, bəzən isə binaların zirzəmilərind�
Azərbaycanın Keniyadakı səfiri Sultan Hacıyev Keniyanın Baş naziri, eyni
"2025-ci ilin noyabr ayı ərzində TƏBİB-in "815" Çağrı Mə
Sosial şəbəkələrdə yeni 3000 (üç min) manatlıq əsginasın görüntül�
Ermənistan Baş naziri Nikol Paşinyan Rusiya paytaxtına səfər edə bilməyi
Ukrayna ordusu dekabrın 11-nə keçən gecə Rusiyanın Moskva vilayətinə pil
5 dekabr 2025-ci il tarixində "JW Marriott Absheron Baku" hotelində
