Bakıda kafenin qarşısında dəhşətli QƏTL: "moyka" biznesi ölümlə bitdi


Kriminal 10 Dek 2025 10:53:00 51 0

Bakıda kafenin qarşısında dəhşətli QƏTL: "moyka" biznesi ölümlə bitdi

2023-cü il dekabrın 27-də Bakının Nərimanov rayonunda bıçaqlanma hadisəsi olur. Daxil olan məlumat əsasında hüquq-mühafizə orqanlarının əməkdaşları əraziyə yollanır. Məlum olur ki, cinayət Mirzə Uluqbəy küçəsi, 125 ünvanında baş verib. Bıçaqlanan şəxs Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Həmin xəstəxanaya yollanan polis əməkdaşlarına 1990-cı il təvəllüdlü Etibar Əliyevin öldüyü deyilib. Orada cinayəti törədən 1975-ci il təvəllüdlü Elşən Nəbiyev saxlanılıb. Onun tanışı Vüsalə Həsənov könüllü şəkildə polis əməkdaşlarına hadisə yerindən götürdüyü bıçağı təqdim edib.

Faktla bağlı Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Son.az xəbər verir ki, Lent.az qətl hadisəsinin istintaq materiallarını əldə edib.

İstintaqla müəyyən edilib ki, dekabrın 27-i gecə saat 2 radələrində icarə əsasında işlətdiyi kafedə Elşən Nəbiyev tanışı Vüsalə Həsənova ilə yeyib-içərkən, başqa masada əyləşən Etibar Əliyev onlara yaxınlaşarıb. Etibar əvvəllər aralarında olmuş narazılığı Elşənə xatırladıb. Sonra o, Elşənə ağır söyüşlər işlətdiyi üçün aralarında mübahisə yaranıb. Onlar kafedən çıxaraq, yaxınlıqda yerləşən avtomobil yuma məntəqələrinin qarşısına gəliblər. Burada Elşən Nəbiyev yumruq və təpik zərbələri ilə Etibarı döyərək, üzərindəki məişət təyinatlı bıçaqla qarın nahiyəsinə 1 dəfə zərbə endirib. Etibar Əliyev aldığı xəsarətlərdən ölüb.

İş üzrə dindirilmiş Elşən Nəbiyev bildirib ki, Etibar Əliyevlə 10 il əvvəl tanış olub, yaşadığı Habil Mirzəyev küçəsində qonşu olublar:

"2 il əvvəl Nərimanov rayonu ərazisində fəaliyyəti dayanmış avtoyuma məntəqəsini icarəyə götürüb işlətmək fikrinə düşmüşdüm. Həmin məntəqəni əvvəllər Etibar işlədirdi. Belə ki, obyektin sahibi ilə qonşumun arasında icarə haqqı ilə əlaqədar problemlər yaranmışdı. Görüşəndə, oranın sahibi bildirib ki, Etibar həqiqətən obyekti təhvil verib və mən istədiyim vaxt məntəqəni icarəyə götürə bilərəm. Etibarla qonşu kimi tanışlığım, həmçinin avtomobilimi daim yuduzdurduğunu nəzərə alıb ondan obyektə dair halallıq almaq istəyirdim. Məhəllədə rastlaşıb bu barədə söhbət etdikdə, Etibar sözlərimə mənfi reaksiya verdi və obyekti yenidən icarəyə götürmək niyyətində olduğunu söylədi. 

Mənə kəskin şəkildə halallıq verməyəcəyini bildirdi. Etibarın bu cür reaksiyasını görüb məntəqəni götürmək niyyətindən daşındım. Konflikt yaranmasını istəmədim. Bundan sonra aramızda hər hansı mübahisə olmayıb. Bir müddətdən sonra obyektin kənar şəxs tərəfindən işlədildiyini gördüm. 2023-cü ilin sentyabr ayından Etibar müştəri kimi tez-tez mənim işlətdiyim "Mystery" kafeyə gəlib-gedirdi. Rastlaşdığımız vaxtlarda normal qaydada qonşu kimi salamlaşırdıq. Demək olar ki, son 4-5 gün ərzində Etibar hər axşam tək gəlib yeyib-içirdi. Ara-sıra hesabı tam bağlayırdı, borclu qalanda, məhəllə sakini olduğu üçün etiraz bildirmirdim".

Dekabrın 27-i gecə saat 1 radələrində kafenin qarşısında dayanıb, siqaret çəkərkən Etibar gəlib Elşənlə salamlaşıb və içəri daxil olub. Bundan bir neçə dəqiqə sonra yaxınlıqda fəaliyyət göstərən "Dvorik" kafesində ofisiant işləyən 1987-ci il təvəllüdlü Vüsalə Həsənova obyektə gəldi:

"Vüsalə tanışlarına özünü "Milana" və ya "Mila" kimi təqdim edirdi. Mən də içəri keçib Milana ilə birlikdə əyləşdim. Qadınla yarım litrlik arağı içəndən sonra bir qədər sərxoş oldum. Buna görə də Vüsaləyə artıq gec olduğunu və getməyimizi söylədim. Yerimdən qalxıb pivə içən Etibara yaxınlaşdım və artıq obyekti bağlamaq istədiyimi dedim. Tanışım isə heç bir səbəb olmadan moykanı Çermet uşaqlarından kimsə götürsə, onun arvadını, qızını... deyə nalayiq ifadə işlətdi. Etibarın bu cür ifadə işlətməsindən təəccübləndim, çünki aramızdakı avtoyuma məntəqəsinin söhbəti çoxdan bağlanmışdı. Etibarı yola vermək üçün əlindən gələni etdim, o isə məndən savayı, yanımdakı qadını da söydü. Bundan sonra deyinə-deyinə masadan qalxıb çölə çıxdı. Xatırladığım qədər Etibar hesabı ödəmədi.

