“Etiraf edirəm ki, mənə “paçka”larla pul verib” General məhkəməyə gəldi FOTO
Digərləri 11 Dek 2025 11:40:00 76 0
Generalla kapitanı üz-üzə gətirən "şabalıd işi" üzrə məhkəmə araşdırması gərgin atmosferdə davam edir.
Bu xəbəri də oxu: Bakıda məktəbdə 8 şagird saqqızdan zəhərləndi
Son.az qafqazinfo.az-a istinadən xəbər verir ki, cinayət işində zərərçəkmiş qismində tanınan general-mayor Raul Zeynalov dünən Bakı Hərbi Məhkəməsində ifadə verib.
Diqqətçəkən məqam odur ki, kapitan Ayaz Bayramov tərəfindən təxminən 1 milyon manatının ələ keçirildiyini iddia edən generalı ən çox narahat edən məsələ mediada adının hallanmasıdır. Buna görə də o, ifadə verməzdən əvvəl əməkdaşımızın prosesdə iştirakına etiraz edib, əsassız arqumentlər irəli sürərək iclasın qapalı keçirilməsini istəyib. Digər zərərçəkmişlər bu məsələdə generalı dəstəkləsələr də, müdafiə tərəfi prosesin qapalı keçirilməsi ilə razılaşmayıb.
Hətta təqsirləndirilən kapitan belə olacağı halda ifadə verməkdən imtina edəcəyini deyib: "Niyə qapalı proses istəyirlər? Oyunlarının üstü açılır ona görə?! Öz mənafelərini qoruyurlar. Günahkaramsa, hamı günahkar, təqsirkaramsa, hamı təqsirkar kimi tanısın. Əks halda, mən heç nə danışmayacağam".
Məhkəməyə sədrlik edən hakim Zaur Hacıyev tərəfləri dinlədikdən sonra prosesin qapalı keçirilməsi üçün heç bir hüquqi əsas olmadığını elan edib. Bunun ardınca Raul Zeynalov ifadə vermək üçün kürsüyə çağırılıb.
Fotoda: Raul Zeynalov
General deyib ki, Ayazı Fövqəladə Hallar Nazirliyində idarə rəisinin müavini təyin edildikdən sonra tanıyıb. Ayaz idarənin nümunəvi zabiti olub, əsas da bu cəhətinə görə ondan xoşu gəlib. Sonradan isə onlar birlikdə iş qurmağa razılaşıblar: "Məni inandırdı ki, şabalıd ticarətində çox yaxşı pul var. Ona maddi dəstək olsam, böyük pullar qazanacağıq. Deyirdi ki, qızıl neft deyil, şabalıddır. Nəsə bunun sözləri məni şirnikləndirdi. İşə başlaması üçün ilk dəfə 13 min, bir neçə gün sonra da 80 min manat verdim. Açığı əvvəllər dediyini elədi. Etiraf edirəm ki, mənə "paçka"larla pul verib.
Hətta qohumlarıma da bu işdən danışdım, dedim gəlin, siz də qoşulun. Ələsgər Məhərrəmov var, əvvəllər vergidə işləyib. Söhbət zamanı dedim ki, şabalıd işinə baxırıq, monopolistik. Bundan sonra o da bu işə qoşulmaq üçün Ayaza 30 min dollar verdi. Hazırda da zərərçəkmişlərdən biridir, hələ də pulunu ala bilməyib.
Bir müddət sonra Ayaz gəldi ki, bəs bir nəfər şabalıd xammal istəyir. Amma istədiyi qədər məhsulu gətirə bilməsi üçün 339 min manat lazımdır. Məni inandırdı ki, bu, çox yaxşı fürsətdir, qat-qat çox qazanacağıq. Bayaq dediyim kimi, elə danışırdı ki, adamı lap şirnikləndirirdi. Buna görə də həmin pulu ona verdim. Bundan əlavə, sonu eyni rəqəmlə bitən "BMW", "Lexus", "Kia" markalı avtomobillərimi satması üçün baş etibarnamə ilə adına keçirdim. Axırı da gəldi belə oldu, bir ara ölkədən də qaçdı. Bu adamın bir sözü var idi, iki-üç aydan bir deyirdi ki, yağışa düşdük, şabalıd batdı".
Yasamal rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşlar�
Aktrisa və aparıcı Zümrüd Qasımova "Öz aramızda" verilişində
"Cari ildə tibb müəssisələrində yeni şöbələr fəaliyyətə başla
Dekabrın 9-da Qubada 3.3 və bu gün Xəzər dənizində isə 3.8 maqnitudalı
Bəzən binaların söhbətgahlarında, bəzən isə binaların zirzəmilərind�
Azərbaycanın Keniyadakı səfiri Sultan Hacıyev Keniyanın Baş naziri, eyni
"2025-ci ilin noyabr ayı ərzində TƏBİB-in "815" Çağrı Mə
Sosial şəbəkələrdə yeni 3000 (üç min) manatlıq əsginasın görüntül�
Ermənistan Baş naziri Nikol Paşinyan Rusiya paytaxtına səfər edə bilməyi
Ukrayna ordusu dekabrın 11-nə keçən gecə Rusiyanın Moskva vilayətinə pil
5 dekabr 2025-ci il tarixində "JW Marriott Absheron Baku" hotelində
Sosial şəbəkələrdə və bəzi mətbuat orqanlarında 31 Dekabr - Dünya Az�
4 ay reanimasiyada qalan 76 yaşlı Kadir İnanırın yeni fotosu yayımlanıb.
