Ata olmaq üçün riskli yaş açıqlandı Tək qadınlarda deyilmiş...
Digərləri 10 Dek 2025 03:03:00 77 0
Son illərdə doğum nisbətləri əsasən qadınların yaşı ilə əlaqələndirilsə də, mütəxəssislər kişilərdə də ata olmaq üçün "riskli yaş" anlayışının olduğunu bildirirlər.
Bu xəbəri də oxu: Sabah bu ərazilərdə qaz olmayacaq
Son.az xəbər verir ki, Üroloq Prof. Dr. Murat Zorun sözlərinə görə, kişilərin yaşı artdıqca sperma sayısı, hərəkətliliyi və DNA bütövlüyü zəifləyir, bu isə həm hamiləlik şansını azaldır, həm də düşüklərin və bəzi genetik problemlərin riskini artırır.
İdeal ata yaşı nədir? Kişilərdə ən yüksək sperma keyfiyyəti 25-35 yaş arasında olur. 35-dən sonra sperm hərəkəti zəifləyir, 40 yaşdan sonra isə DNA zədələnməsi daha da artır.
Riskli yaş varmı?
Tibbdə 40 yaş və üzəri "irəli ata yaşı" hesab edilir. Bu dövrdə sperma DNA zədələri çoxalır, hamiləlik daha gec baş verir, düşük riski artır, uşaqda bəzi genetik xəstəliklərin ehtimalı yüksəlir.
Sperma keyfiyyəti uşağa necə təsir edir? Sperm yalnız genetik məlumat daşımır, eyni zamanda embriyonun sağlam inkişafı üçün vacib olan DNA bütövlüyünü təmin edir. DNA zədələnməsi çoxaldıqca hamiləlik çətinləşir, erkən düşüklər artır və hətta uşağın metabolik və nevroloji inkişafına təsir edə bilir.
Son 40 ildə dünyada sperm sayının təxminən 50% azaldığı bildirilir. Stres, piylənmə, siqaret, alkoqol, hava çirkliliyi, toksik kimyəvi maddələr, plastiklərdəki hormon pozucular və yuxu pozuntuları əsas səbəblər arasındadır. Artıq sonsuzluq müraciətlərinin yarısında kişi faktoru rol oynayır.
Kişilər nə etməlidir?
Siqareti tərgitmək ,sağlam çəki saxlamaq, həftədə 3 dəfə idman, 7-8 saat yuxu, sauna, hamam, isti temperaturdan uzaq durmaq , antioksidan qidalar: qoz, badam, göyərti, nar, balıq yeməl, stresin idarə olunması, erkən dövrdə uroloji müayinə mütləqdir.
Diyetoloqlar bəzi qida məhsullarının birlikdə qəbulunun sağlamlığa mən
İstanbul Cumhuriyyət Baş Prokurorluğunun apardığı narkotik maddələrlə
Gəncədə orta məktəb şagirdləri arasında zəhərlənmə faktı qeydə al�
Avropa Kosmik Müşahidə Xidməti (Copernicus) bildirib ki, 2025-ci il tarixi q
"Tims&B Productions"ın lentə aldığı "Eşref Rüya" seri
Bakıda, 9-cu mikrorayon ərazisində kütləvi dava baş verib.
Bir küsülü, bir barışıq olan müğənnilər Şəbnəm Tovuzlu və Vəfa Ş
Misli Premyer Liqasının XIV turunda keçirilən "Sumqayıt" - "
Biləsuvar rayon sakini Albaniyada bədbəxt hadisənin qurbanı olub.
Son.az 10 dekabr 2025-ci il üçün günün ulduz falını təqdim edir:
"Ermənistan və Azərbaycan arasındakı sülh prosesi dünyanın digər b
Dekabrın 8-də paytaxtın Nizami rayonu ərazisində mənzildə güllələnmiş
Məzuniyyətdən istifadə zamanı işçilərin hüquqi təminatlarında dəyiş
Türkiyədə fəaliyyət göstərən "Habertürk" televiziyasının ba
