Azərbaycanın Keniyadakı səfiri bu ölkənin Baş naziri ilə görüşüb FOTO


Siyasət 11 Dek 2025 11:09:00 69 0

Azərbaycanın Keniyadakı səfiri bu ölkənin Baş naziri ilə görüşüb  FOTO

Azərbaycanın Keniyadakı səfiri Sultan Hacıyev Keniyanın Baş naziri, eyni zamanda, xarici və diaspora işləri naziri Musalia Mudavadi ilə görüşüb.

Səfirlikdən Son.az-a bildirilib ki, görüşdə iki ölkə münasibətlərinin cari ildəki inkişafının dinamikasından razılıq ifadə olunub və il ərzində baş tutan yüksək səviyyəli intensiv səfərlərin ikitərəfli və çoxtərəfli sahələrdə əməkdaşlığın gücləndirilməsinə mühüm töhfə olduğu qeyd olunub.

Baş nazir M.Mudavadi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Keniya Respublikasının Prezidenti Uilyam Samoei Ruto arasında cari ilin sentyabrın 23-də BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında keçirilən görüşün və liderlər arasında səmimi münasibətlərin iki ölkənin mənafeyinə xidmət etdiyini bildirib. O, cari ildə xarici işlər nazirlikləri arasında baş tutan ilk siyasi məsləhətləşmələrin, ardınca, xarici işlər naziri Ceyhun Bayramovun Keniyaya rəsmi səfərinin ikitərəfli əlaqələrdə vacib mərhələ olduğunu dilə gətirib.

Mövcud əməkdaşlığın genişləndirilməsi üçün imkanlardan maksimum bəhrələnməyin vacibliyini qeyd edən səfir Sultan Hacıyev cari ildə enerji, İKT, məhkəmə-hüquq, parlamentlərarası əlaqələr, penitensiar xidmət və təhsil sahələrində əldə olunan nəticələri qeyd edib. O, həmçinin bildirib ki, Azərbaycanın "ADA" Universiteti ilə Keniyanın Xarici və Diaspora İşləri Nazirliyinin Xarici Xidmət Akademiyası arasında imzalanan Anlaşma Memorandumunun diplomatik xidmət orqanları arasında tərəfdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır.

Səfir 2026-cı ilin 17-22 may tarixlərində Bakıda keçiriləcək WUF13-ün hazırlıq prosesi, təşəbbüslər, planlaşdırılan tədbirlər barədə həmsöhbətini məlumatlandırıb. O, Forum tarixində ilk dəfə olaraq dövlət və hökumət başçılarının iştirakı ilə Zirvə Görüşünün keçiriləcəyini diqqətə çatdırıb. Qlobal şəhərsalma çempionu olaraq qəbul edilən Azərbaycan və Keniyanın dayanıqlı şəhərsalma və iqlim sahəsində beynəlxalq əməkdaşlığın təşviq edilməsi, o cümlədən COP-WUF platformaları arasında bu proseslər üzrə əlaqənin gücləndirilməsi fəaliyyətində WUF13-ün sıx işbirliyi fürsəti olacağı vurğulanıb.

Görüşdə "Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı" proqramı çərçivəsində keniyalı gənclərə verilən təhsil təqaüdlərinin, Heydər Əliyev Fondunun və Azərbaycanın Beynəlxalq İnkişafa Yardım Agentliyinin Keniyadakı məktəb və xəstəxanalara humanitar yardımlar göstərməsinin xalqların dostluq münasibətlərinin möhkəmləndirilməsinə böyük təsir etdiyi səsləndirilib.

10 minlərlə vətəndaş TƏBİBə üz tutdu – Çağrı Mərkəzində son durum like
  • 11 Dek 11:03  
Digərləri 10 minlərlə vətəndaş TƏBİBə üz tutdu – Çağrı Mərkəzində son durum

"2025-ci ilin noyabr ayı ərzində TƏBİB-in "815" Çağrı Mə

arrow Ətraflı
Üzərində Polad Həşimovun şəkli olan 3000 manatlıq əsginaslar tədavülə buraxılıb? like
  • 11 Dek 10:59  
Digərləri Üzərində Polad Həşimovun şəkli olan 3000 manatlıq əsginaslar tədavülə buraxılıb?