Sonra Əlizamin adlı ofisianta kafeni bağlamasını tapşırdım, Mila isə özünə taksi sifariş etdi. Kafenin qarşısına çıxanda gördüm ki, Etibar küçədə dayanıb məni gözləyir. Çıxıb getməsini, sonra başqa yerdə söhbət etməyi təklif edəndə, Etibar avtoyuma məntəqəsinə tərəf getməyimi təklif etdi. Həmin vaxt Vüsalə mənə səbrli olub Etibarı yola verməyimi dedi və taksiyə əyləşərək, çıxıb getdi. Etibarın ağır söyüşlər işlətdiyini görüb onu yaxasından tutub silkələdim və çıxıb sakitcə getməsini tələb etdim. Süpürləşərkən hər iki əlimlə onun bıçaq olan sağ əlini tutub burdum. Belə olan vəziyyətdə bıçağın Etibarın qarın nahiyəsinə batmasını hiss etdim. Bu an Etibar dayanaraq, artıq müqavimət göstərmədi, sanki əlləri boşaldı. Bıçağı Etibarın əlindən alıb, binanın blokuna tərəf atdım. Etibar məndən aralanaraq, arxaya getdi və paltarını qaldırıb qarnına baxdı.

“Porsche”nin rəhbəri 82 yaşında dördüncü dəfə evləndi  FOTO like
  • 10 Dek 10:20  
Dünya “Porsche”nin rəhbəri 82 yaşında dördüncü dəfə evləndi FOTO

Almaniyanın məşhur lüks idman avtomobili istehsalçısı, "Porsche"

arrow Ətraflı
Azərbaycanda vəzifəli şəxs vəfat etdi like
  • 10 Dek 09:16  
Digərləri Azərbaycanda vəzifəli şəxs vəfat etdi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı Regional Meşə Təsərr

arrow Ətraflı
Azərbaycanda üç valyuta ucuzlaşdı  RƏSMİ like
  • 10 Dek 09:13  
Digərləri Azərbaycanda üç valyuta ucuzlaşdı RƏSMİ

Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb.

arrow Ətraflı
Güllünün qızı like
  • 10 Dek 09:05  
Şou-biznes Güllünün qızı

Müğənni Güllünün qızı Tuğyan Ülkem Gülter və onun yaxın dostu Sulta

arrow Ətraflı
Əməkdar artistin işdən çıxan kapitan oğlu like
  • 10 Dek 08:08  
Şou-biznes Əməkdar artistin işdən çıxan kapitan oğlu

Xəbər verdiyimiz kimi, Əməkdar artist Yusif Mustafayevin kapitan oğlu Tərl

arrow Ətraflı
Belə zəngləri açanın "dünyası başına yıxılır" like
  • 10 Dek 08:07  
Digərləri Belə zəngləri açanın "dünyası başına yıxılır"

Telefon xəttinin o başında tanımadığınız bir nömrə. Bir toxunuşla aç

arrow Ətraflı
Sizi yolda qoya biləcək səhvlər like
  • 10 Dek 07:07  
Digərləri Sizi yolda qoya biləcək səhvlər

Avtomobil akkumulyatoru bir neçə səbəbdən tez sıradan çıxa bilər. Ən

arrow Ətraflı
Dünyanın ən sağlam qidası şüyüd imiş... like
  • 10 Dek 06:06  
Digərləri Dünyanın ən sağlam qidası şüyüd imiş...

Minlərlə qida məhsulunun qlobal analizindən sonra mütəxəssislər dünyan�

arrow Ətraflı
Bu saatlarda kartla ödəmə edənlər risk altındadırlar like
  • 10 Dek 05:05  
Digərləri Bu saatlarda kartla ödəmə edənlər risk altındadırlar

Plastik kartlardan istifadə hər gün daha da çoxalır. Lakin mütəxəssislə

arrow Ətraflı
3 iqrediyentlə şokolad resepti like
  • 10 Dek 04:04  
Digərləri 3 iqrediyentlə şokolad resepti

Ev şəraitində sadə və təbii məhsullarla hazırlanan 3 inqrediyentli şoko

arrow Ətraflı
Ata olmaq üçün riskli yaş açıqlandı  Tək qadınlarda deyilmiş... like
  • 10 Dek 03:03  
Digərləri Ata olmaq üçün riskli yaş açıqlandı Tək qadınlarda deyilmiş...

Son illərdə doğum nisbətləri əsasən qadınların yaşı ilə əlaqələnd

arrow Ətraflı
Bu qidaları birlikdə yeməyin – dietoloq təhlükəni açıqladı like
  • 10 Dek 02:02  
Digərləri Bu qidaları birlikdə yeməyin – dietoloq təhlükəni açıqladı

Diyetoloqlar bəzi qida məhsullarının birlikdə qəbulunun sağlamlığa mən

arrow Ətraflı
Mehmet Akif Ersoy vəzifəsindən uzaqlaşdırıldı like
  • 10 Dek 01:40  
Digərləri Mehmet Akif Ersoy vəzifəsindən uzaqlaşdırıldı

İstanbul Cumhuriyyət Baş Prokurorluğunun apardığı narkotik maddələrlə

arrow Ətraflı