Sosial şəbəkələrdə yeni 3000 (üç min) manatlıq əsginasın görüntül�

arrow Ətraflı
Paşinyanın təyyarəsinə Moskvaya enməyə icazə verilmədi like
  • 11 Dek 10:54  
Digərləri Paşinyanın təyyarəsinə Moskvaya enməyə icazə verilmədi

Ermənistan Baş naziri Nikol Paşinyan Rusiya paytaxtına səfər edə bilməyi

arrow Ətraflı
Moskvaya kütləvi dron hücumu oldu like
  • 11 Dek 10:53  
Dünya Moskvaya kütləvi dron hücumu oldu

Ukrayna ordusu dekabrın 11-nə keçən gecə Rusiyanın Moskva vilayətinə pil

arrow Ətraflı
"23 ildir sənsizəm" like
  • 11 Dek 10:45  
Şou-biznes "23 ildir sənsizəm"

Xalq artisti Natiq Şirinov mərhum atası ilə bağlı paylaşım edib. 

arrow Ətraflı
HONOR brendinin 5 illiyi və inkişaf strategiyası təqdim olundu  FOTO like
  • 11 Dek 10:25  
Digərləri HONOR brendinin 5 illiyi və inkişaf strategiyası təqdim olundu FOTO

5 dekabr 2025-ci il tarixində "JW Marriott Absheron Baku" hotelində

arrow Ətraflı
Bayram tətili ilə bağlı rəsmi açıqlama like
  • 11 Dek 09:53  
Digərləri Bayram tətili ilə bağlı rəsmi açıqlama

Sosial şəbəkələrdə və bəzi mətbuat orqanlarında 31 Dekabr - Dünya Az�

arrow Ətraflı
4 ay reanimasiyada qalmışdı, uzun zaman sonra görüntüləndi like
  • 11 Dek 09:52  
Şou-biznes 4 ay reanimasiyada qalmışdı, uzun zaman sonra görüntüləndi

4 ay reanimasiyada qalan 76 yaşlı Kadir İnanırın yeni fotosu yayımlanıb.

arrow Ətraflı
Dünya isindi  institutlar əridi: iqlim gərginliyi dövrü artıq başladı like
  • 11 Dek 09:27  
Dünya Dünya isindi institutlar əridi: iqlim gərginliyi dövrü artıq başladı

Üç illik sabit +1,5°C artım beynəlxalq təhlükəsizlik arxitekturasını,

arrow Ətraflı
Tovuzda zəncirvari qəza  xəsarət alan var like
  • 11 Dek 09:19  
Digərləri Tovuzda zəncirvari qəza xəsarət alan var

Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.

arrow Ətraflı
Rubl ucuzlaşdı, avro bahalaşdı  RƏSMİ like
  • 11 Dek 09:10  
Digərləri Rubl ucuzlaşdı, avro bahalaşdı RƏSMİ

Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb.

arrow Ətraflı
İlham Əliyev Keniya Prezidentini təbrik edib like
  • 11 Dek 09:02  
Siyasət İlham Əliyev Keniya Prezidentini təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev keniyalı həmkarı Uillyam Samoei Rutoya

arrow Ətraflı
Xəzərdə zəlzələ oldu like
  • 11 Dek 09:01  
Digərləri Xəzərdə zəlzələ oldu

Xəzər dənizində zəlzələ qeydə alınıb.

arrow Ətraflı
Xəstəliyi olanlar Masazırdan ev almasınlar  Həkim riskləri AÇIQLADI like
  • 11 Dek 09:00  
Digərləri Xəstəliyi olanlar Masazırdan ev almasınlar Həkim riskləri AÇIQLADI

Son zamanlar xroniki xəstəliyi və ya yüksək qan təzyiqi olan şəxslərin

arrow Ətraflı